ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə31/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   27   28   29   30   31   32   33   34   ...   56

92-Cİ ƏSAS

Əvvəldə qeyd olundu ki, imam (ilahi rəhbər) təkcə ölkəni idarə etmək üçün təyin olunmamışdı, onun qeyd olunan başqa vəzifələri də vardır. Quranın təfsir edilməsi, dini hökmlərin bəyan olunması, etiqadla əlaqədar yaranan suallara qaneedici cavab verib onları hər növ etiqadi azğınlıqdan, şəriəti təhrif olunmaqdan qoruyub saxlamaq və sair kimi işlər yalnız geniş elmə yiyələnib günah qarşısında məsum olmaqla mümkündür. Halbuki, adi adamlar belə xüsusiyyətlərə malik olmayıb, heç vaxt xəta və səhvdən uzaq ola bilməzlər.

Əlbəttə, qeyd olunmalıdır ki, ismət (günahsızlıq) heç də peyğəmbər olmaq demək deyildir. Çünki insanın bəzi vaxtlar məsum olmaqla yanaşı, peyğəmbər olmaması da mümkündür. Buna ən gözəl misal Həzrət Məryəm (ə)-dır ki, “peyğəmbərlərin isməti» fəslində o onun günahsız (ismətli) olmasının dəlilləri qeyd olundu.204

Bunlardan əlavə, imamın (ilahi rəhbərin) məsum olmasına dairəqli dəlillər də mövcuddur. Onların bəzisini qeyd edirik:

1-Allah-taalanın qəti iradəsi bu olmuşdur ki, Əhli-beyti (ə) hər növ çirkinlik və günahlardan pak etsin. Qurani-kərimdə buyurur:

º†«ÊsÓ«“ÈÔ—ȜԆ«‹Ô†‰ÈÔ–tÁ»Ó†ŸÓÊt„ÔÂÔ†«‰—sÃtGÓ†«ÓÁt‰Ó†«‰t»ÓÈt † †ËÓ†ÈÔ◊ÓÁs—Ó„ÔÂt†Ó◊tÁÈ—«Î†;

“Allahın iradəsi bu olmuşdur ki, hər növ çirkinliyi yalnız siz Əhli-beytdən kənar etsin və sizi hər bir eybdən pak və uzaq etsin.»205

Bu ayə Əhli-beytin (ə) məsum olmasına belə dəlalət edir: Allah-taalanın onları hər bir eybdən və çirkinlikdən uzaq etməsini istəməsi, onların məsum və günahsız olması ilə bərabərdir. Çünki ayədəki “—ÃtG» -rics (yəni çirkinlik və eyb) sözü hər növ fikri, ruhi və rəftarda olan çatışmamazlıqlara aid olub, əsas etibarı ilə günah sözünü ifadə edir. Bu paklıq bütün ümmətdə deyil, təkcə xüsusi şəxslərdə olduğundan hamının bəhrələndiyi ümumi paklıqdan fərqlidir. Bütün ümmətin paklığının iradə olunması, yalnız ilahi-təşrii (ilahi qanunvericilik) iradəsini ifadə edir.206 Bu da onların itaətsizliyi nəticəsində həyata keçməyə bilər. Halbuki, Əhli-beyt (ə) haqqında olan paklıq iradəsi isə təkvini iradəsini bəyan edir, yəni onlar əbədiyyətə qədər, həmişə günahlardan pak və uzaq olacaqdır.

Bunu da qeyd etmək lazımdır ki, Əhli-beytin (ə) paklıq və ismət barədə Allahın təkvini iradəsi onlardan ixtiyarın alınıb məcburiyyətdə qalmalarını yetirmir.

Peyğəmbərlərin məsum olması onların ixtiyarını əllərindən almadığı kimi, məsum imamların da bu isməti onların ixtiyarını aradan aparmır. (Bu məsələ etiqadi kitablarda ətraflı şəkildə açıqlanmışdır.)

2-”Səqəleyn» hədisində Həzrət Mühəmməd (s) buyurur:

º†«ÊsȆ «“—„φbÈ„ÔÂÔ†«‰ÀÓvÓ‰ÓÈtʆ∫†„ «“»Ó†«‹†ËÓ†Ÿ t—Ó Ȇ;

“Mən sizin aranızda iki böyük əmanət qayub gedirəm. Onlardan biri Allahın kitabı (Quran), digəri isə Əhli-beytmidir».

Gördüyünüz kimi, Həzrət Peyğəmbər (s) öz Əhli-beytini (ə) Qurani-kərim ilə yanaşı qeyd etmişdir. Deməli, Qurani-kərim hər növ səhv, xəta və azğınlıqdan uzaq olduğu kimi, o Həzrətin Əhli-beyti də hər növ fikir və əməl (rəftar) cəhətindən pak və təmizdir. Bu mətləb hədisin davamında daha çox nəzəri cəlb edir:

º†Â«“†«Êt† ÓÂÓGsÓ„t ÔÂt†»Á«“†‰ÓÊt† Ó÷‰sÔË«†«Ó»Óœ«Î†;

“Bu iki böyük əmanətə (Quran və Əhli-beytə) sarılsanız, heç vaxt azğınlığa düşməyəcəksiniz».

º†«ÊsÓÁÔ«“†‰ÓÊt†ÈÓbt Ó—v«“†ÕÓ tÈ”†ÈÓ—œ«†ŸÓ‰ÓÈsÓ†«‰tÕÓËt÷Ó†;

“Mənim yadigar qoyduğum bu iki əmanət heç vaxt bir-birindən ayrılmaz və qiyamət günü “(Kovsər) hovuzu kənarında mənim yanıma gələcəklər».

Aydın məsələdir ki, heç vaxt Qurandan ayrılmayan və itaət olunduqda insanı hidayət edən Əhli-beyt (ə) hər növ xəta və günahdan uzaqdır.

3-”Səfinə» hədisində o Həzrət (s) öz Əhli-beytini (ə) Nuhun (ə) gəmisinə bənzədərək buyurmuşdur:

º†«ÊsÓ«“†ÂÓÀÓ‰Ô†«ÓÁt‰†»ÓÈt ȆbȆ«ÔÂsÓ Ȇ„ÓGÓbÈÊÓ:†ÊÔËÕn†ÂÓÊt†—Ó„»ÓÁ«“†ÊÓÃÈ”†ËÓ†ÂÓÊt† ÓŒÓ‰sÓbÓ†ŸÓÊtÁ«“†⁄Ó—v†;

“Mənim Əhli-beytimin ümmətim arasındakı məsəli, Nuhun gəmisinin məsəli kimidir: ona minənlər nicat tapacaq, üz döndərənlər isə qərq olacaqdır».207

İxtisarla qeyd olunan dəlillərə əsasən Əhli-beyt (ə) hər növ xəta və günahdan uzaq və məsumdur. Bunun dəlilləri təkcə qeyd olunanlarla bitmir.

93-CÜ ƏSAS: ON İKİ İMAM


İmamı iki yolla tanımaq olar:

a) Həzrət Peyğəmbərin özü Allahın fərmanına əsasən bir şəxsi imam təyin etmiş olsun.

b) Bir imam özündən sonrakı imamı təyin etsin.

Şiələrin on iki imamının imaməti hər iki yolla isbat olunur: çünki, həm Peyğəmbər (s) onları adları ilə ardıcıl surətdə təyin etmiş, həm də imamların hər biri özündən sonra gələn imamı xalqa tanıtdırmışdır.

Bu haqda ixtisara riayət edərək təkcə bir hədisi diqqətinizə çatdırırıq:

º†v«“‰Ó†—ÓGÔˉԆ«‹†¸∫†‰«“†ÈÓG«“‰Ô†«‰œsÈÊÔ†ÂÊÈŸ«Î†«‰ÈÓ†«ÀtÊÍ”†ŸÓgÓ—Ó†ŒÓ‰ÈbÓ:†;

ayrı bir hədidə isə:Ó†

º†‰«“†ÈÓG«“‰Ô†«˘Gt‰«“ÂÔ†ŸÓGÈG«Î†«‰ÈÓ†«ÀtÊÍ”†ŸÓgÓ—Ó††ŒÓ‰ÈbÓ:;

Həzrət Mühəmməd (s) buyurmuşdur: “İslam dininin izzət və başıucalığı yalnız on iki xəlifə (ilahi rəhbər) vasitəsi ilə olacaqdır».208

Qeyd etmək lazımdır ki, Peyğəmbərdən (s) sonra on iki xəlifənin olması məsələsi sünnülərin mötəbər kitablarında, o cümlədən “Səhihi Buxari», 9-cu cild, səh. 81, “İstixlaf» babı; “Səhihi Müslüm», 6-cı cild, səh 3, “kitabul-əmarət»; “Müsnədi Əhməd», 5-ci cild, səh. 86 və 108, həmçinin “Müstədrəki Hakim», 3-cü cild, səh. 18 kimi mötəbər kitablarında da nəql olunmuşdur.

Şübhəsiz, İslamın izzəti və başıucalığına səbəb olan on iki xəlifə, şiə məzhəbinin on iki imamından başqa heç bir xəlifə və rəhbərlərlə uyğun gəlmir. Çünki, Əməvi və Abbasi xəlifələri heç vaxt İslam dininin izzətinə səbəb olmamışdır, digər tərəfdən də onların sayı on iki deyildir.

Şiələrin on iki imamı aşağıdakılardan ibarətdir:

1-Əli ibni Əbi Talib ləqəbi: Əmirəl-möminin (əleyhis-salam), (təvəllüdü: besətdən on il qabaq, şəhadəti: hicrətin 40-cı ili). Nəcəfi Əşrəfdə dəfn olunmuşdur.

2-İmam Həsən ibni Əli, ləqəbi: Müctəba (əleyhis-salam), (3-50 h.q.). Mədinə şəhərinin “Bəqi”» qəbristanlığında dəfn olunmuşdur.

3-İmam Hüseyn ibni Əli, ləqəbi: Seyyidüş-şühəda (əleyhis-salam), (4-61 h.q.). Kərbəlada dəfn olunmuşdur.

4-İmam Əli ibni Hüseyn, ləqəbi: Zeynəl-abidin (əleyhis-salam), (38-94 h.q.) “Bəqi”»də dəfn olunmuşdur.

5-İmam Mühəmməd ibni Əli, ləqəbi: Baqirul-ülum (əleyhis-salam), (57-114 h.q.). “Bəqi»də dəfn olunmuşdur.

6-İmam Cəfər ibni Mühəmməd, ləqəbi: Sadiq (əleyhis-salam), (83-148 h.q.). “Bəqi»də dəfn olunmuşdur.

7-İmam Musa ibni Cəfər, ləqəbi: Kazim (əleyhis-salam), (128-183 h.q.). Kazimeyn şəhərində dəfn olunmuşdur.

8-İmam Əli ibni Musa, ləqəbi: Riza (əleyhis-salam), (148-203 h.q.). Xorasanda dəfn olunmuşdur.

9-İmam Mühəmməd ibni Əli, ləqəbi: Cavad (əleyhis-salam), (195-220 h.q.). Kazimeyndə dəfn olunmuşdur.

10-İmam Əli ibni Mühəmməd, ləqəbi: Hadi (əleyhis-salam), (212-253 h.q.). Samirra şəhərində dəfn olunmuşdur.

11-İmam Həsən ibni Əli, ləqəbi: Əskəri (əleyhis-salam), (232-260 h.q.). Samirra şəhərində dəfn olunmuşdur.

12-İmam Mühəmməd ibni Həsən, ləqəbi: Höccət və Məhdi (əccələllahu fərəcəhuş-şərif).209

Şiələrin on ikinci imamı indiyədək qeybdədir.Quranın vədəsinə (“Nur» surəsi,54, “Tövbə» surəsi, 33, “Fəth» surəsi, 28 və “Səff» surəsi, 9), həmçinin bir çox mötəbər hədislərə əsasən, Allah-taalanın istədiyi vaxt zühur edib, bütün dünya səviyyəsində İslam hakimiyyətini bərqərar edəcəkdir.210

On iki imamın (ə) hər birinin həyatı tarix kitablarında ətraflı şəkildə yazılmışdır. Həmçinin, on ikinci imamın (ə.c) indiyədək diri qalıb, Allahın izni ilə imamət məqamında olması məsələsini növbəti əsaslardadiqqətinizə çatdıracağıq.




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin