146
Şəkildə sütun adlarının yuxarısında, sol tərəfdə
E3
yazılmış sahəyə ünvan sahəsi və ya
ad sahəsi deyilir. Hansı hücrədə olduğunuzu müəyyənləşdirmək
üçün heç də həmin
hücrənin yerləşdiyi sütun adına və sətir nömrəsinə baxmağa ehtiyac yoxdur. Bunun
əvəzinə ünvan sahəsinə baxaraq hücrə ünvanını görmək kifayətdir.
Ünvan sahəsinin
sağında,
=D3*0.66
ifadəsinin göründüyü yerə formul çubuğu deyilir.
Formulları yazarkən mütləq ―=― işarəsi ilə başlamaq lazımdır. Bu işarə ilə
başlamayan formul ifadələri mətn kimi qəbul edilir və
hücrə içərisində nəticə deyil,
formulun özü görünür.
Kəsr ədədləri daxil edərkən ―.― (nöqtə) və ya ―,― (vergül) işarəsindən istifadə
edilə bilər. Bu da
Windows
-un parametrlərinin necə qurulmasından asılıdır. Bu parametr-
ləri
Control Panel
(
Панель управление
-İdarə Etmə Paneli) pəncərəsindəki
Regional
Setting
(Ölkə Qurmaları) piktoqramı üzərində ikiqat sıxaraq açılacaq dialoq pəncərəsində
dəyişdirə bilərsiniz.
İlk sıradakı şəxs üçün alınacaq maaşı hesabladıqdan sonra, növbəti hər şəxs üçün oxşar
formulları tək-tək daxil etmək lazım gəlmir.
E3
hücrəsindəki formulu aşağıdakı hücrələrə
köçürərək, digər şəxslər üçün də alınacaq maaşları çox asanlıqla hesablaya bilərsiniz.
Sahə ünvanı.
Sahə ünvanı iki və daha artıq hücrə ünvanını ifadə edən və bir ünvan formasıdır.
Məsələn, ümumi və ya alınacaq maaşın cəmini tapmaq istədikdə
alt-alta yerləşmiş bu
hücrələrin genişlik ünvanından istifadə edəcəksiniz. Bu əməliyyatı aparmaq üçün sahə
ünvanından istifadə etmək məcburiyyətində deyilsiniz, ümumi və ya alınacaq maaşların ən
aşağısındakı boş hücrələrə aşağıdakı ifadəni daxil edə bilərsiniz:
=D3+D4+D5+D6
=E3+E4+E5+E6
Bir neçə şəxs üçün bu formada yazmaq mümkündür. Ancaq siyahıda
yüzlərlə şəxs
olarsa, bu ifadəni yazmaq çətin olur. Bu halda sahə ünvanından və standart funksiyalardan
istifadə etmək məqsədəuyğundur:
=SUM(D3:D6)
=SUM(E3:E6)
147
Buradakı
D3:D6
və
E3:E6
ifadələri bir sahə ünvanıdır.
D3:D6
ifadəsi
D3
ilə
D6
arasındakı bütün hücrələri göstərir, yəni,
D3, D4, D5, D6
. Sahə ünvanı bu şəkildə də verilə
bilər:
D3:E6
. Bu ifadə isə növbəti hücrələri göstərir:
D3, D4, D5, D6, E3, E4, E5, E6
.
Dostları ilə paylaş: