176
İnternet xidmətləri cürbəcürdür. Əsas xidmətlər aşağıdakılardır:
elektron poçt,
telekonfrans, informasiya yayımı siyahıları, fayllara məsafədən müraciət, uzaq terminal
rejimində iş, Ümumdünya hörümçək toru.
İnternet xidmətləri:
interaktiv, birbaşa və təxirə salınmış oxu kimi 3 növə bölünür.
Təxirə salınmış oxu xidmətində sorğu ilə cavab eyni vaxtda baş vermir. Elektron poşt bu
xidmət növünə aiddir. Birbaşa müraciət xidmətində sorğuya həmin anda cavab verilir.
Lakin cavab alanın əlbəəl reaksiya verməsi tələb olunmur. Faylların ötürülməsi bu növ
xidmətə aiddir. Alınmış informasiyaya əlbəəl reaksiya verilməsi tələb olunan xidmət növü
interaktiv sayılır və Ümumdünya hörümçək toru belə xidmətdir.
Elektron poşt (
e-mail) İnternetin daha populyar xidmətidir. Bu zaman bir
kompüterdən ötürülən mətni ünvan öz kompüterində alır, lakin onu özünə münasib vaxtda
oxuyur.
Müxtəlif
prinsiplərlə qurulmuş, müxtəlif protokollarla işləyən şəbəkələrdə elektron
məktub ötürmək üçün
SMPT (
Simple Mail Transfer Protocol) protokolundan, qəbul etmək
üçün isə
POP protokolundan istifadə edilir.
Windows ƏS mühitində elektron poçt üçün
Outbook Express, Microsoft Outbook, Netscape Communikator və digər proqramlardan
istifadə etmək olar.
Şəbəkə yenilikləri
Usenet və ya telekonfrans da İnternetin geniş yayılmış
xidmət-
lərindəndir. Bu halda xəbər alan şəbəkə düyünü həmin xəbəri siyahıda olan bütün
düyünlərə translyasiya edir. Beləliklə, bir xəbər çoxqat təkrarlanaraq qısa müddətdə bütün
dünyaya (
Usenet konfrans iştirakçılarına) yayılır.
İnformasiya yayımı siyahıları elektron poçtla işləyən sadə İnternet xidmətidir. Bu
halda bir məktub siyahıda qeydiyyata düşmüş bütün abonentlərə ötürülür. Bu yayımı hansı
təşkilat icra edirsə, o da yayıma nəzarət edir.
Halbuki belə nəzarət Usenet xidməıtində
yoxdur.
FTP xidməti xüsusi serverlərdə saxlanan fayllara (həmçinin, arxiv fayllarına)
müraciəti təmin edir.
Ümumdünya hörümçək toru (
World Wide Web – WWW) İnternetin ən populyar
xidmətidir. Bu xidmət hipermətn anlayışına əsaslanır. Mətn informasiyasının ardıcıl, xətti
formada deyil, bir-biri ilə iqtibaslar şəklində bağlı olan mətnlər çoxluğu kimi təşkil
edilməsinə hipermətn deyilir. Bir mətn daxilindəki iqtibas digər mətnə keçidə imkan verir.
İqtibas
edilən mətn başqa kompüterdə, başqa ölkədə, başqa kontinentdə ola bilər.
177
Hipermətn ideyası əsasında mulyimediya texnologiyasına əsaslanan hipermediya
yaradılmışdır.
Hipermətn sənədi HTML (Hyper Text Markup Language) dilində tərtib
edilir.
HTML formatını ötürmək üçün
HTTP (Hyper Text Transfer Protocol)
protokolundan istifadə edilir.
WWW sənədindəki iqtibaslar elə təşkil edilmişdir ki, hər bir
informasiya resursu İnternetdə birmənalı ünvanlaşdırılır. İnternetdə informasiya resursuna
iqtibaslar
URL-ünvanlar (
Uniform Resource Locator) adlanır.
WWW xidmətinin köməyi ilə istifadəçi öz informasiya fəzasını
vahid bütöv kimi
qəbul edir. İqtibaslar
WWW müştərisi olan brauzer adlanan proqramlar vasitəsilə dərk
edilir.
Telnet xidməti məsafədəki kompüterlərə terminal müraciətini təmin edir.
Proxy-server (əlaqələndirici server) tez-tez müraciət edilən informasiyanın üzünü
özündə saxlayır və təkrar müraciətlərdə uzaq qoşmalara ehtiyac qalmır.
Dostları ilə paylaş: