182
elektron elanlar lövhəsi yaratmağa və s. imkan verir. Bu sistemlər müəssisənin bütün
işlərini
əhatə etdiyindən, ―biznes-proseslərin korporativ idarəetmə sistemləri‖ termini ilə
ifadə edilir. Bu cür sistemlər üçün ―müştəri-server‖ texnologiyasından istifadə edilməsi,
qlobal İnternet şəbəkəsi vasitəsilə uzaqdakı istifadəçilərin prosesə qoşulması xarakterikdir.
Müxtəlif ölkələrdə və qitələrdə yerləşən 40 mindən artıq istifadəçinin ümumi informasiya
məkanında birləşdirilməsini reallaşdıran sistemlər geniş istifadə edilir. Məsələn,
McDonalds şirkəti öz bölmələrini bütün dünyaya yaymışdır.
8.4. İnformasiya emalının kompüter üsulu ilə bağlı problemlər
Mövcud informasion strukturu köklü surətdə yenidən qurmadan, sadəcə əməkdaşların
iş yerlərinə fərdi kompüter qoyub onları lokal şəbəkədə
birləşdirmək idarəetmədə
nəzərəçarpacaq müsbət səmərə verə bilməz. Köhnəlmiş iş üsullarını avtomatlaşdırmaqla
yalnız kompüteri yüksək sürətli kağız sənəd istehsalçısına çevirmək olar. Belə ki, ABŞ
müəssisələrinin işinin təhlili göstərmişdir ki, bir işçinin müvəqqəti olaraq müəssisəyə
qəbul edilməsi üçün 113 səhifəlik 43
müxtəlif sənəd
176
tərtib etmək lazım gəlir. Çünki
mövcud informasiya sistemində ayrı-ayrı bölmələr və işçilər arasında əlavə əlaqələr vardır.
Müəssisənin normal fəaliyyəti üçün cəmi 20-30 daxili kommunikasiya kifayət edəcəyi
halda, mövcud olan kommunikasiyaların sayı bundan 3-4 dəfə çoxdur. Müəssisənin idarə
edilməsinin avtomatlaşdırılması
təcrübəsi göstərir ki, məhsuldar kompüterin qurulması
―hər ehtimala qarşı‖ çap edilən və yayılan əlavə nüsxələr hesabına kommunikasiyaların
sayını artırmaq mümkündür. Buna görə də müəssisədə kompüter texnikası tətbiq
edilməzdən əvvəl lazımsız kommunikasiyalar optimal səviyyəyə qədər ixtisar edilməlidir.
Yayılmış əsas təhlükələrdən biri kompüterin imkanlarını həddən artıq şişirtməkdir. Fərdi
kompüter, nə qədər baha və nə qədər məhsuldar olsa da,
bizim mürəkkəb iqtisadi
məsələlərimizi həll edə bilməsi üçün həmin məsələlərin proqramını tərtib etməyi tələb
edir. Kompüter texnikasının tətbiqi ilə bağlı olaraq kollektivdə yaranan sosial-psixoloji
problemlər böyük diqqət tələb edir. Çünki işçilərin ixtisara
düşmək qorxusu və qalan
işçilərə daha ciddi nəzarət etmək imkanı yaranır.
Kompüterləşdirmə mühasibat uçotu və təsərrüfat fəaliyyətinin təhlili texnologiyasını
əhəmiyyətli dərəcədə dəyişdirir. Ənənəvi texnologiyada mühasibat uçotu və təsərrüfat
176
Tələb olunan sənəd surətləri ilə birlikdə
183
fəaliyyətinin təhlili jurnal-orderdə və kağız sənədlərdə həyata keçirilirdi. Bu sənədlərin bir
çoxu kompüter sistemində də istifadə edilir. Lakin bu sənədlər
çox hallarda elektron
formada olur. Əsas uçot sənədləri (mühasibat kitabı və jurnallar) verilənlər faylı şəklində
saxlanır ki, bunları da kompütersiz dəyişmək mümkün deyildir. Kompüter texnologiyası
bir-sıra xüsusiyyətlərə malikdir.
Dostları ilə paylaş: