179
Bazar
mövqeyindən, informasiya çoxdan əmtəədir. Bu vəziyyət cəmiyyətin
kompüterləşdirilməsi
nəzəriyyəsini, praktikasnı və sənayesini inkişaf etdirmək üçün əın
güclü stimuldur.
Kompüter, informasiya mühiti olaraq,
nəinki təkcə sənayenin, elmin və bazarın
təşkilində ciddi keyfiyyət sıçrayışı etmiş, həm də olduqca qiymətli istehsal sahələrinin, o
cümlədən, hesablayıcı texnika, telekommunikasiya və proqram məhsulları istehsalının ön
plana çıxmasını şərtləndirmişdir.
Cəmiyyətin kompüterləşdirilməsi meylləri hesablayıcı texnika və digər müxtəlif
kateqoriyalı EHM istifadəçiləri şəklində meydana çıxan peşələrin yaranması ilə bağlıdır.
Əgər 60-70-ci illərdə elektronika mühəndisləri və proqramçılar kimi yeni hesablayıcı
texnika və yeni təbiqi proqram paketləri yaradan mütəxəssislər
üstünlük təşkil edirdisə,
indi hər biri öz spesifik məsələsini həll edən peşəkar olmayan müxtəlif peşə sahibləri
EHM istifadəçiləridir. İndi istifadəçi yalnız kompüter mühitində informasiya proseslərinin
təşkilinin ümumi prinsiplərini bilməli, özünə lazım olan informasiya sistemini və texniki
vasitələri seçməyi və həmin texnikanı öz predmet oblastında tətbiq etməyi bacarmalıdır.
Dostları ilə paylaş: