İnformasiya anlayışı və xassələri



Yüklə 145,37 Kb.
səhifə62/66
tarix09.01.2022
ölçüsü145,37 Kb.
#113741
1   ...   58   59   60   61   62   63   64   65   66
INFORMASIYA TEXNOLOGİYALARI

38. Domen adlar sistemi

Xəbəri ünvana çatdırmaq üçün onu ünvanlaşdırmaq lazımdır. TCP/IP stekində 3 tip ünvandan istifadə edilir: lokal (aparat), IP (İnternet Protocol) ünvan və işarə domen adlar sistemi adlanan DNS (Domain Name System).



IP ünvan bir-birindən nöqtə ilə ayrılmış dörd hissədən ibarət olur. Hər bir hissədəki ədəd minimum - 0, maksimum - 255 ola bilər. Məsələn, 102.54.82.250 IP ünvan ola bilər, 100.128.36.259 isə IP ünvan ola bilməz. IP ünvanlar 32 bit (4 bayt) uzunluğunda olur.

Şəbəkə istifadəçilərinin rəqəmlər ardıcıllığından ibarət IP ünvan ilə işləməsi çətinlik törətdiyindən, DNS (Domain Name Server) domen adlar sistemindən istifadə olunur. DNS server adlanan kompüter — IP ünvanları DNS ünvanlara və əksinə çevirir. DNS ünvanlar bir-birindən nöqtə ilə ayrılmış domen adlardan ibarət olur.

Dünya üzrə birinci səviyyəli domenlərin qeydiyyatını aparan beynəlxalq təşkilat: ICANN (İnternet Corporation for Assigned Names and Numbers) aparır. Birinci səviyyəli domenlər inzibati və ərazi prinsipləri üzrə təsnif olunur.

İnzibati prinsiplə ünvanlaşdırmada istifadə olunan birinci səviyyəli domenlər bunlardır:



  • com - kommersiya təşkilatları;

  • edu - təhsil müəssisələri;

  • mil - hərbi müəssisələr;

  • gov - dövlət təşkilatları;

  • net - şəbəkə agentlikləri və ya provayderlər;

  • int - beynəlxalq təşkilatlar;

  • org - qeyri kommersiya təşkilatları.

Ərazi prinsipləri üzrə ünvanlaşdırmada iki simvoldan ibarət birinci səviyyəli domenlərdən istifadə olunur:

  • az — Azərbaycan;

  • tr — Türkiyə;

  • de — Almaniya;

  • ru — Rusiya;

  • ch — İsveçrə;

  • uk — Böyük Britaniya;

  • fr — Fransa;

  • ua — Ukrayna;

  • ca — Kanada.

Lokal şəbəkə adlanan alt şəbəkə daxilində ünvanlaşdırmada MAC (Media Access Control) ünvanlar adlanan lokal ünvanlardan istifadə olunur. MAC ünvanlar 48 bit (6 bayt) uzunluğunda ikilik rəqəmlər ardıcıllığından ibarət olur. MAC ünvanları ikilik formada oxumaq və yazmaq çətin olduğundan, 16-lıq say sistemində yazırlar.


Yüklə 145,37 Kb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   66




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin