BURAXMA QABİLİYYƏTİ İLƏ BURAXMA
ZOLAĞI ARASİNDA ƏLAQƏ
Fiziki kodlaşdırmanın fiksə olunmuş üsulunda daşiyici periodik siqnalın tezliyi yuxarı olduqda vahid zaman ərzində verilmiş xəttlə ötürülən informasiya çox olduğundan xəttin buraxma qabiliyyəti yuxarı olur.Lakin digər tərəfdən tezliyin yuxarı olması spektrin də eninin böyüməsinə gətirib çıxarır.Bu isə cəmi ardıcıl siqnalların fiziki kodlaşdırmasını əmələ gətirən siqnalların maksimum və minimum tezlikləri arasında fərg daha da dərin olur.Bu zaman isə xəttin buraxma zolağı nəticə etibarı ilə ötürülən siqnalda təhriflərin əmələ gəlməsinə səbəb olur.Buraxma zolağı ilə spektrin eni arasında uyğunsuzluq nə qədər böyük olarsa ötürülən siqnal bir o qədər təhrif olunur.Bu zaman qəbulda informasiyanin taninması zamanı səhvlərin artması ehtimalı bir o qədər yuxarı olduğundan informasiyanın ötürülmə sürəti nəzərdə tutulduğundan xeyli az olur.
Qəbul olunmuş fiziki kodlaşdırmadan asılı olmadan xəttin maksimal buraxma qabiliyyəti ilə buraxma zolağı arasında aşağıdakı asililiq mövcuddur:
C= F loq2(1+Pc/Pk)
Bu ifadəyə Klod Şennon düsturu deyilir.Burada C – xəttin bit saniyələrlə maksimal buraxma qabiliyyəti ,F- buraxma zolağının herslərlə ifadəsi , Pc -siqnalın gücü, Pk- küyün gücüdür.
Verilmiş ifadədən görünür ki, nəzəri olaraq fiksə olunmuş buraxma zolağına malik buraxma qabiliyyətinin həddi yoxdur.Lakin praktikada belə hədd mövcuddur.Həqiqətən də ötürücünün gücünü artırmaqla və küyün gücünü azaltmaqla buraxma qabiliyyətini artırmaq mümkündür.Lakin burada da çətinliklər mövcud olur.
Belə ki, vericinin gücünü artirmaq onun ölçülərinə və qiymətinə ciddi təsir edir.Küylərin gücünü artırmaq üçün isə xüsusı kabellərdən istifadə etmək və aralıq apparatlarda küyün azaldılması lazım gəlir ki, bi da xəttin dəyərini dəfələrlə artırır.Bundan başqa siqnalın gücünün və küyünün həddi nin buraxma qabiliyyətinə təsiri loqarifmik asılı olaraq məhdudlaşır.Belə ki siqnalın gücünün küyün gücünə nisbətini 100-ə bərabər edərək vericinin gücünü 2 dəfə qaldirsaq buraxma qabiliyyəti 15% artacaq.
Şennon formuluna mənaca yaxın küyü nəzərə almadan xəttin maksimal buraxma qabiliyyətini təyin etmək üçün Naykist formulumdan da istifadə edirlər:
Dostları ilə paylaş: |