ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə23/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   19   20   21   22   23   24   25   26   ...   56

73-CÜ ƏSAS

4-Qurani-kərim müxtəlif ayələrdə ilahi qanunları bəyan etməklə yanaşı, kainatın sirlərini də kəşf etmişdir. Hansı ki, insanların həmin dövrdə bu elmi məlumatlardan xəbərdar olması, vəhydən başqa yolla mümkün deyildir. Cazibə qanununun kəşf olunması böyük nailiyyətlərdən sayılır. Müasir dövrdə də kainatın heç bir dayaq olmadan sabit qalmasını məhz bu qanuna əsas izah edirlər. Qurani-kərim qısa bir cümlədə bu qanunu bəyan edərək buyurur:

º†«Ó‹Ô†«‰sÓ–Ȇ—ÓbÓŸÓ†«‰GsÓÂÓË«“ †»⁄ÓÈt—†ŸÓÂtœn† Ó—ÓËtÊÓÁ«“†;

“Göyləri, gördüyünüz kimi, dayaqsız olaraq yüksəldən məhz Allahdır.”161

Çarlıqlar arasında ümumi bağlılıq və hər şeyin cüt olması qanununu kəşf etmək elmin başqa xidmətlərindən birdir. Halbuki, Qurani-kərim bu haqda, insanların azacıq belə xəbəri olmayan bir dövrdə xəbər verərək buyurur:

º†ËÓ†ÂÊt†„Ô‰s†gÓÈt¡n†ŒÓ‰ÓvtÊ«“†GÓËtÃÓÈtÊ†‰ÓŸÓ‰sÓ„ÔÂt† Ó–Ó„sÓ—ÔËÊÓ†;

“Biz hər şeydən cüt-cüt yaratdıq. Bəlkə, düşünüb ibrət alasınız!”

5-Qurani-kərim qarşıda olan və hələ gerçəkləş-məmiş bir sıra hadisələrin baş verəcəyindən xəbər vermişdir. Həmin hadisələrin sonradan baş verməsi, İslam Peyğəmbərinin (s) qeyb aləmi ilə rabitədə olmasını təsdiq etdi. Bu mətləbə çoxlu misal göstərmək olar, lakin biz onların birini qeyd etməklə kifayətlənirik. Romanın Allaha pərəstiş edən məsihiləri, oda sitayiş edən sasanilərə (iranlılara) məğlub olarkən bir qrup ərəb müşrikləri bu hadisəni xeyrə yozaraq biz Allahpərəst müsəlmanlara qalib gələcəyik - dedilər. Lakin Qurani-kərim o zaman qəti surətdə belə xəbər verdi:

º†⁄Ô‰»Ó †«‰—sÔËÂÔ;†bȆ√ÓœtÊÓȆ«˘Ó—t÷†ËÓ ÁÔÂt†ÂÊt†»ÓŸtœ†⁄Ó‰Ó»ÁÂt†GÓÈÓ⁄t‰»ÔËÊÓ;†bȆ»÷tŸ†GÊÈÊÓ†‹†«˘ÓÂt—Ô†ÂÊt†

vÔ»t‰Ô†ËÓ†ÂÊt†»ÓŸtœÔ†ËÓ†ÈÓËtÂÓ∆–n†ÈÓbt—ÓÕÔ†«‰ÂÔƒtÂÊÔËÊÓ;

“Rumlular (Ərəbistana) ən yaxın bir yerdə məğlub oldular. Lakin onlar bu məğlubiyyətlərindən sonra qalib gələcəklər - bir neçə ilin içində. Əvvəldə, də sonra da hökm Allahındır.”162

“ir neçə ildən sonra bu hadisə gerçəkləşdi. Allaha pərəstiş edən hər iki qrup (romulu məsihilər və Ərəbistan müsəlmanları) öz düşmənlərinə (sasanilərə və Qüreyş müşriklərinə) qalib gəldilər. Buna görə də həmin ayənin davamında möminlərin şadlıq və sevincindən söhbət açaraq buyurur:

º†ÈÔËtÂÓ∆–n†ÈÓbt—ÔÕÔ†«‰tÂÔƒtÂÊÔËÊÓ;

“Bir gün gələcək ki, möminlər sevinəcəklər.”

6-Qurani-kərim müxtəlif surələrdə əvvəlki peyğəmbərlərin və onların ümmətlərinin həyatını müxtəlif ifadələrlə bəyan etmişdir. Onların əhvalatları, Tovrat və İncildə də gəlmişdir. Lakin bunları müqayisə edərkən məlum olur ki, Qurani-kərim tamamilə ilahi vəhydən ibarədir. Tovrat və İncildə gələnlər isə təhrif olunmuşdur. Qurani-kərimdə peyğəmbərlərin başına gələn əhvalatlarda, azca olsun belə, əql və fitrət baxımından peyğəmbərlərin yüksək məqamı ilə heç bir uyğunsuzluq gözə çarpmır. Halbuki, Tovrat və İncildə bu cür uyğunsuzluqlar olduqca çoxdur. Misal üçün, Quran, Tovrat və İncildə Həzrət Adəmin (ə) sərgüzəşti barədə olan mətləbləri müqayisə etmək kifayətdir.

74-CÜ ƏSAS




HƏZRƏT MÜHƏMMƏDİN (S) NÜBÜVVƏTİ HAQQINDA DƏLİLLƏR VƏ ŞAHİDLƏR

Yuxarıda qeyd etdiyimiz kimi, mövcud dəlil və şahidlərin məcmusu peyğəmbərlərin iddiasının doğru olmasını isbat edir. Burada qısa şəkildə İslam Peyğəmbəri Həzrəti Mühəmmədin (s) peyğəmbərlik iddiasının doğruluğunu isbat edən dəlilləri qeyd edəcəyik. Bu dəlillər aşağıdakılardan ibarətdir:

1-Həzrət Mühəmmədin (s) risalətdən qabaqkı parlaq həyatı:

Qüreyş tayfası İslam Peyğəmbərini, peyğəmbərliyə seçilməmişdən öncə, onu “Mühəmmədi Əmin” (yəni əmanətdar) deyə səsləyir, qiymətli əşyalarını onun yanında əmanət qoyurdular. Kəbəni təmir edərkən Həcərul-əsvədi kim tərəfindən öz yerinə qoyulmaq barədə dörd tayfa arasında ixtilaf düşdü. Hamı qəbul etdi ki, bu işi Qüreyş tayfasının əzizi, yəni Həzrət Mühəmməd (s) görməlidir. Çünki, o, əmanətdar və hörmətli bir şəxsdir.163

2-Mühitin aludəliklərindən və müxtəlif əxlaqi fəsadlardan uzaqda olması:

İslam Peyğəmbəri (s) elə bir mühitdə böyümüşdü ki, o zaman cəmiyyətə yalnız bütpərəstlik, qumarbazlıq, qızları diri-diri torpağa basdırmaq, qan içmək və ölü heyvan əti yemək, zülmkarlıq və s. kimi işlər hakim idi. Bununla belə, o Həzrət belə bir mühitdə yüksək məqama malik idi, hörmətli bir şəxs idi və heç vaxt əqidə və əxlaq baxımından belə çirkin işlərə aludə olmamışdı.

3-Dəvətinin məzmun və möhtəvası:

Həzrət Peyğəmbərin (s) dəvətinin möhtəvasına baxdıqda görürük ki, o, xalqı mühitə hakim olan işlərin və üzdəniraq dəyərlərin əksinə dəvət edirdi. Onlar bütpərəst idilər, èeyğəmbər isə tovhidə dəvət edirdi. Onlar məadı inkar edirdilər, èeyğəmbər isə isə məada inanmağı İslam dininin zəruri şərtlərindən qərar verdi. Onlar günahsız qızları diri-diri torpağa basdırır və qadına heç bir qiymət qoymurdular, èeyğəmbər isə insanın kəramətli olmasını müəyyən qədər qadınla əlaqələndirirdi. Onlar sələməçilik edir və eyş-işrət içində qərq olmuşdular, èeyğəmbər isə sələməçiliyi haram etdi. Onlar çoxlu şərab içir, qumar oynayırdılar. èeyğəmbər isə şərabı və qumarı şeytan əməli adlandıraraq, onlardan çəkinməyi vacib etdi...

4-Dəvətinin vəsilələri:

Həzrət Mühəmməd (s) öz dəvətini genişləndirmək üçün tamamilə əxlaqi və insani yönünə malik olan vasitələrdən istifadə edirdi. O Həzrət heç vaxt su yolunu düşmənin üzünə bağlamaq, ağacları kəsmək və insanlığın əksinə olan sair işləri hədəfə çatmaq üçün vasitə etmədi. O, daima tövsiyə edirdi ki, qadınlara, uşaqlara və qocalara hörmət və tərəhhüm etsinlər, ağacları kəsməsinlər, düşmənə höccəti tamamlamamış müharibəyə başlamasınlar. O Həzrət heç kəsə əzab-əziyyət verməzdi. Onun həyat tarixində düşmənlər ilə olduqca mülayim rəftar etməsi ilə çox rastlaşmaq olur.

5-Möminlərin xüsusiyyəti və şəxsiyyəti:

Həzrət Peyğəmbərə (s) iman gətirən şəxslərin ruhiyyəsi, düşüncə tərzi və rəftarı o Həzrətin iddiasının doğru olmasını bəyan edir. Məlum olduğu kimi, hər vaxt bir şəxsin dəvəti cəmiyyətdə hörmətli və nüfuz sahibi olan insanlarda təsir qoysa, bu iş həmin şəxsin dəvətinin haqq və doğru olmasını göstərir. Yox, əgər onun ətrafına dünyapərəst adamlar toplaşsa, deməli onun iddiası yalandır. Peyğəmbərin ətrafına toplaşan şəxslərin hamısı yüksək mənəvi məqama malik idilər. O cümlədən, Həzrət Əli (ə), Cəfər ibni Əbi Talib, Salman, Əbuzər, Bilal, İbni Məs”ud, Miqdad, Əmmar və s. kimi şəxslər zahid, təqvalı və yüksək insani xüsusiyyətə malik olan şəxslər idi.

6-Mühitdə müsbət təsir göstərmək, misilsiz bir mədəniyyət qütbünün yaranması:

İslam Peyğəmbəri (s) 23 il ərzində Ərəbistan yarımadasını yüksək mədəniyyətli bir ölkəyə çevirdi. O Həzrət zülmkar və bütpərəst şəxsləri elə tərbiyələndirdi ki, nəinki öz məntəqəsində yüksək səviyyəli bir mədəniyyət yaratdı, həm də, İslamın misilsiz mədəniyyətini digər məntəqələrə yaydı. İslamı ilk qəbul edən müsəlmanlardan biri-Cəfər ibni Əbi Talib bu məsələyə təkid edərək, Həbəşistan padşahının verdiyi suala belə çavab verdi:

“Ey padşah! Allah bizim içərimizdən bir peyğəmbər seçdi. O bizə bütpərəstliyi və qumar oynamağı qadağan edərək, bizi namaz qılmağa, zəkat verməyə, yaxşılıq etməyə, ədalət əsasında hökm etməyə, qohum-əqrəbaya kömək etməyə və s gimi xeyir işlərə dəvət, edərək pis işlərdən çəkindirdi.”

Bu da digər dəlillər kimi, İslam Peyğəmbərinin (s) nübüvvət iddiasının haqq və doğru olmasını göstərir. Şübhəsiz ki, bu kimi xüsusiyyətlərə malik olan şəxs, nübüvvət və qeyb aləmi ilə rabitədə olmasını iddia etməkdə doğruçudur.




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin