İnformasiya və komputer texnikası” kafedrası Quliyev R. Y. “ Kommunikasiya vasitələri”



Yüklə 259,71 Kb.
səhifə13/16
tarix09.05.2023
ölçüsü259,71 Kb.
#126651
növüMühazirə
1   ...   8   9   10   11   12   13   14   15   16
kom vasit\'

SKREMBERLƏŞDİRMƏ

Məntiqi kodlaşdırmada verilənlərin sürüşdürülməsi skremberləşdirilmə adlanır.Skremberləşdirmə metodu nəticə kodunun sonrakı taktdaki qiymətindən hər bir bitdəki qiymətinin iki modul üzrə toplanmasından alınır;


Bi = Ai + Bi-3 + Bi-5


Burada Bi skremblerin i-ninci taktında alınan nəticə kodududr, Ai çıxış kodunun ədədi qiyməti , Bi-3 və Bi-5 isə uyğun taktlarda skremblerin nəticə kodlarıdır. Məsələn verilmış 1100110000001 ardıcıllıqlı çıxış kodu üçün skrembler aşağıdakı nəticəni verir.: ( burada toplama iki modul üzrədir)


B2=A2=1


B3=A3=0
B4=A4+B1=1+1=0
B5= A5+B2=1+1=0
B6= A6+B3+B1= 0+0+1=1
B7= A7+B4+ B2=0+0+1=1
B8= A8+B5+B3= 0+0+0=0
B9= A9+B6+ B4= 0+1+0=1
B10= A10+B7+B5= 0+1+0=1
B11=A11+B8+B6=0+0+1=1
B12= A12+B9+B7=1+1+1=1

Nəticədə biz skremberləşmiş 110001101111 kodunu almış oluruq. Əvvəlki koddan fərqli olaraq bu kodda 6 sifirin ardıcıllığı yoxdur.


Nəticə etibarı ilə çıxışda ilkin cıxış kodunu almaq üçün deskremblerdən istifadə olunur.Deskremblerdə isə proses aşağıdakı riyazi ifadə ilə təyin olunur:

Ci = Bi + Bi-3 + Bi-5


Bu ifadədən istifadə edərək yekunda başlanğıc çıxış kodunu almaq mümkündür.
ANALOQ SIQNALLAIN DİSKRET MODULYASİYASI

Şəbəkə və kommunikasiya texnologiyalarının qarşısında duran əsas vəzifələrindən biri verilmiş xəttlə istər diskret istərsə də analoq siqnallarının ötürülməsidir. Əsasən diskret verilənlərin mənbəyi kompüterlər və digər hesablayıcı qurğular, analoq siqnallarının mənbəyi isə audio sistemlər , telefonlar, videkameralar və bu tip siqnqlları çevirənlərdir. Əvvəlki texnologiyalarda bu tip siqnallar əsasən kommunikasiya xəttləri ilə analoq formada verilirdilər.bununla belə diskret siqnallar da analoq siqnalına çevrildikdən sonra kommunikasiya xəttlərinə ötürülürdülər.Son cihazlarda isə siqnqllqrın bərpası modemlərin köməyi ilə yerinə yetirirlirdi.


Tenikanın sonrakı inkişafı onu gostərdi ki, anloq siqnalların rabitə xəttinə ötürülməsi və qəbulu zamanı keyfiyyət baxmından siqnal kəskin şəkildə pisləşir.Bu dəyişiklikləri analoq siqnallarının tərkibində ayırd etmək olmur.Çünki bu dəyişikliklərin özləri də anloq şəklində olur. Sonradan siqnalın və rabitə xəttinin keyfiyyətini yaxşılaşdırmaq məqsədi ilə qiymətli apparat sistemindən və kapital qoyuluşundan istifadə etmək lazım gəlir. Bu səbəbdən anoloq proseslərin diskret modulyasiyasından istifadə edilir.
Modulyasiyanın diskret üsulu kəsilməz prosesləri həm amplituduna həm dəzamana görə diskretləşməsinə əsaslanır.Diskret modulyasiay prinsipini telefon kommunikasiyalarınada geniş tətbiq olunan impul –kod modulyasiay misalında tədqiq edək :

Diskret siqnalın analoq modulyasiyası

Kəsilməz çıxış funksiyasının amplitudası verilmiş periodla dəyişir və bunun nəticəsində zamana görə diskretləşmə gedir. Daha sonra isə hər bir ölşü müəyyən dərəcəli ikilik kod şəklində təsvir olunur.Bu zaman siqnalın amplitudası onun diskret hissələrinin cəmi şəklində göstərilir.Bu prosesi yerinə yetirən qurğuya analoq rəqəm çevricisi (ARÇ) deyilir. Bütün bunlardan sonra ölçülər diskret qiymətlər təsvirində rabitə kanalına ötürülür. Ötürmə zamanı isə sadalanan kodlaşdırma üsullardan birindən istifadə olunur.


Rabitə xəttinin qəbul etmə hissəsində isə proses tərsinə baş verir.Başqa sözlə desək diskret qiymətlərdən təşkil olunmuş müəyyən bit ardıcıllıqlı siqnal müəyyən riyazi qanunla təsvir olunmuş zamana görə kəsilməz funksiyaya çevrilir.
Siqnalın diskret modulyasiyası Naykvist- Kotelnikov nəzəriyyəsinə əsaslanır. Bu nəzəriyyəy uyqun olaraq analoq funksiyası o vaxt normal diskret modulyasiyası ola bilər ki, ( yəni ilkin informasiya dəqiq bərpa oluna bilər ki) diskretləşmə tezliyi cixiş siqnalının spektrinin ən yuxarı harmonikasının tezliyindən 2 və ya daha çox olsun. Əgər bu qaydaya əməl edilməzsə onda bərpa olunmuş siqnal ilkin informasiyadan fərqlənəcək. Rəqəmli ötürmənin analoq ötürməyə nəzərən daha bir üstünlüyü ondadəe ki ,alınan siqnalın ilkin siqnal kimi həqiqiliyini yoxlamaq üşçün bitlərin cəmi nəzarət elementi kimi yoxlana bilir.Bu isə son nəticədə korlanmış kadrların təyini və bərbasını yaratmağa imkan verir.Əgər kard bərpa oluna bilmirsə onda onda identik əvvəlki kadr braklaşdırılır , məhv eilir və həmin kadr yenidən rabitə xəttinə ötürülür.Bütn bunlardan əlavə diskret ötürmədə özü-özünü korrekləşdirən kodlardan da istifadə etmək olar.
Səs tezliklərinin rabitə xətti ilə diskret şəklində ötürülməsi üçün 8000 Hz kvantlanma tezliyindən istifadə edilir. Naykvist qaydasına görə bu zaman səs tezliyinin yuxarı tezlik həddi 3400 Hz , aşağı həddi isə 300Hz götürülməlidir .Bu diapazonda səs kifayət qədər keyfiyyətli ötürülə bilir. Qaydaya görə kvantlanma
2*3400= 6800< 8000 Hz olduğundan səs daha keyfiyyətli şəkildə ötürülür. Adətən impuls kod modulyasiyasında bir ölçünün qiyməti 7 və ya 8 bit götürülür.Bu isə öz növbəsində 128 və ya 256 səs qradasiyasınlı verir ki bu da səsin daha keyfiyyətli verilməsinə şərait yaradır.
Əgər hər bir ölçünün 7 və 8 bit qəbul etsək onda bir kanalın ötürmə qabiliyyəti
8000*7 = 56 k bit /san və 8000*8= 64 k bit /san olacaq . Rəqəm kanalının əsas standartı 64 k bit/ san qəbul edilir.
Bütün bunlardan başqa yaxın ölçülər arası zaman məsafəsinin 125mks olmasına diqqət edmək lazımdır . Diskret ötürmələrdə ciddi sinxronlaşma tələb olunur. Bu ölçülərin qeyri –sinxron qəbulunda siqnalın ciddi təhrifi baş verir . Məsələn ölçünün 10 ms gecikmə ilə gəbulu səsin əks –səda ilə alınmasına gətirir çıxarır.

ASİNXRON VƏ SİNXRON ÖTÜRMƏ


Fiziki səviyyədə verilənlərin mübadiləsi zamanı informasiya vahidi bit qəbul edildiyindən qəbuledici və verici arasında bitsəviyyəli sinxronlaşma mövcud olmalıdır. Kanal səviyyəsində ötürmədə verilənlər arasınad kadr əməliyyatları aparmaqla yanaşı verici və qəbuledici arasında kanal səviyyəsində sinxronlaşdırma yerinə yetirir.Qəbuledicininüzırinə düşən əsas vəzifələrdən biri kadrın birinci baytını tanımaq , kadr sahəsinin sərhədlərini təyin etmək , kadrını sonunu təyin etmək kimi məsələlər dayanır.Ümumiyyətlə qəbuledici və verici arasında dayanıqlı informasiya mübadiləsi təşkil etmək üçün verilmiş iki səviyyədə -kadr və bit səviyyəsində sinxronlaşma aparmaq lazımdır. Lakin rabitə xəttinin keyfiyyətsiz vəziyyətlərində bayt səviyyəsində də sinxronlaşma aparıla bilər.Əməliyyatın bu cür rejimi asinxron və ya start-stop rejimi adlanr. Bu rejimin istifadəsi əsasən təsadüfi formada verilənlər baytını generasiya edın cihazlardan istifadə zamanı da lazım olur.Asinxron ötürmə aşağıdakı kimi təsvir olunur:



Asinxron rejimdə hər bir informasiya baytı xüsusi start və stop siqnalları ilə müşahidə edilir.Bu siqnalların məqsədi ondan ibarətdir ki, qəbuledicini yeni baytın gəlməsi müasibəti ilə xəbərdarlıq etsin və arada qalan vaxt müddətində qəbuledicinin sinronizasiya məsələlərinin həllinə möhlət versin. Start siqnalının uzunluğu bir takt müddətində olsa da stop siqnalı bir , iki, daha çox takt müddətində ola bilər.Bununla belə bu bitlər hec bir informasiya daşımır.Bir tərəfdən də bu rejimi ona görə asinxron adlandırırlar ki, hər bir ötürülən bayt bit takttı müddətində əvvəlki bayta nəzərən zamana görə müəyyən qədər sürüşmüş olur.Bu cür ötürmədə hər bir baytın əvvəlində verici və qəbuledici arasında start bitlərinə nəzərən sinxronlaşma olduğundan qəbul olunan informasiyanın korrektliyi pozulmur.


Verilənlərin sinxron ötürülməsində isə baytlar arası start-stop siqnallarından istifadə olunmur. İstifadə olunan bitlər kadrlarda toplanır və sinxron baytlarla müşahidə olunur.bu prosesi aşağıdakı kimi təsvir edirlər:




Bu rejimdə istifadə olunan sinxronbayt elə baytdır ki, bu baytın kodu əvvəlcədən qəbuledicidə və vericidə geyd olunur.Bu o deməkdir ki , bu bayt qəbuledicinin girişində verilən kimi o verici ilə bayt sinxronlaşması yaradır və sonrakı baytın qəbuluna hazırlaşır.Bəzi hallarda verici və qəbuledici arasında yaxşı sinxronlaşma yaratmaq öçün bi neçə sinxronbaytdan istifadə olunur.
KANAL SƏVİYYƏSİNDƏ ÖTÜRMƏ ÜSULLARI
Kanal səviyyəsi yuxarı səviyyədən gələn protokolları ünvanı yuxarı səviyyəli protokolda gostərilmiş nöqtəyə göndərilməsini təmin edir. Kanal səviyyəli protokollar onlara verilən bayt dəstələrini özünün xüsusi kadr formasında tərtib edərək və göstərilən ünvanı kadrın hər hansı bir sahəsində yerləşdirib bu kadra ardınca nəzarət qiymətini kadr şəklində müşahidə etdirərək rabitə xəttinə ütürür.Kanal səviyyəli protokollar lokal xarakterli olub sadə topologiyalı və birtipli yaxud yaxud yaxən texnologiyalı səbəkə və kommunikasiya çərçivəsində kadrların çatdırılması üçün nəzərdə tutulur. Eyni texnologiyalı birtipli şəbəkələrdə çatdırılma ünvanları verilmiş şəbəkə və kommunikasiya üçün lokal xarakter daşımaqla kadrın mənbədən təyinat nöqtəsinə yerdəyişməsində dəyişmir. Lakin müxtəlif texnologiyalı səbəkələrdə verilənləri kadr şəklində ötürməsi ona görə mümkün olur ki, unvanlar eyni formatlı olur.Bununla belə şəbəkə adapterlərin istehsalçıları texnologiyadan asılı olmayaraq ünvanların unikallığını təmin edir.
Kanal səviyyəli protokolların tətbiq sahələrindən biri də qlobal şəbəkələrdə istifadə olunan “nöqtə-nöqtə” tipli rabitə növüdür. Bu rabitə növündə kanal səviyyəli protokolun əsas məqsədi kadrı tam şəkildə qonşu ünvana ötürməkdir. Bu halda əsasən ünvan bir o qədər əhəmiyyət kəsb etmir. Burada ön plana itirilmiş və təhrif olunmuş kadrların bərpa olunması məsələsi önə keçir.Bu proses əsasən teretoriyal kanalların aşağı keyfiyyətli olması və mexaniki tipli kommutatorların tətbiqində vacib olur.
Əgər yuxarıada göstərilən sərtlər ödənilmirsə kanal səviyyəli protokollar verilmiş məsələnin həllində çətinlik çəkir və şəbəkə səviyyəli protokollardan istifadəyə ehtiyac duyulur.
Kanal səviyyəsində işləyən aşağdakı protokol növləri vardır:

  1. Asinxron və sinxron protokollar.

  2. Simvol təyinatlı və bit təyinatlı protokollar.

  3. Deytaqramlı ( birləşmənin əvvəlcədən yaradılamsıtipli) protokollar.

  4. Verilənlərin təhrif olunmuşunu təyin edən və etməyən protokollar.

  5. İtirilmiş verilənlərin təyin edən və etməyən protokollar.

  6. İtirilmiş və təhrif olunmuş verilənləri bərpa edən və etməyən protokollar.

  7. Dinamik kompressiyanı özundə saxlayan və saxlamayan protokollar.


Yüklə 259,71 Kb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   16




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin