Bu verilmiş rabitə xəttinin tam ( aktiv və reaktiv ) müqavimətidir. Verilmiş kabel sistemi üçün bu parametr sabit olub enternet standartlarinda koaksial kabellər üçün 50- 70 0m intervalında olur. Ekranlaşdirilmamış naqil cütləri üçün aşağı tezlik oblastında 100-120 Om , yuxarı tezlik oblastında isə 200 Om olur.
Aktiv müqavimət.
Bu sabit cərəyana görə dövrənin tam müqavimətidir. İmpedansdan fərqli olaraq aktiv müqavimət tezlikdən asılı olmayıb məsafə böyüdükcə artır.
Tutum.
Verimiş rabitə xətti üçün xarakterik xüsusiyyətdir. Iki və daha artıq nagili olan xəttlərdə xəttlər arası enerji yığımını xarakterizə edir. Dielektrik təbəqə ilə ayrılmış iki naqil öz –özlüyündə kondensator təşkil etdiyindən xəttin uzunluğundan asılı olaraq yuk yığımı baş verir.Bu hadisə verilmiş xətt üçün arzuolunan deyildir. Bu tutuma bəzən də “parazit tutum “da deyilir. Rabitə xəttinin yaradılmasında bu parametri minimuma endirmiyə çalışırlar. Xəttlərin yüksək tutumu siqnalların təhrif olunmasına və buraxma zolağının məhdudlaşmasına səbəb olur.
Elektrik küyləri və xarici elektromaqnit şüalanmasının səviyyəsi.
Elektrik küyləri naqildə arzuolunmayan dəyişən gərginlikdir. Elektrik küyləri iki növ olur: fon və impuls küyləri. Elektrik küyləri həm də tezliyə görə aşağı, orta və yüksəktezlikli olur.150 kHs tezlik oblastında fon elektrik küylərinə səbəb elektrik veriliş xəttləri,telefonlar ,elektrik lampaları və s, 150 kHs-20 Mhs tezlik diapazonunda kompüterlər, kserokslar, aşağı tezlikli radiostansiyalar 20 Mhs tezlikdən yuxarı isə televiziya stansiyaları,radiotelefonlar,mobil telefonlar,mikrodalğalı peçlər səbəb olur. İmpuls küylərinin yaranmasına səbəb mühərriklər , qaynaq apparatları,çevrici açarlar və s səbəb olur.