İsa Musayev, Mətləb Əlizadə



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə119/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   115   116   117   118   119   120   121   122   ...   166
 
 
6.7.3. Qrafik redaktorlar 
6.7.3.1 Adobe Photoshop 
Qrafik redaktorlar üçölçülü şəkilləri kölgə effektləri ilə yaratmağa imkan verən 
proqramlar kompleksidir. 
Peşəkar rastr qrafik redaktoru 
Adobe Photoshop 
müxtəlif xarakterli məsələləri həll 
etmək üçün istifadə edilir. Proqramın köməyi ilə rastr təsvirlərlə yanaşı, vektor təsvirləri 
də redaktə etmək mümkündür. 
Hal – hazırda 
Adobe Photoshop 
proqramındakı alətlərdən bəhrələnən dizaynerlər
tərtibatçılar və rəssamlar təsvirlərin redaktə edilməsində proqramdan geniş istifadə edirlər. 
Adobe Photoshop 
proqramının əsas vəzifəsi təsvirlər yaratmaqla yanası, hazır təsvir-
ləri təhlil etməkdir. Rəsmlərin çəkilməsini, fotoşəkil neqativlərinin və ya fotoşəkillərin 


158 
tuşla düzəldilməsini
172
, təsvirlərin parlaqlığının və onlarda olan təzadların tənzim edilmə-
sini, müxtəlif sayda təsvirlərin kombinə edilməsini buraya aid etmək olar. 
Təhlil ediləcək təsvirləri fərdi kompüterə skaner və ya rəqəmli kameraların köməyi ilə 
daxil etmək istifadəçi üçün əlverişlidir. 
Adobe Photoshop 
proqramındakı çoxlu sayda alətlərdən (məsələn, karandaş. fırça, 
avtoqələm, aeroqraf və s.) istifadə edərək təsvirdə yaranmış bütün qüsurları aradan 
qaldırmaq mümkündür. 
Proqramda önəmli işlərdən biri təsvirin müəyyən hissəsinin (və ya fraqmentin) 
seçilməsi və seçim aparılmış sahənin üzərində müəyyən əməliyyatların həyata keçiril-
məsidir. 
Adobe Photoshop
rastr qrafik redaktorunun əsas üstün cəhətlərindən biri təsvir qatları 
ilə işin təşkil edilməsidir. Yəni, istifadəçinin müəyyən sayda qatlar üzərində zəruri 
əməliyyatları yerinə yetirəcək son nəticənin lazımı səviyyədə əldə edilməsinin mümkün-
lüyüdür. 
Proqram pəncərəsinin əsas hissələri. 
Adobe Photoshop 
rastr qrafik redaktoru ilə işə başlamazdan öncə proqramın əsas 
anlayışları ilə ətraflı tanış olmağınız məsləhətdir.
Şəkil 20. 
Proqram
 pəncərəsinin əsas hissələri 
1. 
Title Bar (Заголовок Окна
– Başlıq Çubuğu) 
172
retuşlama əməliyyatı


159 
2. 
Menu Bar (Меню
– Menyü Çubuğu) 
3. 
Option Bar (Полоса Настройки
– Sazlama Çubuğu) 
4. 
Toolbar (Панель Инструментов
– Alətlər Çubuğu) 
5. 
Pallets (Палитры
– Palitralar) 
6. 
Corrent Zoom (Текущий Масштаб
– Cari Miqyas) 
7. 
Status Bar (Строка состояния и Подсказки
– Vəziyyət və Yardım Çubuğu) 
8. 
Image Window (Окно с изображением
– Təsvir Sahəsi) 
Adobe Photoshop 
proqramı ilə işləyərkən qarşılaşacağınız proqram pəncərəsinin 
ümumi görünüşü şəkildə göstərildiyi kimidır (şəkil 20.). 
Masaüstünün sol tərəfində yerləşən alətlər çubuğunu ekrana gətirmək və ya ekrandan 
götürmək üçün 
Window (Окно
– Pəncərə) menyüsünün 
Tools (Инструменты
– Alətlər 
Çubuğu) əmri ya seçilməli, ya da ki, ləğv edilməlidir. 
Alətlər çubuğu və onun üzərində olan, müxtəlif funksiyaları yerinə yetirən alətlər 
cədvəl 1-də verilmişdir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   115   116   117   118   119   120   121   122   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin