173
dayandırılır. Məlumat ötürən düyün ünvandan ötürmənin bitməsi barədə təsdiq alan kimi
marker azad edilir və marker, onu gözləyən düyünlər növbəsindəki ilk düyünə keçir.
Arcnet (
Attached Resource Computer Network) texnologiyası 1977-ci ildə
Datapoints
korporasiyası tərəfindən işlənib hazırlanmış sadə, ucuz, etibarlı
və çevik lokal şəbəkə
arxitekturasıdır. Bu texnologiyada kompüterlərdən biri xüsusi marker yaradır və ardıcıl
olaraq bir kompüterdən digərinə ötürür. Əgər hər hansı stansiya məlumat ötürmək
istəyirsə,
həmin markeri gözləyir, marker alan kimi ötürəcəyi məlumata ünvan informa-
siyasını qoşub markerlə birlikdə ötürür.
Arcnet texnologiyası
istənilən topologiyada
istifadə edilə bilir.
Ethernet texnologiyası şəbəkə düyünlərinin ümumi şinə paralel qoşulması şəraitində
işləyir. Marker azad olan kimi şəbəkənin növbəti ötürməyə hazır olduğunu xəbər verir. Bu
texnologiyanı 1970-ci illərin sonunda
Xerox Corporation kompaniyası təklif etmişdir.
Dostları ilə paylaş: