İsa Musayev, Mətləb Əlizadə


 Verilənlərin kompüter texnologiyasının adi texnologiyadan fərqi



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə133/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   129   130   131   132   133   134   135   136   ...   166
8.4.1 Verilənlərin kompüter texnologiyasının adi texnologiyadan fərqi. 
Əməliyyatların eyni cür icrası. 
Mühasibat uçotunun eyni, tam oxşar əməliyyatlarının icrası üçün kompüter 
texnologiyasında eyni əmrlərdən istifadə edilir ki, bu da əl üsulu ilə işlənmə zamanı tez-tez 
rast gələn təsadüfi səhvlərin yaranmasına praktiki olaraq imkan vermir. Əksinə, proqram 
səhvləri və ya aparat və proqram vasitələrindəki digər sistematik səhvlər bütün qalan 
şərtlərin dəyişməz olduğu hallarda da tamoxşar əməliyyatların icrası zamanı yanlış 
nəticələrə səbəb olur. 
Funksiyaların ayrılması. 
Kompüter sistemi, adi halda müxtəlif mütəxəsislərin yerinə-yetirdiyi bir-sıra daxili 
nəzarət prosedurlarını icra edə bilir. Bu halda, kompüterlə işləyən mütəxəssislər digər 
funksiyaların icrasını da öz üzərlıərinə götürmək imkanı əldə edirlər. Nəticədə kompüter 
sistemi nəzarət sistemini lazımi səviyyədə saxlamaq üçün əlavə tədbirlərin görülməsini 
tələb edir. Bu tədbirlərdən biri parollar ssisteminin tətbiqidir.
Səhvlərin və qeyri-dəqiqliyin yaranması üçün potensial imkanlar. 
Adi mühasibat uçotu texnologiyasına nisbətən kompüter texnologiyası icazəsiz 
müdaxiləyə daha açıqdır. Bu, müəyyən səhvlərin və qeyri-dəqiqliyin yaranmasına yol aça 
bilir. Tətbiqi proqramların tərtibi zamanı buraxılmış səhvlər uzun müddət nəzərdən yayına 
bilir. 
Rəhbərlik tərəfindən nəzarətin gücləndirilməsi üzrə potensial imkanlar. 
Kompüter sistemi firma rəhbərliyinin ixtiyarına külli miqdarda aalitik vasitələr verir 
ki, bunların köməyi ilə fəaliyyəti qiymətləndirmək və nəzarətə götürmək mümkün olur. 
Bu, fəaliyyətin qeyri-səmərəli olması riskini xeyli azaldır. 
Müəyyən əməliyyatların icrasına kompüter tərəfindən təşəbbüs göstərilməsi.
Kompüter sistemi bəzi əməliyyatları əlavə icazəyə ehtiyac duymadan avtomatik 
olaraq icra edə bilir. Çünki bu əməliyyatların avtomatik icrası əvvəlcədən rəhbərliklə 
razılaşdırılmış olur.


184 
Beləliklə, təsərrüfat fəaliyyətinin təhlili və mühasibat uçotunun kompüterləşdirilməsi 
müəssisədə həm dərin struktur dəyişikliyi törədir, həm də yeni texnologiya yeni metodlarla 
birgə tətbiq edilir. Bu isə bir-sıra beynəlxalq standartların qəbul edilməsi zərurətini 
meydana çıxarır ki, bu da müəyyən qanunvericilik aktlarının dəyişdirilməsini tələb edir. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   129   130   131   132   133   134   135   136   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin