İŞ TƏŞKİlat halinda olmalidir



Yüklə 466,17 Kb.
səhifə54/80
tarix07.01.2022
ölçüsü466,17 Kb.
#84886
1   ...   50   51   52   53   54   55   56   57   ...   80
5. Tənqid qəbul etmək

Özünüzü tənqid qəbul etməyə alışdırın. Dövlət məmurları tənqid qəbul etmək gücünü özlərində formalaşdıra bilməlidirlər. Əlbəttə, bu iş həm də çətindir. Amma genişürəkliliklə rəftar olunmalıdır." اٌلة الرئاسة سعة الصّدر" “Rəhbərlik vasitəsi, tutumun genişliyidir.”3

Əlbəttə, müdir olmaq yuxarıda oturmaq demək deyil. Əgər rəhbərlik etmək istəyirsinizsə, genişürəkli olmaqdan və bəzi şeylərə dözməkdən başqa çarəniz yoxdur.4

Tənqidi eşitmək üçün geniş qəlbiniz və dinləyən qulağınız olmalıdır. Tənqid olunmaqdan sizə bir ziyan gəlməz. Əlbəttə, olunan tənqidlər də hamısı eyni deyil. Bəziləri islah etmək məqsədi ilə olmur. Sizi gözdən salmaq istəyirlər. Hər halda görürük. Həm öz mətbuat orqanlarımızdan, həm də onların arxasında duranlardan. Onlarla xarici radio, televiziya kanalları, kütləvi və beynəlxalq informasiya vasitələri məqsədləri qarayaxma olan sözlərin və fikirlərin ixtiyarındadır. Yəni heç bir islah məqsədləri yoxdur. Dedikləri və bildirdikləri hər şey təxribat xarakterlidir. Buna görə də reallıq, qeyri-reallıq, reallığın əksi və reallığın ziddi hamısı onlarda var. Bəzən balaca bir hadisəni şişirdirlər, bəzən də olmayan bir şeyi danılmaz bir həqiqət kimi təqdim edirlər. Bu təxribatdır. Amma bunun kənarında tənqid də olur. İslah etmək üçün olan tənqidlər, xeyirxah tənqidlər də olur. Bu, bəzən sizin dostlarınız tərəfindən olur, bəzənsə hətta, sizin dostunuz və ya tərəfdarınız olmayan şəxslər tərəfindən olur. Bəzən elə olur ki, insan haqqında bir tənqid səslənir, insanın eybini axtarırlar. Deyən tərəf də dost deyil ki, dostluğa görə qəbul edək və deyək ki, yaxşı dinləyirik. Yox, dost deyil, amma düşmən də deyil. Düşmənliyi də bizə sübut olunmayıb. Amma tənqid edir. Onları dinləmək lazımdır. Bu tənqidlərin arasında elə bir söz deyilə bilər ki, işimizə yarasın. Hər halda səbirlə, geniş qəlblə davranılmalıdır.1

Gərək tənqidlərə diqqət yetirəsən. Əlbəttə, tənqidlə təxribatın fərqi var. Bu barədə sonra danışacağam. Təəssüflər olsun ki, çoxları qara yaxır, lakin adını tənqid qoyurlar. Əslində tənqid olanda, kimlərsə xeyirxah məqsədlə yanaşanda işin müsbət tərəflərini də, mənfi tərəflərini də qeyd edirlər. Bunlara səbirlə qulaq asın. Bu, heç də deyilənlərin hamısını qəbul etmək demək deyil. Tənqid edən səhv də edə bilər. Amma qulaq asın ki, doğrudan da düzgün olan məqamlar əlinizdən çıxmasın. Bunları bundan qabaq da söyləmişdim. İndi də təkid edirəm. Bəzilərinə diqqət yetirilmişdir. Bəzilərinə də daha çox diqqət edin.1

Əgər tutduğumuz vəzifədə səhv etmə ehtimalımızı azaltmaq istəyiriksə, xeyirxahların kəskin sözlərindən inciməməliyik. Sağlam qalmağın yollarından biri budur. Əlbəttə, bədxahlar da var. Onlar həm kəskin, həm yumşaq, hər cür sözlər danışırlar. Şayiə yaymaqdan, psixoloji müharibədən, qara yaxmaqdan qorxmurlar. İnsan qəlbində onlardan inciyə bilər. Amma inad və düşmənçilik məqsədi olmayan şəxs, hətta kobud dillə də söz desə, ondan incimək lazım deyil. Xoş sözlərə və yaltaqlığa könül verməyin. Əgər buna riayət etsək, fikrimcə, bizim xeyrimizədir.2



Yüklə 466,17 Kb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   80




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin