ИмамијЈӘ шиәЛӘринин әгидәЛӘРИ



Yüklə 5,11 Mb.
səhifə27/56
tarix04.01.2019
ölçüsü5,11 Mb.
#90323
1   ...   23   24   25   26   27   28   29   30   ...   56

İMAMƏT VƏ XİLAFƏT

Həzrət Peyğəmbər (səlləllahu əleyhi və alihi və səlləm) 23 il ərzində İslam dinini təbliğ edib, çoxlu əzab-əziyyətlərə mər”uz qaldıqdan sonra, hicrətin 11-ci ilinin əvvəllərində əbədiyyətə qovuşdu. O Həzrətin vəfatı ilə vəhy və nübüvvət də sona yetdi, ondan sonra nə bir peyğəmbər, gələcəkdi, nə də təzə bir din. Buna baxmayaraq, Peyğəmbərin (s) vəhyi xalqa çatdırmaq məs”uliyyətindən başqa öhdəsində olan sair vəzifələr sona çatmadı. Onun vəfatından sonra elmli və təqvalı bir şəxs Peyğəmbərin (s) canişini, vəsisi, və müsəlmanların rəhbəri və imamı olaraq, bütün bu vəzifələrin yerinə yetirilməsini öhdəsinə götürməli idi.

Bütün müsəlmanlar axırıncı mətləbi (vəzifələrin yerinə yetirilməsi üçün mütləq bir rəhbərin olmasını) qəbul edirlər. Amma şiələrlə sünnülərin arasında Peyğəmbərin (s) canişini və vəsisi olan şəxsin hansı xüsusiyyətlərə malik olmaq və onun necə təyin olunması barədə fikir ayrılığı vardır. Bu fəsildə əvvəlcə şiənin mənası və şiəliyin yaranma tarixi barədə söhbət edəcək, sonra isə imamətə aid olan məsələ araşdıracağıq.

83-CÜ ƏSAS

“Şiə lüğətdə “ardıcıl və tabe olan” mənasını daşıyır. İstilahda isə Peyğəmbərin (s) vəfatından sonra İslam ümmətinə rəhbərliyi İmam Əli (əleyhis salam) və onun məsum övladlarının qanuni haqqı bilən bir qrup müsəlmana deyirlər. Tarix şəhadət verir ki, Rəsuli Əkərəm (s) öz sağlığında müxtəlif yerlərdə Əlinin (ə) fəziləti, habelə özündən sonra onun rəhbər olmasından söz açmışdı. Bu tövsiyə və sifarişlər elə Peyğəmbərin (s) zamanında bir qrupun Əlinin (ə) ətrafına toplaşıb, “Əli şiəsi” adı ilə tanınmasına səbəb oldu. Onlar Peyğəmbərin (s) vəfatından sonra Əlinin (ə) ardınca düşərək, ona tabe oldular. “una görə də bir qrup həm Rəsuli Əkrəmin (s) həyatında, həm də onun vəfatından sonra şiə adı ilə məşhurlaşdılar. Bu mətləbi müxtəlif firqə və məzhəblərin yazıçıları bəyan etmişlər.

310-cu hicri ilində vəfat edən Növbəxti belə yazır: O kəslərə şiə deyilir ki, həm Rəsuli Əkrəmin (s) zamanında, həm də onun vəfatından sonra başqalarından əl çəkib Əlinin (ə) rəhbərlik və xilafətini qəbul edərək, ona tabe olsunlar.

Əbul-Həsən Əş”əri deyir: Bu qrupun şiə adlandırılmasının səbəbi budur ki, onlar Əli (ə)-a tabe olub, onu digər səhabələrdən üstün tutular.

Şəhristani yazır: O kəslər şiədirlər ki, Əli (ə)-a tabe olub, Həzrət Peyğəmbərin (s) vəsiyyətinə görə, onun imamət və xilafətini qəbul etsinlər.

Aydın olur ki, şiə elə İslam dininin ilk çağlarında yaranmışdır. İslam və şiəlik eyni zamanda yaranan ayrılmaz hissədirlər. 88-ci əsasda qeyd edəcəyik ki, Peyğəmbər (s) öz dəvətini başladığı ilk günlərdə Bəni-Haşim tayfasını bir yerə toplayıb, Əlinin özündən sonra canişin və xəlifə olmasını açıq-aşkar elan etdi. Ondan sonra da müxtəlif yerlərdə, xüsusilə “Qədir xum” günündə özündən sonra onun canişin və rəhbər olmasını rəsmi surətdə elan etdi.

Bəli, şiə məzhəbinin İslamdan başqa tarixi tarixi yoxdur. O, nə səqifə sövdələşməsinin nəticəsidir, nə də Osmanın qətlə yetirilməsinin hasili. “unu Həzrət Peyğəmbər (s) təkrar asimani göstərişlərlə şiəliyi ilk dəfə olaraq səhabələrin qəlblərinə yer verdi, zaman ötdükcə onu inkişaf etdirdi, Əbuzər, Salman və s. kimi böyük səhabələrin bir qrupunu şiə adlandırdı. İsalam təfsirçiləri

º†«ÊsÓ†«‰sÓ–ÈÊÓ†¬ÂÓÊÔË«†ËÓ†ŸÓÂ‰ÔË«†«‰gs«“‰Õ«“ †√Ôˉˆˆ∆„Ô†ÁÔÂt†ŒÓÈt—Ô†«‰t»sÓ—È:†;

“Həqiqətən, iman gətirib yaxşı əməllər edənlər yaradılmışların ən yaxşılarındır.”186 ayəsinin təfsirində nəql edirlər ki, Həzrət Peyğəmbər (s) buyurdu: “Bu ayədə məqsəd, Əli və onun şiələridir.”187

Tarixdə Həzrət Peyğəmbərdən (s) sonra Əlinin (ə) dərhal imam və rəhbər olmasına inanan, tabein və səhabələrdən sayılan şiələr o qədər çoxdur ki, onların adlarını qeyd etmək üçün böyük bir kitab lazımdır. Şiəliyin qeyd olunan mənası müsəlmanların bir hissəsini təşkil edən dünya şiələri arasında müştərək bir addır. Tarixdə Şiələr İslamın geniş şəkildə yayılmasında böyük zəhmətlər çəkmişlər. O cümlədən, cəmiyyətə böyük elmi, ədəbi və siyasi şəxsiyyətlər təqdim etmiş, mühüm dövlətlər qurmuş və müxtəlif elmi nailiyyətə nail olmuşlar. Hal-hazırda da dünyanın hər yerində şiə vardır.



84-CÜ ƏSAS

Növbəti əsasda isbat edəcəyimiz kimi imamət məsələsi, ilahi və səmavi bir məsələdir. İslam èeyğəmbərinin (s) canişini mütləq ona nazil olan vəhy vasitəsi ilə təyin olunmalıdır. Amma bu mövzunu nəqli və şər”i dəlillərlə araşdırmazdan qabaq, belə fərz edirik ki, bu barədə heç bir şər”i dəlil (ayə və rəvayət) yoxdur. Belə olan təqdirdə, görək o dövrün şəraitini nəzərə almaqla, əql necə hökm edir?!

Əql hökm edir ki, əgər saleh bir şəxs uzun müddət ərzində zəhmətlərə qatlaşaraq tədbir tökmüş və cəmiyyətə təzə bir yol göstərmişsə, deməli həmin yolun sabit qalması, inkişaf etməsi üçün də bir yol fikirləşməlidir. Heç vaxt mümkün olan iş deyil ki, bir şəxs çoxlu zəhmətlərə qatlaşıb bir şey icad etsin, amma onun gələcəkdəki təhlükələrdən qorunub saxlanması üçün heç bir tədbir görməsin və bu məqsədlə öz yerinə heç bir məs”ul və davamçı tanıtdırmasın. İslamın əziz Peyğəmbəri də (s) dünyanın ən böyük şəxsiyyətidir ki, öz şəriətilə, dünya səviyyəsində köklü dəyişiklik və tamamilə yeni bir mədəniyyət yaratdı. Şübhəsiz ki, o Həzrət, Adəm övladı üçün ədəbi bir şəriət gətirdiyi və öz dövründə cəmiyyətə rəhbərlik etdiyi üçün bu şəriətin təhlükələrdən qorunub saxlanması, habelə əbədi olaraq ümmətin hidayəti üçün bir çarə fikirləşmiş və özündən sonra rəhbərliyin keyfiyyətini bəyan etmişdir. Çünki, əbədi bir şəriət və din gətirən şəxsin özündən sonra onu qoruyub saxlamaq üçün rəhbər təyin etməməsi və İslam cəmiyyətini naməlum şəkildə buraxması heç vaxt ağıllı bir iş sayıla bilməz. Deməli Peyğəmbərin dünyadan gedənə qədər özündən sonrakı rəhbər haqqında heç bir söz deməməsi qeyri-mümkündür.

85-Cİ ƏSAS

İslamın ilk çağlarına müraciət edib, Həzrət Peyğəmbərin (s) vəfatı zamanı ümumiyyətlə dünyaya və ya hansısa bir məntəqəyə hökm sürən şəraitə diqqətlə nəzər yetirdikdə, Peyğəmbərdən sonra bir imam təyin olunmasının zəruri olması isbat olunur. Çünki, o Həzrət vəfat edərkən, İslam ölkələrini üç tərəfdən təhlükə gözləyirdi: 1-Roma imperatorluğu. 2-İran imperatorluğu. 3-Daxili münafiqlər.

Roma imperatorluğunun yaratdığı təhlükə haqda bunu demək kifayətdir ki, Həzrət Peyğəmbər ömrünün sonuna kimi, bir an belə onun barəsində fikirdən yayınmadı. Məhz buna görə də ömrünün son anlarında romalılarla müharibə etmək üçün Üsamət ibni Zeydin başçılığı ilə böyük bir qoşun göndərdi və bu əmr ilə müxalifət edən hər bir şəxsi lənətlədi. İran imperatorluğu da İslamın ən qatı düşmənlərindən idi. İran padşahı Həzrət Peyğəmbərin (s) məktubunu cırdıqdan sonra, Yəmənin valisinə yazdı ki, Peyğəmbəri tutub zindana salsın, yaxud başını kəsib onun üçün göndərsin. Nəhayət daxili münafiqlərin yaradacağı təhlükə barədə bunu qeyd etmək lazımdır ki, onlar həmişə Mədinədə, yaxud Mədinədən kənar bir yerdə Peyğəmbərə çoxlu əzab-əziyyət verir, özlərinin müxtəlif hiyləgərlik planları ilə o Həzrətin qəlbinə od vururdular. Qurani-kərimin müxtəlif surələrində onların Peyğəmbərə daş atmaqları barədə çox şeylər bəyan edilmişdir. Quranın tam bir surəsi onların adı, çirkin əməlləri və fikirləri barədə nazil oldu.

İndi belə bir sual qarşıya çıxır: Görəsən, bu üç təhlükənin mövcud olması ilə yanaşı, doğrudan da Peyğəmbər dini və ümməti rəhbərsiz qoyub getdi?

Peyğəmbər (s) bilirdi ki, ərəblər tayfa şəklində yaşayırlar və onların tayfa böyüklərinə qarşı təəssübləri onların ətlərinə-qanlarına qarışmışdır. Deməli, belə bir xalqa rəhbər təyin etməyib, rəhbərin işini camaat ixtiyarına qoymaq tayfalar arasında ixtilafa səbəb olacaqdı: Düşmən də bu ixtilafdan sui-istifadə edəcəkdi. Buna görə də Əbu Əli Sina deyir: “Peyğəmbər (s)-in özündən sonra ümmətə rəhbər və canişin təyin etməsi həqiqətə çox yaxındır. Çünki rəhbər təyin olunması ilə bütün ixtilaf və çəkişmələr aradan qaldırılacaqdı.”188


Yüklə 5,11 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin