İsa Musayev, Mətləb Əlizadə


Şəklin məkanca diskretləşdirilməsi



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə44/166
tarix15.06.2022
ölçüsü1,71 Mb.
#116950
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   166
Şəklin məkanca diskretləşdirilməsi. Şəklin kodlaşdırılması onun rəngli nöqtələrə 
çevrilməsi şəklində həyata keçirilir. Hər nöqtənin koordinatları və rəngi rəqəmlə ifadə 
edilir. Şəklin keyfiyyəti, bir tərəfdən, nöqtələrin sayından və böyüklüyündən asılıdırsa, 
digər tərəfdən də, rəng çalarlarının sayından (palitradan) asılıdır. Nöqtələr kiçik və 
çoxsaylı və rəng çalarları çox olduqca şəkil keyfiyyətli alınır.
Rastr
94
şəklin yaradılması. Qrafik informasiya monitor ekranında rastr şəkli 
üslubunda alınır. Yəni monutor qrafik informasiyanı ekrana çıxararkən rastr kimi işləyir. 
Rastr şəkil xalça çeşnisi prinsipində yaradılır. Belə ki, xalça çeşnisi müxtəlif rəngli 
ilmələrdən yaranan çinlərdən əmələ gəldiyi kimi, rastr şəkil də müxtəlif rəngli nöqtələrdən 
təşkil edilmış sətrlərdən yaradılır.
Müasir fərdi kompüter monitorları 800x600, 1024x768 və 1280x1024 nöqtəli olurlar. 
Məsələn, sətrlərində 600, sütunlarında 800 nöqtə olan monitorda 480000 rəngli nöqtə 
almaq mümkündür. Rəngli nöqtə kodları videoyaddaşda saxlanır. Bütün rənglər göy, 
qırmızı və yaşıl rənglərdən alınır. 
 
4.7.2 Səs informasiyasının 2-lik kodlaşdırılması 
Səsin zamanca diskretləşdirilməsi. Səs müəyyən tezlik və amplitudada kəsilməz 
dəyişən dalğa mahiyyətli olduğundan, onun diskretləşdirilməsi zamanın kvantlaşdırılması 
şəklində həyata keçirilir. Amplituda böyük olduqca səs gur, tezlik yüksək olduqca ton 
yüksək olur. Kəsilməz səs dalğası xırda hissələrə bölünərək, hər birinin özünəməxsus 
koordinatları olan fərqli nöqtələrə çevrilir. Səs nöqtələri həm də tezlik cəhətdən fərqlənən 
yaddaş obyektlərinə çevrilir. 
Müasir səs kartları səsi 16-bitlik kodlaşdırmağa imkan verir. Bu halda siqnalın 
səviyyə müxtəlifliyi 65536-ya çatır.
 
4.8. Kompüter qurğularının məntiqi əsasları 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   166




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin