ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə14/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   10   11   12   13   14   15   16   17   ...   56

44-CÜ ƏSAS

Bütün müsəlmanlar Allahın ədalətli olduğunu bilirlər. Ədalət Allah taalanın cəmal (sübuti) sifətlərindən biridir. Qurani-kərim bu məsələni təsdiqləyərək, hər növ zülmü Allahdan uzaq bilmiş, Onu “ədalət əsasında hökm edən deyə vəsf etmişdir:

º†«ÊsÓ†«‹Ó†‰«“†ÈÓÿt‰ÂÔ†ÂÀtv«“‰Ó†–Ó—sÓ:n†;

“Həqiqətən, Allah (heç kəsə) zərrə qədər zülm etməz.”106

Həmçinin buyurur:

º†«ÊsÓ†«‹Ó†‰«“†ÈÓÿt‰ÂÔ†«‰Ês«“GÓ†gÓÈt∆Ϋ;†††

“Həqiqətən, Allah insanlara zərrəcə zülm etməz.”107

Başqa bir ayədə buyurur:

º†gÓÁœÓ†«‹Ô†√ÓÊsÓÁÔ†‰«“†«‰ˆˆÁÓ†«˙”†ÁÔËÓ†ËÓ†«‰tÂÓ‰«“∆„Ó:Ô†ËÓ†«ÔˉÔË«†«‰tŸ‰tÂ†v«“∆«Ά»«‰tvGt◊†;

“Allah, Özündən başqa heç bir məbud olmadığına şahiddir. Mələklər və elm sahibləri də Allahdan başqa heç bir məbud olmadığına, habelə Onun ədalət əsasında hökm etməsinə şahiddirlər.”

Qeyd olunan ayələrdən əlavə, sağlam əql də Allahın ədalətli olmasını hökm edir. Çünki ədalət kamal, zülm isə nöqsanlı və çatışmayan sifətlərdəndir. İnsan əqli Allahın bütün kamallara malik olmasını, eləcə də hər növ eyb və nöqsandan uzaq və pak olmasını hökm edir.

Adətən, zülm aşağıda qeyd olunan amillərin vasitəsilə baş verir:

1-Fail (zülm edən şəxs) zülmün pis və qəbahətli bir iş olmasını bilmir. (Başqa sözlə, zülm xəbərsizlik üzündən baş verir.)

2-Zülm edən şəxs zülmün qəbahətli olmasını bilir, amma ədaləti icra etməyi bacarmır və zülm etməyə ehtiyac duyur. (Başqa sözlə, zülm acizlikdən irəli gəlir.)

3-Zülm edən şəxs zülmün qəbahətli olmasını bilir və ədaləti icra etməyi də bacarır, lakin həmin şəxs hikmət sahibi olmadığı üçün, pis və yaramaz işləri görməkdə heç bir qorxusu yoxdur. (Başqa sözlə, zülm nadanlıq, ağılsızlıq üzündən baş verir.)

Aydındır ki, qeyd olunan amillərin heç biri Allah barəsində təsəvvür oluna bilər. Məhz buna görə də hökm edib deyirik ki, Allahın bütün işləri, və felləri tamamilə ədalət və hikmət üzündəndir.

Bu dəlil İslam Peyğəmbərindən (s) nəql olunan bir hədisdə qeyd edilmişdir. Mərhum Şeyx Səduq belə nəql edir: Bir yəhudi Peyğəmbər (s)-in hüzuruna gəlib bəzi suallar, o cümlədən Allahın ədaləti haqqında soruşdu. Həzrət Allahın heç vaxt zülm etməməsini bəyan edərək buyurdu:

º†‰Ÿ‰tÂÁ†»vÔ»tÕÁ†ËÓ†«Gt ⁄tÊ«“∆Á†ŸÓÊtÁÔ†;

“Allah taala zülmün qəbahətli və pis olmasını bildiyinə və zülm etməyə ehtiyacı olmadığına görə zülm etməz.”108

Şiə alimləri də Allahın ədalətli olması barədə bəhs edərkən, bu dəlilə əsaslanırlar.109

Yuxarıdakı ayələrə diqqət etməklə yanaşı, qeyd olunmalıdır ki, bütün müsəlmanlar arasında Allahın ədalətli olması haqqında fikir birliyi vardır amma, onun necə təfsir olunmasında fikir ayrılığı nəzərə çarpır. Onların hər biri aşağıda qeyd olunan iki nəzəriyyədən birini qəbul edirlər:

1-İnsanın əqli işlərin yaxşı və ya pis olduğunu dərk edir, yaxşı işin failin kamalına, pis işin isə onun nöqsanlı olduğuna dəlil bilir. Allah taala da zatən bütün kamallara malik olduğu üçün onun işləri gözəl və mükəmməldir, pak zatı da hər növ pis işlərdən uzaq və pakdır.

Bu incə məsələni də qeyd etmək lazımdır ki, əql heç vaxt Allahın barəsində hökm vermir və “Allah mütləq ədalətli olmalıdır” demir. Əksinə, burada əqlin işi yalnız Allahın işlərinin həqiqət və mahiyyətini kəşf etməkdir. Yəni əql, Allahın zatının mütləq kamala malik olmasını və hər növ nöqsandan uzaq olmasını dərk etdiyi üçün, Onun bütün işlərinin kamal həddində olmasını kəşf edir və nəticədə başa düşür ki, O, Öz bəndələri ilə mütləq ədalətlə rəftar edəcək. Yuxarıda qeyd olunan ayələr də həqiqətdə insanın əql vasitəsilə dərk etdiyi məsələləri təsdiqləyir. Buna ilahiyyat elmində “əqlin yaxşı ilə pisi ayırd etməyə səlahiyyətli olması” adı vermişlər. Bu nəzəriyyənin tərəfdarlarını “ədliyyə və ya “imamiyyə adlandırmışlar.

2-Bu nəzəriyyənin müqabilində başqa bir nəzəriyyə də vardır. Onun tərəfdarları əqlin yaxşı ilə pisi (hətta ümumi şəkildə belə) dərk etməkdə aciz olmasını, habelə işlərin yaxşı və ya pis olmasını ayırd etmək üçün yeganə yolun ilahi vəhy olmasını iddia edirlər. Bu nəzəriyyəyə əsasən, əgər Allah günahsız bir şəxsin cəhənnəmə, günahkarın isə behiştə aparılmasını əmr etsə, bu, ədalət əsasında və yaxşı işlərdən sayılacaq. Bu nəzəriyyənin tərəfdarları deyirlər ki, biz Allahın ədalətli olmasını yalnız ona görə qəbul edirik ki, bu sifət məhz Qurani-kərimdə gəlmişdir.



45-Cİ ƏSAS

Əqlin yaxşı işi pis işdən ayırd etməyə səlahiyyətli olması şiələrin əqidələrinin əsası olduğu üçün, bu barədə olan iki dəlili qısa şəkildə qeyd edirik:

1-Hər insanın əqli hansı dinə itaət etməsindən, dünyanın hansı məntəqəsində yaşamasından asılı olmayaraq ədalətin yaxşı, zülmün isə pis iş olmasını, həmçinin əhdə vəfa etməyin yaxşı, əhdi pozmağın isə pis, “yaxşılığa yaxşılıqla, pisliyə də yaxşılıqla” cavab verməyin yaxşı bir iş olmasını dərk edir. Bəşəriyyət tarixində aparılan tədqiqatlar bu məsələnin bir həqiqət olmasına şəhadət verir. Hələ indiyə qədər görünməmişdir ki, ağıllı bir adam bu mətləbi inkar etsin.

2-Əgər əqlin, işlərin yaxşı və ya pis olmasını dərk etməkdə tamamilə aciz olmasını və insanların bütün işlərin yaxşı və ya pis olmasını ayırd etmək üçün mütləq şəriətə müraciət etməsini fərz etsək, onda hökmən bunu da qəbul etməliyik ki, şəriətdə də hansı işin yaxşı və hansı işin pis olmasını sübut etmək qeyri-mümkündür. Çünki, şəriətin hər hansı bir işin yaxşı və ya pis olmasını xəbər verməsini fərz etsək, onda biz bu xəbərin vasitəsilə onların yaxşı və ya pis olmasını dərk edə bilməyəcəyik. Bununla da şəriətin dediyi sözün düzgün olmaması ehtimalını verəcəyik. Amma əgər əvvəlcədən yalanın pis olmasını, qanun qoyanın isə bu sifətdən pak və uzaq olmasını isbat etsək, onda başqa məsələ. Onun da yalnız əqlin vasitəsilə qəbul etmək olar.

Bundan əlavə, Quran ayələrindən aydın olur ki, insanın əqli işlərin bir qisminin yaxşı və ya pis olmasını dərk etməyə qadirdir. Məhz buna görə də Allah taala onların əql və vicdan əsasında hökm etməyə dəvət edib buyurur:

º†√Ó†bÓÊÓÃtŸÓ‰Ô†«‰tÂÓGt‰ÂÈÊÓ†„Ó«‰tÂÔÃt—ÂÈÊÓ;†Â«“†‰Ó„ÔÂt†„ÓÈtbÓ† ÓÕt„ÔÂÔËÊÓ†;

“Məgər biz müsəlmanları kafirlər (günahkarlar) ilə eynimi tutacağıq?! Sizə nə olub, necə mühakimə yürüdürsünüz?”110

Başqa bir ayədə buyurulur:

º†ÁÓ‰t†ÃÓG«“¡Ô†«˘ÕtG«“Ê†«˙”†«˘ÕtG«“ÊÔ†;

“Yaxşılığın əvəzi ancaq yaxşılıqdır!”111

Burada cavab veriləsi bir sual qarşıya çıxır. Allah taala Qurani-kərimdə buyurur:

º†‰«“†ÈÔGt∆Ó‰t†ŸÓÂs«“†ÈÓbtŸÓ‰Ô†ËÓ†ÁÔÂt†ÈÔGt√Ó‰ÔËʆ;

“Allah gördüyü işlər barəsində sorğu-sual olunmaz; onlar (bütün insanlar) isə (tutduqları əməllərə görə) sorğu-sual ediləcəkdir.”112

SUAL: Bu ayədə buyurulur ki, Allah gördüyü işlər barəsində sorğu-sual olunmayacaq. Halbuki əql yaxşını və pisi dərk etdiyi üçün hökm edir ki, əgər Allah pis bir iş görərsə, Ondan “nə üçün bu işi gördün?” - deyə sorğu-sual olunmalıdır

CAVAB: Allahın sorğu-sual olunmamasının səbəbi, Onun hikmət sahibi olmasıdır. Hikmət sahibindən də heç vaxt pis iş baş verməz. Hikmət həmişə yaxşı işlə yanaşıdır. Beləliklə, sual üçün yer qalmır.


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin