İnformatikanin əsaslari



Yüklə 5,72 Mb.
səhifə29/63
tarix24.02.2020
ölçüsü5,72 Mb.
#102163
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   63

Sistem proqram təminatı


      1. Əməliyyat sistemi (ƏS): təyinatı və tərkibi

Sistem proqram təminatının çox mühüm hissəsi əməliyyat sistemidir.



İBM-lə birgəliyi olan fərdi kompüterlərdə Microsoft firmasının Windows 9x/ME Linux əməliyyat sistemləri, Apple firmasının fərdi kompüterlərində Mac OS əməliyyat sisteminin müxtəlif versiyaları, işçi stansiyalarda və serverlərdə isə Windows NT/2000/XP UNIX əməliyyat sistemləri istifadə edilir.

Göründüyü kimi, əməliyyat sistemləri müxtəlifdir. Lakin onların təyinatı və funksiyaları eynidir. Əməliyyat sistemi kompüterin əsas təməl proqram təminatıdır ki, bunsuz kompüter işləyə bilməz.

Əməliyyat sistemi kompüterin bütün qurğularının birgə fəaliyyətini təmin etməklə mövcud kompüter resurslarını istifadəçiyə təqdim edir.

Müasir ƏS-lər mürəkkəb quruluşludur, hər bir elementi kompüterin idarə edilməsi üzrə müəyyən funksiya icraçısıdır.



127 Alqoritmləşdiriləcək proseslərin modelləşdirilməsindən tutmuş proqram kodunun avtomatik generasiyası (yüklənməsi) və yaradılan proqramların sənədləşdirilməsinədək bütün işlər.

128 Verilənlər bazalarını idarə edən sistemlər

111


Fayl sisteminin idarə edilməsi. Kompüterin işi, müəyyən mənada, qurğular arasında fayl mübadiləsindən ibarətdir. Buna görə də əməliyyat sistemində fayl sistemini idarə edən proqram modulları vardır.

Əmr prosessoru. ƏS-in vacib tərkib hissəsi olan əmr prosessoru istifadəçi əmrini icra etmək üçün nəzərdə tutrulmuş xüsusi proqramdır. İstifadəçi icraya hazır proqramı işə buraxmaq, fayl üzərində hər hansı əməliyyat129 aparmaq, sənədi çapa çıxarmaq və s. barədə əmr prosessoruna əmr verə bilər. ƏS həmin əmri icra etməlidir.

Qurğu drayverləri. Kompüterin magistralına müxtəlif qurğular130 qoşulur. Hər bir

qurğu müəyyən funksiya131 icra edir və texniki cəhətdən, yəni işləmə prinsipi baxımından qurğular kəskin fərqlənirlər. Həmin qurğuları idarə etmək və onların arasında informasiya mübadiləsini həyata keçirmək üçün ƏS-in tərkibində qurğu drayverləri adlı xüsusi proqramlar vardır. Qurğu drayverləri həm də aid olduqları qurğuların müəyyən parametr- lərini sazlamaq üçün istifadə edilir. Hər qurğunun öz drayveri vardır.



Plug and Play132 texnologiyası kompüterə yeni qurğuların qoşulmasını və konfiqura-

siyasını avtomatlaşdırmağa imkan vermişdir. Windows qurularkən qurğunun tipini və modelini təyin edərək ona müvafiq drayver qoşur. Kompüter işə qoşulan kimi drayverlər operativ yaddaşa yüklənir. İstifadəçi drayveri əl ilə qura bilər.



Qrafik interfeys. İstifadəçinin işini sadələşdirmək üçün müasir ƏS-lərdə, o cümlədən, Windows əməliyyat sistemində qrafik istifadəçi interfeysi yaradan proqram modulları vardır. Bu, istifadəçi əmrini mışla daxil etmək imkanı yaratmışdır.

Servis proqramları. ƏS-in tərkib elementlərindən biri servis proqramları ya utilitlərdir. Bu proqramlar disklərə xidmət etmək133, fayllar üzərində əməliyyatlar apar- maq134, kompüter şəbəkələri ilə işləmək və s. imkanı verir.

Sorğu sistemi. İstifadəçiyə münasib olsun deyə, ƏS-in tərkibində sorğu sistemi də nəzərdə tutulmuşdur. Bu, həm bütövlükdə ƏS-in, həm də onun ayrı-ayrı modullarının fəaliyyəti barədə lazımi informasiyanı operativ qaydada almağa imkan verir.

      1. Əməliyyat sisteminin yüklənməsi





129 üzköçürmə, silmə, addəyişmə

130 diskovodlar, monitor, klaviatura, mış, printer və s.

131 informasiyanın daxil edilməsi, saxlanması, çıxarılması

132 Qoş və işlə

133 yoxlamaq, sıxmaq, defraqmentləşdirmək və s.

134 arxivləşdirmək və s.

112


Əməliyyat sisteminin faylları xarici, uzunmüddətli yaddaşda135 saxlanır. Lakin proqramlar yalnız operativ yaddaşa yükləndikdən sonra icra edilə bilir. Buna görə də ƏS- in fayllarını operativ yaddaşa yükləmək lazım gəlir. ƏS faylları yazılmış disk sistem diski adlanır.

Kompüter elektrik cərəyanı şəbəkəsinə qoşulduqdan sonra ƏS sistem diskindən avtomatik olaraq operativ yaddaşa yüklənir. Bunun üçün yükləyici proqram vardır.



Kompüterin özünü testləşdirməsi. Kompüterin tərkibində enerjidən asılı olmayan sabit yaddaş qurğusu vardır ki, burada da kompüteri testləşdirən və ƏS-in yüklənməsinin birinci mərhələsini həyata keçirən BİOS136 proqramı yazılmışdır.

Kompüter elektrik cərəyanı şəbəkəsinə qoşulduqdan və ya sistem blokundakı Reset düyməsi basıldıqdan, yaxud da klaviaturadakı Ctrl+Alt+Del düymə kombinasiyası basıldıqdan sonra prosessor POST (Power-ON Self Test) proqramını qoşaraq kompüterin aparat vasitələrinin iş qabiliyyətini testləşdirir.

Testləşdirmədən sonra xüsusi proqram sabit yaddaşdakı BİOS-u axtarıb işə qoşur. ƏS yükləndikdən sonra idarə əmr prosessoruna ötürülür.


      1. Yüklə 5,72 Mb.

        Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin