78-Cİ ƏSAS
İslam Peyğəmbəri Həzrət Mühəmmədin (s) gətirdiyi islam şəriətin ilahi şəriətlərin sonuncusu, o Həzrətin özü sonuncu peyğəmbər, gətirdiyi kitab da sonuncu asimani kitabdır. Yəni o Həzrətdən sonra heç bir peyğəmbər gəlməyəcək, onun şəriəti və dini Qiyamət gününə qədər əbədi qalacaq. Həzrət Peyğəmbərin (s) sonuncu peyğəmbər olmasından iki mətləb başa düşülür:
1-İslam dini, ondan əvvəl gəlmiş dinləri qüvvədən salır və onun gəlişi ilə keçmiş dinlər rəsmiyyətdən düşür.
2-Gələcəkdə hansısa yeni bir asimani din, şəriət gəlməyəcək. Yeni asimani din gətirməsini iddia edən hər kəsin iddiası əsassızdır.
İslam Peyğəmbəri Həzrət Mühəmmədin (s) sonuncu peyğəmbər olması məsələsi, Quranda və hədislərdə aşkar şəkildə bəyan olunmuşdur. Belə ki, heç kim üçün şəkk-şübhə yeri qoymur. Bu ayə və hədislərin bir neçəsini qeyd edirik:
º†Â«“†„«“ÊÓ†ÂÔÕÓÂsӜφ√Ó»«“†√ÓÕÓœn†ÂÊt†—듉„ÔÂt†ËÓ†‰ˆˆ„Êt†—ÔGÔˉӆ«‹Ó†ËÓ†Œ«“ ÓÂÓ†«‰ÊsÓ»ÈsÈÊÓ†ËÓ†„«“ÊÓ†«‹Ô†»„Ô‰s
†gÓÈt¡n†ŸÓ‰È«Ά;
“Mühəmməd, siz kişilərin heç birinin atası deyildir. Lakin o, Allahın Rəsulu (elçisi) və peyğəmbərlərin sonuncusudur. Allah hər şeyi biləndir.”175
“Xatəm” - lüğətdə üzük mənasını ifadə edir. İslam dini zahir olan dövrdə məktublara möhürlü üzük vasitəsilə imza vururdular. Bu iş də məktubdakı xəbərin sona yetməsinə dəlalət edirdi. Bu məsələni nəzərə almaqla yuxarıdakı, ayədən başa düşülür ki, İslam peyğəmbərinin gəlişi ilə nübüvvət və peyğəmbərlik məqamın möhürlənib sona yetdi.
Yeri gəlmişkən, bunu da qeyd etmək lazımdır ki, “risalət” ilahi xəbərlərin vəhy vasitəsi ilə xalqa çatdırılması mənasınadır. Deməli, ilahi risalət peyğəmbərsiz həyata keçməz. èeyğəmbərin sonuncu olmasından, risalətin də sona yetməsi başa düşülür.
Bu barədə olan müxtəlif hədislər içərisində “Mənzilət” adı ilə məşhur olan hədisi qeyd etməklə kifayətlənirik.
Həzrət Peyğəmbər (s) “Təbuk” müharibəsinə yola düşərkən Əli (ə)-ı Mədinədə öz yerinə canişin və vəsi təyin edərək ona buyurdu:
†√Ó†‰«“† Ó—t÷È”†√ÓÊt† Ó„ÔËÊÓ†ÂÊsȆ»ÂÓÊtG‰Ó:†Á«“—ÔËÊÓ†ÂÊt†ÂÔËGÈ”†«˙”†√ÓÊsÓÁÔ†‰«†ÊÓ»ÈsÓ†»ÓŸtœÈ†
“Ya Əli, buna sevinməzsən ki, səninlə mənim münasibətim Harunla Musanın münasibəti kimidir?! Bu fərqlə ki, məndən sonra heç bir peyğəmbər yoxdur.176
“Mənzilət” hədisindən başqa, digər hədislər də Həzrət Peyğəmbərin (s)peyğəmbər sonuncu olmasını sübut edir.
79-CU ƏSAS
İslam dininin əbədi bir din olmasının sirri iki şeydən ibarətdir:
1-İslam dini bütün bəşəriyyətin fitri və təbii ehtiyaclarını ilahi hidayətə əsasən təmin etmək üçün müxtəlif proqramlar bəyan etmişdir ki, onlardan gözəl və kamil bir proqram təsəvvür etmək qeyri-mümkündür.
2- Əməli vəzifələrdə də bir sıra möhkəm, sabit və ümumi əsaslar və külli proqram bəyan etmişdir ki, bunlar da bəşəriyyətin müxtəlif ehtiyaclarına cavab verməyə qadirdir. İslam fəqihləri, xüsusilə şiə alimlərinin on dörd əsrlik müddət ərzində İslam cəmiyyətinin bütün ehtiyaclarına cavab vermələri bu müddəanın açıq-aşkar bir şahididir. İndiyə qədər elə bir hal görünməmişdir ki, İslam fəqihləri bu kimi məsələlərə cavab verməkdə aciz qalsınlar. Aşağıda qeyd olunanlar da bu hədəfin gerçəkləşməsində mühüm rol oynamışdır:
1-Əqlin höccət olması:
Qarşıya çıxan çətinlikləri həll edib aradan qaldırmağa qadir olan əqlin höccət və mötəbər sayılması, bəşəriyyətin həyatı boyu onların vəzifələrini təyin etməkdə də kömək edir.
2-Daha mühüm olan bir işin nisbətən mühüm işdən qabağa salınması:
Bildiyimiz kimi, İslam hökmləri bir sıra məsləhətlərin əldə olunması və fəsad işlərin qarşısının alınması üçün vücuda gəlmişdir. Onların bəzilərini əql, bəzilərini isə şəriət bəyan etmişdir. Əgər din alimi iki hökmün arasında təzad olmasını görsə, onda daha mühüm işin, nisbətən mühüm olan işdən üstün olması barədə fətva verərək mövcud çətinlikləri aradan qaldıra bilər.
3-İctihad qapısının açılması:
Şiələrin məziyyət və iftixarlarından olan ictihad qapısının islam ümmətinin üzünə açıq olması, İslam dininin sonuncu din olmasına təminat verən amillərdən biridir. Çünki, canlı və ardıcıl ictihad çərçivəsində qarşıya çıxan yeni hadisə və məsələlərin hökmü, İslamın ümumi qanunları vasitəsilə istinbat olunur.
4-Sanəviyyə (ikinci dərəcəli) hökmlər:
İslam dinində birinci dərəcəli hökmlərdən əlavə, bir sıra ikinci dərəcəli hökmlər də vardır və onlar bir çox çətinlikləri aradan qaldırmağa qadirdir. Məsələn, əgər bir hökmün icra olunması (fiqh elmində bəyan olunan şərtlər daxilində) şəxsin zərərə və çətinliyə düşməsinə səbəb olsa, “Zərərin və çətinliyin nəfy olunması” kimi qaydalar bu çətinliklərin və müşküllərin aradan qaldırılmasına kömək edə bilər. Qurani-kərim bu məsələ ilə əlaqədar buyurur:
º†Ëӆ«“†ÃÓŸÓ‰Ó†ŸÓ‰ÓÈt„ÔÂt†bȆ«‰œsÈʆÂÊt†ÕÓ—ÓÆ;
“Allah dində sizin üçün heç bir çətinlik yeri qoymadı.”177
Rəsuli Əkrəm (s) buyurmuşdur:
º†‰«“†÷Ó—Ó—Ó†ËÓ†‰«“†÷—«“—Ó†;
“(İslam dinində) heç bir zərər və çətinlik yoxdur.”
Deməli bu qaydalara əsasən, heç bir şəxs öz səxsi həyatında çətinliklə üzləşməyəcək.
80-CI ƏSAS
İslam dininin xüsusiyyətlərindən biri də onun məfhum və hökmlərinin asan başa düşülməsi, əməli proqramlarının isə hərtərəfli və mötəbər olmasıdır. “u da islamın müxtəlif dünya xalqları arasında yayılmasının ən mühüm amillərindən biridir. Amma bu xüsusiyyət qabaqkı dinlərdə mövcud olmamışdır. İslam dini Allaha ibadət etmək mövzusunda açıq-aşkar və xalis tovhidi bəyan etmişdir ki, bu da hər hansı çətinliyi aradan qaldırır. Qurani-kərimin, “Tovhid” surəsi müddəamıza şahiddir. “u müqəddəs kitab, insanın yüksək mənəvi məqama olmasının ən mühüm amilini bütün əxlaqi xüsusiyyətləri özündə cəm edən təqva hesab edir. Əməli proqramlarda müşahidə edirik ki, İslam dini hər bir çətinliyi aradan qaldırır və Peyğəmbər (s) özü, asan bir şəriət gətirməsinə şəhadət verir.
İnsaflı mühəqqiqlər, hətta bəzi qeyri-müsəlman alimləri də açıq-aşkar bildirmişlər ki, İslam dininin bütün dünyaya, həm də geniş miqyasda yayılmasının əsas amillərinin biri də onun təlimlərindən hökmlərinin hərtərəfli və açıq-aşkar bəyan olunmasıdır. Misal üçün, məşhur fransız alimi professor Qustov Lebon deyir: “İslam dininin irəliləyişinin əsas səbəbi onun asan olmasından ibarətdir. İslam başqa dinlərdə mövcud olan və əqlin qəbul etmədiyi mətləblərdən uzaqdır.”
Nə qədər fikirləşsəniz, yenə də İslam dinindən ən asan bir din tapa bilməyəcəksiniz. İslam deyir: Allah birdir, bütün insanlar Onun müqabilində eyni bir səviyyədədir. İnsan dinin vacib əməllərini düzgün yerinə yetirməklə, ilahi nemətlərə, behiştə və əbədi səadətə nail olur. Yox, əgər vacib əməlləri yerinə yetirməyib İslamdan üz döndərsə, cəhənnəmə gedəcəkdir. İslamın göstərişlərinin asan və açıq-aşkar olması, bu dinin bütün dünyada irəliləməsinə çox kömək etmişdir. Bunların da ən mühümü İslamın qəlblərdə yaratdığı möhkəm imandır. Elə bir iman ki, heç bir şəkk-şübhə onu aradan aparmağa qadir deyildir.
Dostları ilə paylaş: |