ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə33/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   29   30   31   32   33   34   35   36   ...   56

98-Cİ ƏSAS


İnsanların adətinə əsasən ölkə rəhbəri bəzi işləri şəxsən və birbaşa, bəzi işləri isə öz nümayəndələrinin vasitəsi ilə həyata keçirir.

Doğrudur ki, müxtəlif amillər o Həzrətin (ə) qeybdə olmasına səbəb olmuşdur və insanlar birbaşa o Həzrətin bərəkətindən məhrum olmuşlar, lakin xoşbəxtlikdən o Həzrətin ədalətli və fəqih nümayəndələrindən bəhrələnməkdən məhrum qalmamışdır. Çünki aliməqam fəqihlər və böyük müctehidlər o Həzrətin (ə) qeybdə olduğu müddətdə şər”i işlər və İslam cəmiyyətini idarə etməkdə səlahiyyətli nümayəndələri sayılır.

Əlbəttə o Həzrətin (ə) müqəddəs vücudundan məhrum olmaq, bir sıra amillər üzündəndir ki, imam Məhdi (ə) onlara əsasən qeybdə olmalıdır.

99-CU ƏSAS


Həzrət imam Məhdinin (ə) qeybə çəkilməsi ilahi sirrlərdən sayılır ki, insanların bu sirrin həqiqətini başa düşməsi mümkün deyildir. Amma bunu da qeyd etmək lazımdır ki, keçmiş ümmətlərin ilahi rəhbərləri də müvəqqəti olaraq qeybə çəkilmişlər. Onlardan bəzisini qeyd edirik:

1-Həzrət Musa ibni İmran (ə) qırx gün müddətində öz ümmətindən qeybə çəkilib Turi-Sina dağında qaldı. (“Əraf» surəsi, ayə 142).

2-Həzrət İsa Məsih (ə) Allahın məsləhəti ilə qeybə çəkildi və beləliklə də düşmənlərin əlindən xilas oldu. (“Nisa» surəsi, ayə 158).

3-Həzrət Yunis (ə) bir müddət öz ümmətindən qeybə çəkildi. (“Saffat» surəsi, ayə 140).

Ümumiyyətlə, insan bir sıra məntiqi dəlil və həqiqətləri eşidib onların sirrini həqiqi şəkildə başa düşmədikdə, onu inkar da etməməlidir. Əks halda bu iş İslam dininin zəruri hökmləri olan bir çox ilahi göstərişlərin də inkar edilməsinə səbəb ola bilər.

Həzrət Məhdinin (ə) qeybə çəkilməsi də bu hökmdən istisna deyildir. Bir kəs onun həqiqi sirrini başa düşmədikdə, o Həzrətin varlığını inkar etməyə haqqı yoxdur.

Amma bütün bunlarla belə, o Həzrətin (ə) qeybə çəkilməsinin bəzi səbəblərini araşdırmaq olar:

Həzrət Məhdi (ə) sonuncu ilahi məsum olub, yer üzündə ədalət və tovhid bayrağını qaldırmaq üçün nəzərdə tutulmuşdur. Bu böyük işin həyata keçməsi, bir sıra müqəddimədən, o cümlədən, insanların elmi və ağlının tədkamülü və ruhi cəhətdən hazırlığından asılıdır.

Aydın məsələdir ki, o Həzrət bu müqəddimələr həyata keçməzdən qabaq zühur etsə, sair ilahi höccətlər kimi, dərhal şəhid olar, beləliklə də ədalət və İslam bayrağının dünyada bərqərar edilməsi təşəbbüsü həyata keçməyəcəkdir. Bu mətləbə rəvayətlərdə də işarə olunmuşdur.

İmam Baqir (ə) buyurur: “(On ikinci) imam zühur etməzdən qabaq qeybdə olacaqdır». Ravi onun səbəbini soruşduqda, imam buyurdu: “(Bu qeybə çəkilmə) onun şəhid edilməsinin qarşısını almaq üçündür».216

Rəvayətlərdə islam ümmətinin imtahana çəkilməsi məsələsinə də işarə olunmuşdur. Yəni onlar imam Zamanın (ə) qeybə çəkilməsi ilə, iman və əqidələrinin möhkəmliyində imtahana çəkiləcəklər.217

100-CÜ ƏSAS


Kəlam elmində məsum imamın ümmət arasında olması Allah-taalanın böyük lütflərindən biri sayılır. Çünki insanlar onların vasitəsi ilə doğru yola hidayət olunurlar. Əgər xalq belə bir ilahi rəhbəri lazımınca qəbul edib ona tabe olarsa, onun varlığının xeyir-bərəkətlərindən tam şəkildə bəhrələnəcəklər. Əks halda isə bu xeyir-bərəkətdən məhrum olacaqlar. Bu məhrumiyyətə Allah və imam deyil, əksinə xalqın özü səbəb olur.218

101-Cİ ƏSAS


On ikinci imam Həzrət Məhdi (əccələllahu taala fərəcəhuş-şərif) hicri-qəməri tarixi ilə 255-ci ildə dünyaya göz açmışdır. Bu hesabla, hal-hazırda (1418. h.q) o Həzrətin ömründən on bir əsr keçir. Allah-taalanın sonsuz qüdrətini nəzərə almaqla, bu uzun ömrün təsəvvür edilməsiheç də çətin bir şey deyildir. Ümumiyyətlə, o Həzrətin uzun ömründə şübhə edənlər Allahın sonsuz qüdrətindən qafil olan adamlardır.

Keçmiş zamanlarda da uzun ömür sürənlər olmuşdur. Quranın buyurduğuna əsasən, Həzrət Nuh (ə) doqquz yüz əlli il peyğəmbərlik etmişdir. (“Ənkəbut» surəsi, ayə 14.)

Müasir elm uzun ömürlülük məsələsini həll etmək əzmindədir. Alimlər inanırlar ki, insan uzun ömür sürməyə qadirdir, lakin uzun ömür sürməyin qarşısında bir neçə maneə vardır.

Görəsən, Qurani-kərimin dediyinə əsasən,219 Yunis peyğəmbəri (ə) qiyamət gününədək balığın qarnında saxlamağ qüdrəti olan Alla, Öz höccətinə, Öz lütfü və bərəkətləri ilə uzun ömür verə bilməz? Məlumdur ki, cavab müsbətdir və Allah-taala bundan qat-qat böyük işlərə qadirdir. Şer:



Cahanı qüdrətlə saxlayan Allah,

Öz höccətinin də diri saxlaya bilər.

102-Cİ ƏSAS


Həzrət İmam Məhdinin (ə) zühur etmə vaxtı heç kəsə məlum deyil. Bu məsələ qiyamət gününün baş vermə vaxtı kimi, ilahi sirlərdəndir, bunu yalnız Allah bilir. Buna görə də o Həzrətin (ə) zühur etmə vaxtını bildiyini və ya təyin etməyə qadir olduğunu iddia edən şəxslərin sözü rədd olunmalıdır. Mötəbər hədislərdə o Həzrətin zühur vaxtını təyin edənlər, yalançı adlandırılmışdır. Amma bunu da qeyd etmək lazımdır ki, rəvayətlərdə imam Məhdinin (ə) zühuru üçün bəzi əlamət və nişanələr zikr olunmuşdur. Onlar da öz növbəsində qəti və qeyri-qəti (yəni gerçəkləşməsi qəti olan və qəti olmayan) əlamətlərə bölünür. Hər iki qismdən olan əlamətlər barəsində etiqadi kitablarda ətraflı məlumat verilmişdir.

SƏKKİZİNCİ FƏSİL

AXİRƏT ALƏMİ (MƏAD)


AXİRƏT ALƏMİ




103-CÜ ƏSAS


İlahi dinlərin hamısı axirətin olmasını qəbul edirlər. İlahi peyğəmbərlər insanları tovhidə (Allahın yeganəliyinə) çağırmaqla yanaşı, axirət aləmindən də söz açmış, axirətə iman gətirməyi öz proqramlarının əsası qərar vermişlər. Məhz buna görə də axirət aləminə (qiyamətə) inanmaq İslam dininin əsaslarından sayılır. Məad məsələsinin “Əhdeyn» (Tovrat və İncil), xüsusilə İncildə daha çox zikr olunmasına baxmayaraq, Qurani-kərim bu məsələ barədə onlardan da çox aydın şəkildə söz açmışdır. Bu müqəddəs kitabın bir çox ayələri məhz axirət aləminə aiddir. Qurani-kərimdə axirət aləmi “yovmul-qiyamət» (qiyamət günü), “yovmul-hisab» (hesab günü), “əl-yovmul-axir» (sonuncu gün), “yovmul-bəs» (dirçəliş günü) və s... adlarla qeyd olunmuşdur.

Qurani-kərimdə axirət aləminəbu qədər təkid olunmasının əsas səbəbi budur ki, ona etiqad bəsləmədən həqiqi iman və dindarlığa çatmaq olmaz.




Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin