174
Şəbəkə ƏS-nin proqram təminatı 2 hissəyə bölünür. Əgər mərkəzi server varsa, bəzi
modullar şəbəkəni idarə edən sistem cədvəllərinin saxlandığı mərkəzi serverdə işləyir. Bu
modullar şəbəkə sisteminin nüvəsini təşkil edir. Digər modullar işçi stansiyalarda işləyir.
Adətən şəbəkə elə qurulur ki, işçi stansiyalar yalnız serverin disklərinə və birgə istifadə
edilən printerlərə müraciət edə bilir. Stansiyalar bir-birinin diskinə müdaxilə edə bilmir.
Lakin
Net Link proqramı serverə müraciət etmədən iki kompüter arasında (əgər
həmin
proqram hər iki kompüterə yüklənibsə) birbaşa informasiya mübadiləsinə imkan verir.
7.4. Qlobal kompüter şəbəkələri
7.4.1. Qlobal kompüter şəbəkəsi – İnternet
İnternet müxtəlif lokal və qlobal şəbəkələr birləşməsindən yaranmış Ümumdünya
kompüter şəbəkəsidir. İnternetin xarakterik xüsusiyyəti odur ki, şəbəkələrarası informasiya
mübadiləsi
TCP/IP protokolları üzrə həyata keçirilir. Bu protokollar hətta etibarlılığı
yüksək olmayan xətlərdə də etibarlı ötürməni təmin edə bilir.
IP-ünvanları sistemi İnternet
vasitəsilə lokal şəbəkələrdəki hər bir kompüter resurslarını birmənalı şəkildə təyin edir.
Sosial baxımdan, İnternet - özünəməxsus düşüncə tərzi, dili və əxlaqı
ilə seçilən
informasiya mədəniyyəti törədən informasiya fəzasıdır.
İnternetin özəyini ölkə və kontinentləri birləşdirən super sürətli transkontinental optik
rabitə xətləri təşkil edir. Bu xətlərə konkret coğrafi regionlara xidmət edən nisbətən aşağı
sürətli, az güclü xətlər birləşdirilir. Bunlara isə nisbətən daha zəif ötürmə qabiliyyəti olan
lokal şəbəkələr qoşulur.
İnternetdə bütün şəbəkəni idarə edən vahid mərkəz yoxdur. İnternet texnologiyanın
köməyi ilə fəaliyyət göstərir və idarə edilir.
İnternetdən əvvəl ABŞ Müdafiə Nazirliyinin sifarişi ilə
ARPANET şəbəkəsi yaradıl-
mışdı. Sonra bir-neçə universitet arasında şəbəkə yaradıldı. Bu şəbəkələrin əsasında
İnternet quruldu.
Bu şəbəkələr aşağıdakı prinsiplərə əsaslanır:
İnformasiya kiçik porsiyalarla (paketlərlə) ötürülməlidir;
Paketin qəbul edildiyi və səhvsiz olduğu ünvan tərəfindən təsdiq edilməlidir;
Lazım gəldikdə paketin ötürülməsi təkrar edilməlidir;
175
Paketin hərəkət marşrutu ötürmə zamanı müəyyən edilməli və hətta bir xəbər
daxilindəki paketlər də müxtəlif marşrutlarla ötürülə bilməlidir;
Qəbul edilmiş paketlər ünvanda birləşdirilməklə xəbər bərpa edilməlidir.
Kommunikasiya
protokolu olan İP şəbəkə səviyyəsinin protokolu olub, İnternet
şəbəkəsi ilə ötürülən paketin formatını təsvir edir.
Nəqliyyat protokolu olan
TCP informasiyanın ötürülməsinə və bütövlüyünə nəzarət
edir. Yəni, İnternetdə kompüterlər arasındakı
informasiya mübadiləsi İP protokolu ilə
ötürülən paketlərin
TCP protokolu ilə nəzarətdə saxlanmasına əsaslanır.
İnternet daxilində hər bir şəbəkə özünəməxsus rabitə texnologiyasına əsaslanaraq
spesifik tələblərə uyğun fəaliyyət göstərir. Lakin bütün şəbəkələr informasiya paketlərini
qəbul edib lazımi ünvana ötürə bilir.
İlk vaxtlar İnternet yalnız elmi informasiya mübadiləsini
həyata keçirdiyindən,
kommersiya xarakteri daşımırdı. Son illərdə İnternetin kommersiya tərəfi daha böyük
əhəmiyyət daşımağa başlamışdır.
Kompaniya və korporasiyaların korporativ informasiya və kommunikasiya resursları
əsasında İnternetin
İntranet texnologiyası yaranmışdır.
Lokal və korporativ şəbəkələrin İnternetə qoşulması üçün müxtəlif mürəkkəbliyə
malik məsələlər həll edilməlidir. Belə ki:
Şəbəkələr
TCP/IP protokolları üzrə təşkil edilməlidir;
İnternet ünvanları və adları şəbəkənin bütün daxili istifadəçiləri üçün alınmalıdır;
Lokal və ya korporativ şəbəkələr İnternetə fiziki qoşulmalıdır;
İnternetə qoşulmuş şəbəkədə informasiya ötürülməsinin marşrutu təyin edilməli və
marşrutlaşdırma idarə edilməlidir;
Şəbəkə daxilində və şəbəkədən kənar ünvanlar arasında elektron poçtla informasiya
mübadiləsi reallaşdırılmalıdır;
İnternet bazasında İntranet texnologiyasına maneəsiz
informasiya xidmədi təşkil
edilməlidir;
İnternetə qoşulmuş şəbəkənin təhlükəsizlik problemi həll edilməlidir.
Dostları ilə paylaş: