İsa Musayev, Mətləb Əlizadə


 İnformasiya emalı sistemlərinin inkişaf tarixi



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə131/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   127   128   129   130   131   132   133   134   ...   166
 
8.2. İnformasiya emalı sistemlərinin inkişaf tarixi. 
Professor Buadeyə görə, latınca, information – izah etmək
174
, aydınlaşdırmaq, 
məlumatlandırmaq mənasında olan informasiya dedikdə, verilmiş predmet barədəki 
biliyimizdəki qeyri-müəyyənlik dərəcəsini azaldan hər şey başa düşülür. Bu tərif ötürülən 
informasiyanın konkret ünvan üçün faydalılığını, qiymətliliyini təyin edir. Yəni, aldığımız 
məlumatda yeni heç nə yoxdursa, onda bu informasiyanın miqdarı sıfra bərabərdir. Buna 
görə də ―verilənlər‖ anlayışı daha ümumidir. Çünki burada istehlakçı qiymətləndirməsi 
tələb olunmur. 
XIX əsrin ikinci yarısınadək “ibtidai” informasiya texnologiyasından istifadə 
edilirdi. Bu informasiya texnologiyasının əsasını qələm (pero), mürəkkəb qabı və 
mühasibat kitabı təşkil edirdi. İnformasiyanın ötürülməsi vasitəçilərin, poçtalyonların, 
kuryerlərin vasitəsilə həyata keçirilirdi. Bu rabitə etibarsız idi, çoxsaylı kənar amillərdən, 
174
Halbuki ―İnformasiya‖ sözü qədim Şumer dilində olan İn +For+Ma+Si+Ya kimi 5 sözdən ibarət bir 
cümlədir ki, burada da İn – var olan, For – yetkin güclü kişi, Ma – qadın, Si – məkan, Ya – çıx(ış) etmək - 
danışmaq mənası verir. Bunu müasir Azərbaycan dilinə tərcümə etdikdə, informasiya – məkanda mövcud 
olan kişi ilə qadının danışması, özlərini izah etməsi mənasına gəlir. Bax: İsa Musayev. Dil, Yaddaş, 
Vətən, Vətəndaş. Bakı,1995.


180 
havadan, kuryerin sağlamlığından, əhval-ruhiyyəsindən və s-dən asılı idi. İnformasiya 
emalının məhsuldarlığı olduqca aşağı idi. Hər bir yazının (məktubun) üzü ayrıca əl ilə 
köçürülürdü. Toplama əl ilə aparılırdı. Qərar qəbulu üçün başqa informasiya yox idi.
XIX əsrin sonunda “mexaniki” informasiya texnologiyası meydana gəldi. Yazı 
makinası, telefon, diktofon və modernləşdirilmiş poçt sistemi informasiya texnologiyasını 
prinsipial şəkildə dəyişdirdi. İnformasiya texnologiyasının məhsuldarlığı xeyli artdı. 
Mexaniki texnologiya, mahiyyətcə, mövcud müəssisələrin təşkilati strukturunu 
formalaşdırdı.
XX əsrin 40-60-cı illərində “elektrik” texnologiyası yarandı. Bu texnologiyada 
elektromexaniki yazı makinası, surətçıxaran maşın, portativ diktofon və s. istifadə edilirdi. 
Bu texnika müəssisənin fəaliyyətini yaxşılaşdırdı, sənədlərin emal keyfiyyətini və 
hazırlanma sürətini artırdı. 60-cı illərin 2-ci yarısında böyük məhsuldarlığa malik EHM-
lərin müəssisə fəaliyyətinə cəlb edilməsi informasiyanın emalının forması ilə yanaşı, həm 
də məzmununa təsir etməyə başladı. Beləliklə, informasiya texnologiyasının “elektron” 
dövrü başlandı. 
Məlum olduğu kimi, informasiya texnologiyası informasiya emalının ən azı 3 mühüm 
komponentini – uçotu, təhlili və qərar qəbulunu əhatə edir. Bu komponentlər sənədlərin 
kağız ―bataqlığında‖ reallaşdırılır ki, bu bataqlıq da günbəgün dərinləşir. Avtomatlaş-
dırılmamış informasiya sistemlərinin ən ciddi nöqsanı informasiyanın yığılması, emalı və 
istifadə edilməsi proseslərinin ayrı-ayrılıqda baş verməsidir. Bu o deməkddir ki, müəs-
sisənin ayrı-ayrı bölmələrinin hər biri özünəməxsus ayrıca ―verilənlər bazası‖na malikdir 
və bir bölmənin işçiləri ―özgə‖ bölmənin ―verilənlər bazası‖na daxil olmaq hüququna 
malik deyildir. Odur ki, hər bölmənin işçiləri özlərinin ―verilənlər bazası‖nı özləri sərbəst 
surətdə yaratmağa məcburdur. Bu, orta əsrlərdəki hər ailənin özü üçün tikdiyi yel 
dəyirmanına və ya su çarxına bənzəyirdi. Hal-hazırda, demək olar ki, bütün kütləvi tələbat 
məhsulları mərkəzləşdirilmiş şəkildə istehsal edilir və tələbata uyğun şəkildə istehlak 
edilir. Bu baxımdan, idarəetmənin avtomatlaşdırılmasının əsas məqsədlərindən biri 
müəssisədəki hər bir əməkdaşı, aid olduğu bölmədən asılı olmayaraq məxfilik tələbləri 
ödənilməklə lazımi vaxtda, lazımi formada və lazımi həcmdə zəruri informasiya ilə təchiz 
etməkdən ibarətdir. Bunun üçün vahid inteqrasiya edilmiş verilənlər bazası, lokal 
hesablayıcı şəbəkə və hər bir işçi üçün lazımi avadanlıqlarla təchiz edilmiş avtomatlaş-
dırılmış iş yeri (AİY) lazımdır. Bu yanaşma müəssisənin kompleks avtomatlaşdırılmasını 


181 
nəzərdə tutur. Bu isə o deməkdir ki, müəssisə üçün kompüterləşdirilmiş idarəetmə sistemi 
yaradılmalıdır ki, burada da alt sistemlərin qarşılıqlı fəaliyyəti təmin edilməli, 
informasiyaya operativ müraciət mümkün olmalı və qərar qəbulu dəstəklənməlidir. SSRİ-
də ilk müəssisə avtomatlaşdırılmış idarəetmə sistemləri (MAİS-lər) və verilənlərin emalı 
sistemləri (VES-lər) 60-cı illərdə yaradılmışdı. Bunlar kollektiv istifadə olunan 
azməhsuldar, nəhəng hesablayıcı texnika ilə təchiz edilmiş müəssisə informasiya-
hesablayıcı mərkəzlər bazasında yaradılırdı. Bu sistemlər əsasən uçot və planlaşdırma 
məsələlərini həll edirdi. Çox hallarda isə həll edilən məsələlər yalnız əmək haqqı 
hesablamalarından və kadrlar uçotuna aid informasiyanın emalından ibarət olurdu. 
Verilənlərlə işləməyin çətinliyi onunla bağlı idi ki, infformasiya sistemində hesablayıcı 
texnika ilə yanaşı, informasiyanın kağıza yığılması və İnformasiya-Hesablayıcı Mərkəzə 
daşınması və burada EHM-ə daxiletmə ilə bağlı olaraq perfokartların hazırlanması 
prosesləri əl üsulu ilə yerinə-yetirilirdi. Emal nəticələri də kağıza çıxarılırdı. 
80-ci illərdə ABŞ-da ―avtomatlaşdırılmış ofis‖ termini geniş yayılmağa başladı. 
Burada söhbət bir-sıra idarəetmə funksiyalarının, o cümlədən, mətnlərin hazırlanması, 
emalı və redaktə edilməsinin, sistemləşdirilib saxlanmasının, infor-masiya axtarışının, 
rəhbər işçilərə informasion xidmət göstərilməsinin və s. avtomatlaşdırılmasından gedirdi.
Bu tip sistemlərin tətbiqi bir-sıra işçilərin, məsələn, katibələrin, referentlərin 
funksiyalarının dəyişilməsinə, onların sayının ixtisar edilməsinə, əmək məhsuldarlığının 
yüksəlməsinə səbəb oldu. ―Avtomatlaşdırılmış ofis‖ konsepsiyası bu gün də uğurla inkişaf 
edir. Proqram təminatı istehsalçıları olan bir-sıra iri firmalar, o cümlədən, Corel, Microsoft 
və s. ―Ofis‖ adlı
175
yeni-yeni inteqrasiya edilmiş proqram paketləri hazırlayır.

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin