ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə26/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   22   23   24   25   26   27   28   29   ...   56

81-Cİ ƏSAS


Təəssüflər olsun ki, İslam Peyğəmbərindən (s) qabaqkı peyğəmbərlərə nazil olan asimani kitablar təhrif olunmuşdur. Bu mətləbi Qurani-kərimdən əlavə, tarixi şahidlər də təsdiq edir. O kitabları diqqətlə mütaliə etdikdə bu məsələ aydın olur. Çünki o kitablarda elə mətləblər vardır ki, heç vaxt ilahi vəhy hesab edilə bilməz. Hazırkı “İncil” hər şeydən çox Həzrət İsanın (ə) həyatını və onun dara çəkilməsini izah etmişdir. Bununla belə, onda çoxlu təhriflər gözə çarpır.

Əvvəldə nazil olmuş səmavi kitabların təhrif olunmasına baxmayaraq, Qurani-kərim hər növ təhrifdən qorunub saxlanmışdır. Ondan nə bir şey əskildilmiş, nə də bir şey ona artırılmışdır. İslam Peyğəmbəri (s) Quranın yüz on dörd surəsini öz ümmətinə təhvil vermiş və onlar indiyədək olduğu kimi qalmışdır. Vəhy katibləri, xüsusilə İmam Əli (əleyhis salam) ilahi vəhyin nazil olduğu çağlardan Qurani-kərimi yazmağa başlamışdı. Xoşbəxtlikdən Quranın nazil olmasından 14 əsr keçməsinə baxmayaraq, onun surə və ayələrindən nə bir şey azaldılmış, nə də ona bir şey artırılmışdır.

İndi isə Quranın təhrif olunmasını göstərən bəzi dəlilləri qeyd edirik:

1-Qurani-kərimin təhrif olunması qeyri-mümkündür, çünki Allah taala Özü onu qoruyub saxlamağa zəmanət vermişdir:

º†«Ês«“†ÊÓÕtÊÔ†ÊÓGsÓ‰tÊ«“†«‰–s„t—Ó†ËÓ†«Ês«“†‰ÓÁÔ†‰ÓÕ«“bÿÔËÊÓ†;

“Şübhəsiz ki, Quranı “iz nazil etdik və sözsüz ki, Biz də onu (hər cür təhrifdən) qoruyub saxlayacağıq.”178

2-Allah taala hər cür batilin ona yol tapa bilməsini inkar etmişdir:

º‰«“†ÈÓ√t ÈÁ†«‰t»«“◊‰Ô†ÂÊt†»ÓÈtÊ†ÈÓœÓÈtÁ†ËÓ†‰«“†ÂÊt†ŒÓ‰tbÁ† ÓÊtGȉφÂÊt†ÕÓ„ÈÂn†ÕÓÂÈœn;

““atil ona heç bir tərəfdən yol tapa bilməz. O, hikmət sahibi və şükrə, tərifə layiq olan Allah tərəfindən nazil olmuşdur.”179

Allah taala bu ayədə Qurani-kərimin zəifləməsinə səbəb olan hər növ batili inkar etmişdir. Quranın ayə və kəlmələrinin azalmlsı alması, onun zəifləməsinə səbəb olduğuna görə, heç vaxt təhrif olunaraq artırılıb-azaldıla bilməz.

3-Tarix şəhadət verir ki, müsəlmanlar Quranı öyrənib əzbərləməyə xüsusi maraq göstərirdilər. Peyğəmbərlə (s) müasir olan ərəblər içərisində elə güclü hafizəyə malik olan şəxslər var idi ki, uzun bir xütbəni bir dəfə eşitməklə əzbərləyirdilər. Bəs necə deyə bilərik ki, bu qədər oxuyanı, əzbərləyəni olan bir kitab təhrif oluna bilər?!

4-Şübhəsiz, Həzrət Əmirəl-möminin Əli (ə)-ın xəlifələrlə bəzi məsələlər barədə fikir ayrılığı vardı. Öz müxalifətini də müxtəlif yerlərdə məntiq əsasında aşkar edirdi. Onlardan biri də o Həzrətin “Şiqşiqiyyə adlı məşhur xütbəsidir. Amma o Həzrət öz həyatında, hətta bir kəlmə olsun belə, Quranın təhrif olunması barədə söhbət etməmişdir. Əgər, belə bir iş olsaydı, o Həzrət nəyin bahasına olursa olsun, sakit qalmazdı,. O Həzrət daima insanları Quran barədə təfəkkür etməyə dəvət edir və buyururdu:

º†‰ÓÈtGÓ†‰«ÓÕÓœn†ÂÊt†»ÓŸtœ†«‰tvÔ—¬Ê†ÂÊt†b«“vÓ:n†ËÓ†‰«“†»ÓŸtœ†«‰tvÔ—¬Ê†ÂÊt†⁄ÓÊÈsÓ†bÓ„ÔËÊÔË«†ÂÊt†ÕÓ—À Á†ËÓ†√ »«ŸÁÔ;

“Ey camaat! Qurana itaət edən şəxslər heç vaxt yoxsul və fəqir olmaz. Varlılıq və ehtiyacsızlıq o zaman (hasil) olacaq ki, Qurana itaət olunsun. Belə olan təqdirdə, öz həyatınızda Qurana itaət edin.”180

Qeyd olunan bu və digər dəlillərə istinadən Əhli-beytə (ə) itaət edən böyük şiə alimləri keçmiş zamanlardan indiyədək Quranın hər növ təhrifdən qorunub saxlanmasına təkid etmişlər. O alimlərin bəzilərinin adını və yazdıqları kitabları, aşağıda qeyd edirik:

1-Fəzl ibni Şazan (İmamların dövründə yaşamış və hicri qəməri tarixi ilə 260-cı ildə vəfat etmişdir.) “Əl-iyzah” kitabının 217-ci səhifəsində.

2-Şeyx Səduq: (381-ci hicri qəməri ilində vəfat etmişdir.) “Etiqadat” kitabının 93-cü səhifəsində.

3-Şeyx Müfid: (436-cı hicri qəməri ilində vəfat etmişdir.) “Əcvibətül-məsailis-sərəviyyə kitabının 366-cı səhifəsində.

4-Seyyid Murtəza: (436-cı hicri qəməri ilində vəfat etmişdir.) “Cəvabul-məsailit-türablisiyyat” kitabında. (Şeyx Təbərsi onun sözünü “Məcməül-bəyan” kitabının müqəddiməsində qeyd etmişdir.)

5-Şeyxüt Taifə ləqəbi ilə məşhurlaşmış Şeyx Tusi: (460-cı hicri qəməri ilində vəfat etmişdir.) “Ət-tibyan” kitabının 1-ci cildinin 3-cü səhifəsində.

6-Şeyx Təbərsi: (548-ci hicri qəməri ilində vəfat etmişdir.) “Məcməül-bəyan” kitabının müqəddiməsində Quranın təhrif olmamasına təkid etmişdir.

7-Seyyid ibni Tavus: (664-cü hicri qəməri ilində vəfat etmişdir.) “Sədüs-süud” kitabının 144-cü səhifəsində yazır: “Quranın təhrif olunmaması, şiələrin nəzəriyyəsidir.”

8-Əllamə Hilli: (726-cı hicri qəməri ilində vəfat etmişdir.) Özünün “Əcvibətül-məsailil-məhnaviyyə kitabının 121-ci səhifəsində yazır: Qurani-kərimin hər növ təhrifdən qorunub saxlanması haqdır. Mən onun təhrif olunmasını deyənlərin sözündən Allaha pənah aparıram! Çünki, bu Peyğəmbərin (s) qəti möcüzələrində şəkk-şübhə yaranmasına səbəb olur.”

Biz burada bir daha təkid edirik ki, şiə aləminin böyük alimləri müxtəlif əsrlərdə bu əqidədə möhkəm olmuşlar. Eləcə də müasir dövrdəbütün şiə alimləri istisnasız olaraq bu əqidədədirlər.



82-Cİ ƏSAS

Hədis və rəvayət əsasında olan təfsir kitablarında Quranın təhrif olunmasına dair bəzi dəlillər söyləmişlər. Lakin aşağıda qeyd olunan mətləblərə diqqət yetirməklə bu sözün tamamilə əsassız olmasını başa düşəcəyik:

1-Qurani-kərimin təhrif olunmasını göstərən rəvayətləri etibarsız şəxslər nəql etmişlər. Hədisşünaslıq nəzərindən onların sözü heç bir əhəmiiyyətə malik deyildir. Məsələn: rical (hədisşünaslıq) alimləri Əhməd ibni Məhəmməd Səyyarinin “Qəraət” kitabında qeyd etdiyi rəvayətlərini zəif, onun məzhəbini isə fasid bilirlər. Həmçinin rical alimləri Əli ibni Əhməd Kufi haqqında belə demişlər: Ömrünün son anlarında yolunu azdı.”

2-Təhrifi göstərən bu cür rəvayətlərin bir hissəsi təfsir xarakteri daşıyır. Başqa sözlə, bu rəvayətlərin bir hissəsi təfsir olub Peyğəmbərin (s) ayələrin barəsində buyurduğu izahlara aiddir. Bəziləri belə təsəvvür edirdilər ki, bu izahlar və təfsirlər əvvəlcə Quranın bir hissəsi olmuş, sonradan isə çıxarılmışlar. Məsələn: rəvayətlərdə “Həmd” surəsindəki “siratəl-müstəqim” ayəsi, “Həzrət Peyğəmbərin (s) və onun xanədanının yolu” kimi təfsir olunmuşdur.

İmam Xomeyni (rəhmətullah əleyh) Quranın təhrif olunmasına dəlalət edən rəvayətləri üç qismə bölmüşdür:

a) Zəif rəvayətlər: onlardan mötəbər mənbə kimi istifadə etmək olmaz.

b) Düzəldilmiş və saxta rəvayətlər: bu cür rəvayətlər də saxta olduğu üçün, heç vaxt onlara əsaslana bilmərik.

v) Səhih və düzgün rəvayətlər: bu rəvayətlərin mənasına diqqət yetirdikdə məlum olur ki, Quran ayələrinin təhrif olunması dedikdə məqsəd, onların kəlmələrinin dəyişdirilməsi deyil, əksinə əsl mənalarının təhrif olunmasına aiddir.

3-Hər hansı bir məzhəbin həqiqi əqidəsini öyrənmək istəyənlər, onların hədis kitablarına deyil, əksinə, əqidəvi və elmi kitablarına müraciət etməlidir. Çünki hədis kitabını yazan şəxsin əsas məqsədi mətləbləri bir yerə toplamaq olur və onun barəsində təhqiqat aparmağı başqalarının öhdəsinə qoyur. Həmçinin, bir məzhəbin ardıcılı olan şəxsin nadir rəylərinə müraciət etmək, şübhəsiz ki, həmin məzhəbin hansı əqidədə olmasını bilmək üçün kifayət deyildir. Ümumiyyətlə, həmin məzhəbin alimlərinin əksəriyyət təşkil edən qəti rəylərinin müqabilində bir-iki nəfərin rəyinə əsaslanmaq, düzgün mühakimə yürütmək üçün səhih bir yol deyildir.

* * *


Təhrif haqqında olan bəhsin sonunda bir neçə incə məsələni qeyd etmək lazımdır:

1-İslam məzhəblərinin xüsusilə müasir dövrdə, Quranın təhrif olunması barədə bir-birlərinə vuruqları ittihamlar, yalnız islam düşmənlərinin xeyrinədir.

2-Bəzi şiə alimləri Quranın təhrif olunması barədə kitab yazıblarsa, şiə alimlərinin əksəriyyətinin nəzəriyyəsi deyil, həmin müəllifin öz şəxsi nəzəriyyəsi hesab olunur. Məhz buna görə də Quranın təhrif olunması haqda yazılan bir kitab çap olduqdan sonra dərhal şiə alimləri tərəfindən həmin kitaba cavab olaraq çoxlu kitablar yazılır. Məsələn, 1345-ci hicri ilində Misir alimlərindən biri Quranın təhrif olunmasını isbat etmək üçün “Fürqan” adlı bir kitab yazdı. Amma bu kitab şiə alimləri tərəfindən rədd olunaraq dərhal müsadirə olundu.

3-Bütün dünya müsəlmanlarının asimani kitabı Qurani-kərimdir. Onun birinci surəsi “Həmd”, sonuncu surəsi isə “Nas” olmaqla yüz on dörd surədən ibarətdir. Allah kəlamı olan bu müqəddəs kitab “Quran” adlanmış, “Məcid”, “Kərim”, “Həkim” və s. kimi sifətlərlə tanınmışdır. Müsəlmanlar bəzən Qurana “Müshəf” də deyirlər. “Müshəf” lüğətdə “bir yerə cəm olunan yazılı vərəqlər məcmuəsi” mənasını ifadə edir. Nəql olunur ki, Həzrət Peyğəmbər (s) vəfat etdikdən sonra Quran surələri bir yerə yığıldı, bəzi səhabələr onun adının “Müshəf” qoyulmasını təklif etdilər.181

Deməli, “Müshəf” toplanan və yazılı vərəqlər toplusudur ona kitab da deyirlər, istər Quran olsun, istərsə də Qurandan başqa bir kitab. Qurani-kərim insanın əməl dəftərini “sühüf” (müshəflə sühüf eyni kökdəndir) adlandıraraq buyurur:

º†ËÓ†«–«†«‰gsÔÕÔbÔ†ÊÔg—Ó t†;

“O zaman ki, əməl dəftərləri sühüflər açılacaq.”182

Həmçinin digər asimani kitabları da “sühüf” adlandıraraq buyurur:

º†gÔÕÔbÔ†«»t—«“ÁÈÂÓ†ËÓ†ÂÔËGÈ”†;

“İbrahimin və Musanın kitabları.”183

Bu ayələrdən aşkar şəkildə başa düşülür ki, səhifə və ya müshəf kəlməsi Həzrət Peyğəmbərin (s) vəfatından sonra Quranın adlarından biri sayılmasına baxmayaraq, geniş bir mənaya malikdir. Bu baxımdan, Peyğəmbərin (s) əziz qızı Həzrət Fatimeyi Zəhradan (ə) yadigar qalmış yazıların da “Müshəf” adlandırılması təəccüblü deyildir. Bu müshəfin nə olması İmam Sadiqin (ə) buyurduğu rəvayətdə açıqlanmışdır. Belə ki, o Həzrət buyurmuşdur: “Fatimə Peyğəmbərin (s) vəfatından sonra 75 gün həyat sürdü. Onu ağır qəm-qüssələr bürüdü. Cəbrail Allahın əmri ilə Fatimə (ə)-a nazil olub atasından və onun Allah yanında olan yüksək məqamından söhbət edər və ona təsəlli verərdi. Həmçinin, Ona, gələcəkdə baş verəcək hadisələrdən xəbər verərdi. Əmirəl-möminin Əli (ə) da Cəbrailin dediyi xəbərləri yazırdı. Bu, Həzrət Fatimənin (ə) müshəfidir.”184

Əbu Cəfər İmam Sadiq (ə)-dan belə nəql edir:

º†ÂÔgtÕÓbÔ†b«“◊ÂÓ:ӆ«“†bÈÁ†gÓÈt¡Ï†ÂÊt†„ «“»†«‹†ËÓ†«ÊsÓ«“†ÁÔËÓ†gÓÈt¡Ï†√Ô‰tvÈÓ†«‰ÓÈtÁ«“†»ÓŸtœÓ†ÂÔËt †√Ó»ÈÁ«“†¸†;

“Fatimənin müshəfidə Allahın kitabından heç nə yox idi. (Yəni belə təsəvvür etməyin ki, o Qurandır), əksinə atası vəfat etdikdən sonra ona ilham olunan şeylərdən ibarətdir”185

Biz hədis və fiqh elminə aid olan bölmədə qeyd etdik ki, islam ümməti içərisində yüksək məqama malik olan bəzi şəxslər vardır ki, nəbi və rəsul olmasalar da, mələklər onlarla söhbət edər. Onları “mühəddəs” adlandırırlar. Həzrət Peyğəmbərin (s) əziz qızı Həzrət Fatimə (ə) də “mühəddəsə idi.


YEDDİNCİ FƏSİL

İMAMƏT VƏ XİLAFƏT


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin