64
Budaqlanan quruluş.
Xətti alqoritmdən fərqli olaraq budaqlanma alqoritmində şərt olur ki, bu və ya dıgər
əmrlər seriyasının icrası həmin şərtin ödənib-ödənməməsindən asılı olur.
Şərt mülahizə
şəklində olduğundan, ya doğru, ya da yalan olur. Bu, formal dildə şərti və ya məntiqi ifadə
adlanır. Şərti ifadə sadə və mürəkkəb ola bilir. Sadə şərt müqayisə ediləcək 2 ədəddən, 2
dəyişəndən, 2 hesabi ifadədən ibarət olur. Məsələn, 5>3, 2*8=4*4 və s.
Mürəkkəb şərt bir-biri ilə məntiq əməli ilə bağlanmış sadə şərtlər ardıcıllığıdır.
Məsələn, 5>3 And 2*8=4*4.
Budaqlanma quruluşu müxtəlif üsullarla təsvir edilə bilir:
qrafik formada (blok-sxem şəklində);
proqramlaşdırma dilində, məsələn,
Visual Basic və
VBA dillərində,
if şərt
operatoru vasitəsilə.
İlk (
if) açar sözdən sonra şərt yerləşməlidir. İkinci (
Then)
açar sözdən sonra isə
əmrlər seriyası (şərt ödənirsə, 1-ci seriya) yerləşir.
Şərt ödənmirsə, üçüncü (
Else) açar
sözdən sonra 2-ci seriya əmrlər yerləşir:
Visual Basic-də:
VBA-da
If Şərt
Then
if Şərt_
Seriya 1
Then Seriya 1_
[
Else
[
Else Seriya 2]
Seriya 2]
End if
Əmr 1
Əmr 2
...
Əmr N
65
Şərti keçid operatorunu çoxsətrli və birsətrli formalarda yazmaq olar. Çoxsətrli
formada bu,
if...Then...Else...End if şəklində yazılır.
Bu halda Then şərtlə bir sətrdə
yazılır. Əmrlər seriyası (seriya 1) ikinci sətrdə yerləşir.
Else üçüncü sətrdə, seriya 2
dördüncü sətrdə,
End if beşinci sətrdə yazılır.
Birsətrli formada
if...Then...Else... şəklindən istifadə edilir. Əgər bu yazılış bir sətrə
yerləşməzsə, onda onu bir neçə sətrə bölmək olur. Bu zaman sətrin bölündüyünü
kompüterə anlatmaq üçün probeldən sonra altdan xətt işarəsi qoyulur ( _ ).
Müxtəsər
formada
Else olmaya da bilər
95
.
Şərt ödənmirsə, növbəti əmrlər seriyası icra edilir.
Dostları ilə paylaş: