İnformasiya və komputer texnikası” kafedrası Quliyev R. Y. “ Kommunikasiya vasitələri”


SİNXRON SİMVOL TƏYİNATLI VƏ BİT TƏYİNATLI PROTOKOLLAR



Yüklə 259,71 Kb.
səhifə15/16
tarix09.05.2023
ölçüsü259,71 Kb.
#126651
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   16
kom vasit\'

SİNXRON SİMVOL TƏYİNATLI VƏ BİT TƏYİNATLI PROTOKOLLAR.

Sinxron protokollardagöndərilən simvollarda ( baytlarda ) start-stop siqnalları olmadığından bu protokollarda ayrı-ayrı simvolları göndərmək olmaz. Bütün verilənlərin mübadiləsi verilənlər sahəsi , sonluq və başlöqdan ibarət kadrlar vasitəsi ilə yerinə yetirilir.Bütün kadr biti kəsilməz sinxron dəstə ilə ötürüldüyündən verilənlərin ötürülməsi olduqca sürətli olur. Sinxron protokol kadrını aşağıdakı kimi göstərmək olar:


Kadr 1 kadr 2



Bu protokollarda baytlardan bir-biri ilə xidməti simvollarla ayrılmadığından , qəbuledicinin əsas vəzifələrindən biri baytın sərhədlərini tanımaqdan ibarətdir.Bundan sonra qəbuledici kadrın əvvəlini və sonunu , hər bir kadr sahəsisinin sərhəddini , təyinat ünvanını , mənbənin ünvanını , başlığın digər xidməti sahələrini, verilnlər sahəsini və nəzarət təyin etməlidir.


Sinxron protokolların çoxunda dəyişən uzunluqlu kadrlardan istifadə olunmasına icazə verilir.Adətən protokollar verilənlər sahəsinin maksimal uzunluğunu təyin edir.Bu kəmiyyət verilənlərin verilənlərin ötürülməsinin maksimal vahidi adlanır .Bəzi protokollarda verilənlər sahəsinin minimal qiyməti də verilə bilir.Məsələn Enternet protokolu tələb edir ki verilənlər sahəsi minimum 46 bayt olmalıdır . Əgər verilənlər 46 baytdan az olarsa onda onu əlavə kodlar vasitəsi ilə 46 bayta çatdırmaq lazımdır. Bundan baıqa elə protokollar da var ki, 0 uzunluqlu baytların da istifadəsinə imkan verir . Buna misal olaraq FDDİ protokolunu göstərmək olar.
Bəzən kadr uzunluğu fiksə olunmuş protokollardan da istifadə olunur . Buna misal olaraq özündə xidməti informasiyanı saxlamaqla kadrın uzunluğu 53 bayta bərabər ATM protokolunu misal gğstərmək olar. Bu protokollarda həll olunmalı əsas məsələ kadrın başlanğıcını təyin etməkdən ibarətdir.

SIMVOL TƏYİNATLI PROTOKOLLAR

Simvol təyinatlı protokollar əsasən tekst faylları misalında təsviri simvol bloklarının ötürülməsində istifadə olunur.Sinxron ötürmədə start –stop bitləri olmadığından simvolların sinxronlaışdirması üçün başqa metod tətbiq olunur. Bu üsulda sinxronlaşma ötürücü simvolların hər bir blokunun qarşısına iki və daha artıq SYN simvolu adlanan idarə simvolu əlavə edir. ASCİİ kodlaşdırmasında SYN –n ikilik təsviri 0010110 –dir. SYN simvolları əsasən iki funksiyanı yerinə yetirir: bu simvol qəbuledicidə bit üzrə sinxronlaşdırma yaradır, sinxronlaşma alınan kimi vericidə SYN simvolunun sərhədlərini təyin etməyə imkan verir. Qəbuledici bir simvolu digərindən ayırmağa başladığı anda verici kadrlarən sərhəddlərini ikinci xüsusi simvolun köməyi ilə təyin edir.Adətən simvol protokollarında bu məqsədlə STX ( Start of Text, ASCII kodunda təsviri 0000010) simvolundan istifadə edilir.Başqa bir ETX ( End of Text, ASCII kodunda təsviri 0000011) simvolu isə kadrın sonunu göstərir.


Lakin bununla kadrın əvvli və sonunu bu üsulla təyin etmək o vaxt mümkün olur ki, kadr daxilində STX və ETX simvolları olmasın. Nə vaxt ki kompütrlərə hərf-rəqəm terminalları qoşulmuşdu, bu problem kimi ortaya cixmamişdi. Lakin sonradan kompüterləri öz aralarında qoşduqda bu problem özünü qabarıq şəkildə göstərdi.Bu problemin qarşısını almaq üçün müxtəlif protokollardan istifadə edilməyə başlandış. Bu protokollardan ən geniş yayılmışı İBM şirkətinin BSC protokoludur. Bu protokol iki rejimdə işləyir: 1. Qeyri-şəffaf rejimdə kadr daxilində bəzi simvolların verilməsi qadağan olunur, şəffaf rejimdə isə kadr daxilində ixtiyari simvollar , o cümlədən ETX və STX simvolları da mövcud ola bilər. Bu protokolun çəffavlığı onun hesabina olur ki, STX və ETX simvollarının əvvəlində həmişə DLE ( Data Link Escape) simvolu verilir. Bu cür prosedura simvolların staffinqi adlanır.Əgər kadrın verilənlər sahəsində DLE və ETX ardicilliği alinarsa onda verici DDLE simvolunun sayini ikiyə çatdirir: DLE DLE ETX. Qəbuledici iki DLE simvolunu gördükdə onların birini ləğv edərək ardıcıllığı DLE ETX kimi saxlayır.
BİT-TƏYİNATLİ PROTOKOLLAR

Kadr daxilində əlavə simvolların yerləçdirilməsi kadrın ölçüsünü böyütdüyündən , yəni kadr əlavə xidməti kodlarla doldurulduğundan ötürülmə effektiv olmur. Bundan başqa ötürülən simvollar müxtəlif kodlaşdırmada müxtəlif olduğundan (məsələn: SYN simvolunun ASCII kodlaşdırmasında təsviri 0010110, EBCDİC kodlaşdırmasında isə təsviri 00110010 ) taninma düzgun getmir.Beləliklə bu üsul ancaq verilənlərin kodlaşdırılmasının bir üsulundan istifadəsi zamanı tətbiq olunmalıdır.Bu cür problemləri həll etmək üçün hazirda və demək olar ki həmişə bit –təyinatlı protokollaşma adlanan üsuldan istifadə olunur.Bu üsuldan istifadə etməklə həm ikilik, həm də simvollu verilənləri ötürmək mümkündür.Aşağıdakı şəkildə bit- təyinatlı ğtürmənin 3 üsulu göstərilmişdir.


Şəkildə göstərilən birinci sxem STX və ETX simvollu simvol-təyinatlı ötürməyə oxşayır.Hər bir kadrın başlanğıc və sonu eyni 8 bitlik 01111110 ardıcıllıqlı bayraq adlanan bit ardıcıllığı ilə müşahidə olunur.Bu üsul ona görə bit –təyinatlı adlanır ki, qəbuledici bayrağı görmək üçün bit əsaslı olaraq qəbul edilən dəstəni surətini alır.Bu proses daha sonra isə stop bayrağı üçün də yerinə yetirilir.Bu səbəbdən də kadrın uzunluğunun bayrağın uzunluğunun misilləri olması tələbi qoyulmur.Bundan başqa sinxronlaşmanı əldə etmək üçün açıcı bayrağın əvvəlində və bağlayıcı bayrağın sonunda 8 bitlik 1111111 bit ardicilliğından istifadə olunur.Verilənlərin şəffaflığı üçün ele etmək lazımdır ki bayraqlar kadrın verilənlər sahəsinə düşməsin.Bu qəbul vaxtı bit staffinq adlanan 0 bitin daxil edilməsi ilə reallaşdırılır.0 bitin daxil edilməsi ancaq kadrin verilənlər sahəsinin qəbulu zamanı baş verir.Proses zamanı sxem ardıcıl olaraq 5 ədəd 1 sayirsa onda avtomatik olaraq bu ardıcıllığa 0 biiti əlavə olunur. Bu proses hətta 5 ədəd vahiddən sonra 0-in olmasinda belə davam edir.

v

Sinxron ötürmə zamanı kadrın başlanğıc və sonunun ayrılması üsulu

Bu səbəbdən də kadrın verilənlər sahəsində hec vaxt 8 bitlik 01111110 kodu daxil ola bilmir. Bu sxem qəbuledicidə tərs əməliyyatı aparmaqla analoji olaraq yerinə yetirilir.Yəni qəbuledici ardicil 5 vahiddən sonra o-ı görürsə onu avtomatik olaraq verilənlər sahəsindən silir. Bəzi hallarda bit-saffinqin yerinə bayt saffinqdən istifadə edirlər. Bu zaman saffinq bitinin yerinə müəyyən olçü və kodlu bayt daxil edilir.Lakin bit-saffinq bayt-saffinqə nəzərən qənaətcil olduğundan ötürmə sürəti daha böyük olur.


Şəkildə göstərilən ikinci sxemdə isə (b) kadrın əvvəlini qeyd etmək üçün təkcə start bayrağından istifadə edilir. Kadrin sonunu təyin etmək üçün verilənlər sahəsinin ölçüsündən istifadə edilir.Verilmiş üsul üçün başlığın fiksə olunmuş qiymətində (ölçüsündə) verilənlər sahəsinin ölçüsü müəyyən məna kəsb edir.Ötürülmənin bu cür sxemindən lokal şəbəkələrdə geniş istifadə olunur. Belə şəbəkələrdə stansiyaların bit üzrə sinxronlaşması üçün verici stansiya kadri təskil etən tərkibi preambula adlanan 101010... ardıcıllığından ibarər bit ardıcıllığına çevirir. Bit üzrə sinxronlaşmaya girərək qəbuledici giriş dəsətəsini kadrın əvvəlini göztərən 10101011 baytını tapana kimi tədqiqi edir.Bu bayt əsasən STX simvolunun rolunu oynayır. Bu baytdan sonra isə müəyyən olunmuş yerində verilənlər sahəsinin uzunluq sahəsi yerləşən kadrın başlığı təyin olunur.
Üçüncü sxemdə (v) kadrın əvvəlini və sonunu gostərən verilmiş kodlaşdırma üçün qadağan olunan siqnalları özündə saxlayanbayraqlardan istifadə edilir. Məsələn: mançestr kodlaşdırmasında takt intervalının ortasında polyarlığın dəyişməsi əvəzinə siqnalın səviyyəsi ya dəyişmir və aşağı olur ( qadağan olunmuş siqnal J), ya da dəyişmir və yuxarı olur ( qadağan olunmuş siqnal K). Kadrın başlanğıcı JK0JK000, sonu isə JK1JK100 ardıcıllığı ilə təsvir olunur.Bu üsul uzunluq sahəsi və bit –saffinq tələb etmədiyinə görə çox qənaətcil olmağınan bərabər fiziki kodlaşdırmanın seçilməsindən asılı olur. Əlavə olunmuş kodlardan istifadə olunmaqla kodlaşdırmanı tətbiq etdikdə J və K siqnalların rolunu qadağan olunmuş simvollar oynayır.Məsələn : 4B/5B kodlaşdırmadan istifadədə bu simvollar 11000 və 10001 kimi təsvir olunur.



Yüklə 259,71 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin