İnformasiya və komputer texnikası” kafedrası Quliyev R. Y. “ Kommunikasiya vasitələri”


ALTERNATİV İNVERSİYA İLƏ BİPOLYAR KODLAŞDIRMA



Yüklə 259,71 Kb.
səhifə11/16
tarix09.05.2023
ölçüsü259,71 Kb.
#126651
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   16
kom vasit\'

ALTERNATİV İNVERSİYA İLƏ BİPOLYAR KODLAŞDIRMA

NRZ sisteminin modifikasiyalarından biri alternativ inversiya ilə bipolyar kodlaşdırmadır ( Bipolar Alternate İnversion, AMİ) . bu kodlaşdırmada 3 potensial səviyyədə kodlaşdırmadan istifadə olunur—müsbət potensial , sifir potensial və mənfi potensial. Məntiqi sifir kodlaşdırılan zaman sifirinci potensial səviyyədən, məntiqi vahid isə müsbət və mənfi potensialdan olunmaqla kodlaşdırılır.Bu zaman növbəti vahidi təsvir edən potensial əvvəlkinin əksi olur. AMİ kodlaşdırmasını aşağıdakı şəkildə göstərmək olar:



AMİ kodlaşdırılması özü-özünü sinxronlaşdırma olmadan belə sabit toplananı qismən yoxa çıxara bilir. Bu , məntiqi ”1” –lərin uzun ardıcıllığı zamanı baş verir.belə hallarda NRZ-də olduğu kimi rabitə xəttində eyni spektrə malik müxtəlif polyarlı impulslar ardıcıllığı olur. Verilmiş halda “1” və “0” –lar ardıcıllığı əsas N/2 hs harmonikaya malik olur və “1”-lərin ardıcıllığı xəttdə sabit toplananı mövcud etmir. Məntiqi “0”-ların uzun ardıcıllığı NRZ kodunda olduğu kimi təhlükəlidir.Bu proses zamanı siqnal “0” amplitudalı sabit toplanana çevrilir.Bu səbəbdən də AMİ kodlaşdırılması sonrakı yaxşılaşdırmaya məruz qalmalıdır, yəni “0” –ların uzun ardıcıllığını normallaşdırmaqla bu prosesi aradan götürmək olar.


AMİ kodunda rabitə xəttinə ötürülən informasiya bitinin müxtəlif kombinasiyaları spektrin daralmasına və bununla da rabitə xəttinin buraxma qabiliyyətinin artırılmasına gətirir. AMİ kodunda səhvlərin təyini məsələsində də müəyyən üstünlüklər var. Belə ki, siqnalın polyarlığının ardıcıllığının ciddi pozulması rabitə xəttində qeyri korrekt impulsun mövcudluğunu və ya yalan impuls haqqında informasiya verir. Qeyri- korrekt polyarlığa malik siqnal qadağan olunmuş siqnal adlanır.

VAHİDDƏ İNVERSİYA İLƏ POTENSİAL KOD


AMİ koduna oxşar siqnalın 2 səviyyəsinə malik siqnal mövcuddur. Bu kodlaşdırmada məntiqi “0”-ı ötürən zaman əvvəlki taktda təyin edilən potensial ötürülür , məntiqi “1” ötürülən zaman isə potensial əksinə inversiya olunur sonra ötürülür.Bu koda vahiddə inversiya olunan potensial kod deyilir. Bu kodun istifadəsi o vaxt əlverişli olur ki, 3-cü səviyyənin istifadəsi lazım olmasın (Məsələn optik kabellərdə informasiya 2 vəziyyətlə-- qaranlıq, işıqla təsvir olunur).


AMİ və NRZ tipli kodların yaxşılaşdırılması üçün 2 metoddan istifadə olunur. Birinci metodda çıxış bitinə vahiddlərdən ibarət artıq bitlərin əlavə olunmasıdır.Bu zaman məntiqi “0”-ların uzun ardıcıllığı kəsilir və kid özü-özünü sinxronlaşdıran olur.nəticə etibarı ilə sabit toplanan yoxa çıxır və spektr yığılmağa başlayır. Lakin bununla belə artıq bit heç bir informasiya daşımadığından buraxma qabiliyyəti aşağı düşür.
Ikinci metodda isə şıxış informasiyasını elə sürüşdürürlər ki,rabitə xətti üzrə “1” və “0”-ların peyda olma ehtimalı yaxın olsun.Bu funksiyanı yerinəcihazlara tramblerlər deyilir. Yekun prosesdə ilkin informasiyanın bərpası üçün deskrembler adlanan cihazlardan istifadə olunur.Bu cihaz vasitəsi ilə ilkin informasiyada olduğu kimi bit ardıcıllığı təmin edilir.

BİPOLYAR İMPULS KODU


Şəbəkə və kommunikasiyalarda verilənləri tam impulsla və onun hissələri ilə təsvir olunan kodlaşdırmadan istifadə edirlər. Bu kodlaşdırmada impulsun bir polyarlığı məntiqi “1” –i , digər polyarlığı isə məntiqi “0”-ı təyin edir. Hər impuls taktın yarısı qədər davam edir.Bu kodlaşdırma əla özü-özünü sinxronlaşdırma əmələ gətirir. Bütün bunlara baxmayaraq burada da xətt üzrə sabit toplanan ola bilər ki, bu da arzuolunan deyil. Lakin bununla belə onun spektri AMİ və NRZ-yə nəzərən genişdir. Bunun nəticəsində bu kodlarda buraxma qabiliyyəti aşağı olduğundan onun istifadəsi məhdud olur.


MANÇESTR KODU


Yaxın zamanlara kimi səbəkələrdə və kommunikasiyada ən geniş yayılmış kodlaşdırma üsullardan biri də mançestr kodladırmasıdır. Bu kodlaşdırma Enternet və Token Ring texnologiyasında geniş istifadə olunur.Mançestr kodlaşdırmasındaməntiqi vahiud və məntiqi sifirların kodlaşdirması potensial düşgüsü ilə ,daha dəqiq desək impulsun cəbhələri ilə kodlaşdırılır.Mançestr kodlaşdırmasında hər bir takt iki hissəyə bölünür.İnformasiya hər bir taktın yarısında potensial düşgüsü ilə kodlaşdırılır.Məntiqi vahid aşağı səviyyədən yuxarıya ,məntiqi sifir isə əks keçidlə təyin olunur. Hər bir taktın başlanğıcında siqnalın xidməti potensial düşgüsü ola bilər ki,bu da bir neçə 1 və 0-ları ardıcıl təsvir etmək lazım gəldikdə baş verir .Mançestr kodlaşdırılmasında hır bir bit informasiyanın dəyişməsində siqnql hər dəfə dəyişdiyindən bu kodlaşdırma yaxşı özü özünü sinxronlaşdıra bilir. Mançestr kodlaşdırmada buraxma zolağı bipolyar impuls kodlaşdırmasına nəzərən pisdir.Mançestr kodlaşdırmasında siqnalın sabit toplananı olmadığından , əsas harmonika ən pis halda N Hs, ən yaxşı halda isə N/2 olur.Spektrin eni isə 1.5 dəfə bipolkyar impuls kodundan azdır.Mançestr kodunda səviyyə iki olduğundan ,bipolyar impuls koduna nə.zərən üstünlük təşkil edir.


2B1Q potensial kodu


Şəkildə verilənlərin kodlaşdırılması üçün potensial kodun 4 səviyyəsi göstərilmişdir.Bu 2B1Q kodudur.Bu kodlaşdırmada hər iki bit informasiya 1 takt impulsunda verilir.hər takt impulsu 4 potensial hala malikdir.00 bit cütünə-2.5 v, 01 bit cütünə -0.833 V , 11 bit cütünə +0.833 V və 10 bit cütünə isə +2.5 V potensial uyğun gəlir.Bu kodlaşdırmada hər bir bit cütünün uzun ardıcıllığı , sabit toplananın əmələ gətirdiyindən arzu olunan deyil. Təsadüfi bit cütlərinin ardıcıllığında siqnalın spektri iki dəfə daraldığından ,takt impulsu buna nəzərən iki dəfə artır.Beləliklə bu kodlaşdırmada verilmiş rabitə xəttində informasiyanı iki dəfə sürətlə vermək mümkündür.




Yüklə 259,71 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin