İsa Musayev, Mətləb Əlizadə


 Mətn informasiyasının 2-lik kodlaşdırılması



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə43/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   39   40   41   42   43   44   45   46   ...   166
4.6 Mətn informasiyasının 2-lik kodlaşdırılması 
60-cı illərin sonundan etibarən kompüterlər mətn informasiyasının işlənməsinə daha 
çox tətbiq edilməyə başlamışdır. İndi dünya üzrə kompüterlərin böyük əksəriyyəti mətn 
informasiyasının emalı ilə məşğuldur. Ənənəvi olaraq 1 simvolun kodlaşdırılması üçün 1 
bayt ayrılır. Bu halda 256 simvol kodlaşdırmaq mümkündür. Bu, mətn informasiyasını 
kodlaşdırmaq üçün kifayətdir. Beləliklə, insan hərfi şəklinə görə, kompüter koduna görə 
tanıyır. 0-dan 32-dək ilk 33 kod əməliyyatlar (sətri dəyişmək, probel daxil etmək və s.) 
üçündür. 33-dən 127-dək latın əlifbasına, rəqəmlərə, hesab əməllərinə və durğu işarələrinə
128-dən 255-dək milli əlifbalara ayrılmışdır.
Hal-hazırda Unicode adlı beynəlxalq standartdan istifadə edilir ki, bu da hər simvola 
2 bayt yer ayırır. Bu kodla 65536 simvolu kodlaşdırmaq mümkündür. 1997-ci ildən 
Microsoft Windows&Office platforması Unicode keçmişdir. 
 
4.7 Şəkil və səsin analoq və diskret təqdim edilmə üsulları 
İnsan informasiyanı hiss üzvlərinin yaratdığı obrazlar formasında qəbul edir. Şəkil və 
səs obrazları müxtəlif informasiya daşıyıcılarında saxlana bilir. Şəkil və səs informasiyası 
həm analoq, həm də diskret formada təqdim edilə biləndir. Analoq siqnal kəsilməzdir. 
Diskret siqnal kəsiləndir. Analoq şəkil rənglərin tədrici keçidi ilə, diskret şəkil isə rəngli 
nöqtələrlə yaradılır. Analoq səs adi qrammofon valındakı dalğalı cığırlarda saxlanır. 
Diskret səs audio kompakt diskdəki fərqli əks etdirmə sahələri ilə saxlanır. Analoq şəkil və 
səs diskretləşdirilə biləndir. Bunun üçün kəsilməz siqnalı kiçik kvantlara bölmək 
kifayətdir. Hər bir kvant ayrıca koda malik olur və beləliklə, kəsilməz (analoq) 
informasiya rəqəmlərlə ifadə edilmiş olur. 
 
4.7.1 Qrafik informasiyanın 2-lik kodlaşdırılması 


60 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin