İsa Musayev, Mətləb Əlizadə


Windows qrafik interfeysi



Yüklə 1,71 Mb.
Pdf görüntüsü
səhifə161/266
tarix13.05.2022
ölçüsü1,71 Mb.
#115877
növüDərs
1   ...   157   158   159   160   161   162   163   164   ...   266
sa Musayev, M tl b lizad

Windows qrafik interfeysi 
 
Hal-hazırda bütün fərdi kompüterlər qrafik interfeysli əməliyyat sistemləri ilə işləyir. 
Qrafik interfeys insanla maşın dialoqunu pəncərədə menyü və idarəetmə elementlərindən 
istifadə etməklə təşkil etməyə imkan verir.  
Mışla  iş.  Qrafik  interfeyslə  işləmək  üçün  mışdan  və  digər  koordinatlı  daxiletmə 
qurğularından  istifadə  edilir.  Mışla  iş  sol  və  sağ  düymələrlə  işləməyi  və  mışı  hərəkət 
etdirməyi nəzərdə tutur. Sol düymə daxiletmə, sağ düymə əlavə imkanlar üçündür.  
İşçi stol. Ekranın əsas hissəsini işçi stol tutur. İşçi stolda nişanlar və yarlıklar yerləşir. 
Yarlıkın  aşağı  sol  küncündə  ox  işarəsi  olur.  Nişan  və  yarlıklar  fayllara  cəld  müraciəti 
mümkün  edir.  Nişanlar  işçi  stolda  Windows  qurulduqdan  sonra  görünür.  Ekranın  sol 
hissəsində  adətən  Mənim  kompüterim  (Мой  компьютер),  Şəbəkə  əhatəsi  (Сетевое 
окружение), Səbət (Корзина) və Mənim sənədlərim (Мои документы) nişanları yerləşir.  
Disklərə,  printerə,  tez-tez  istifadə  edilən  sənədlərə  cəld  müraciət  etmək  üçün  işçi 
stolda yarlıklar yaratmaq məqsədəuyğundur. Yarlık nişandan onunla fərqlənir ki, o, faktiki 
olaraq  işçi  stolda  yerləşməyən,  başqa  qovluqda  yerləşən  obyekti  göstərir.  Yarlıkdakı  ox 
göstərir ki, yarlık obyektin özünü deyil, ona iqtibası ifadə edir. Obyektin nişanını işçi stola 
sürüməklə həmin obyektin yarlıkı yaradılır. 


 
125 
Məsələ  paneli.  Ekranın  aşağısında  məsələ  paneli  yerləşir.  Məsələ  panelinin  sol 
ucunda  Start  (Пуск)  düyməsi,  bundan  sağda  isə  açılmış  pəncərələrin  düymələri, 
indikatorlar və saat yerləşir. 
Start  düyməsi  baş  menyünü  açmağa  imkan  verir.  Baş  menyüdən  kompüterin  bütün 
resurslarına müraciət mümkündür.    
Windows  çoxməsələli  əməliyyat  sistemidir.  Eyni  zamanda  bir  neçə  proqram  əlavəsi 
ilə  işləməyə  imkan  verir.  İşə  buraxılmış  hər  bir  proqram  əlavəsinin  məsələ  panelində 
düyməsi  yaranır.  Proqramdan-proqrama  keçmək  üçün  məsələ  panelindəki  düyməni 
basmaq kifayətdir. İş gedən pəncərənin düyməsi batıq görünür. 
Məsələ  panelinin  sağ  ucunda  saat  yerləşir.  Saatdan  solda  sistemin  vəziyyət 
indikatorları yerləşir. Məsələn, Az indikatoru göstərir ki, klaviaturanın Azərbaycan hərfləri 
qoşulmuşdur.  
Pəncərələr.  Windows  qrafik  interfeysinin  vacib  elementlərindən  biri  də  pəncərədir. 
Pəncərələr 2 qrupa bölünür: proqram əlavələrinin pəncərələri və sənədlərin pəncərələri.  
Proqram əlavələrinin pəncərələri. Bu pəncərələrdə ya işə buraxılmış proqramın icrası 
öz  əksini  tapır,  ya  da  qovluğun  məzmunu  əks  etdirilir.  Bu  pəncərəni  açmaq  müvafiq 
proqram  əlavəsini  işə  qoşmaq,  bağlamaq  isə  proqramın  işini  dayandırmaq  deməkdir. 
Proqram əlavələrinin pəncərələrini işçi stolun istənilən yerinə çəkmək, bütün ekran boyda 
açmaq və bağlayıb məsələ panelinin bir düyməsinə çevirmək olar.  
Proqram əlavələrinin pəncərələrinin əsas elementləri aşağıdakılardır: 
  işçi  oblast:  pəncərənin  daxili  hissəsidir,  ya  bir-birinin  içindəki  qovluqları,  ya  da 
sənəd pəncərələrini özündə əks etdirir
  sərhədlər: pəncərəni 4 tərəfdən əhatə edən çərçivə; 
 
sərlövhə:  pəncərənin  yuxarı  sərhədinin  bilavasitə  altındakı  sətir,  pəncərənin  adını 
göstərir; 
 
sistem menyüsünün nişanı: sərlövhə sətrinin sol ucundakı düymə, menyü açır; 
 
üfqi menyü sətri: sərlövhənin altındakı sətr, menyü bəndlərini saxlayır; 
 
alətlər paneli: menyü sətrinin altında yerləşir, düymələr yığımıdır, müəyyən əmrlərə 
cəld müraciət etmək üçündür; 
 
pəncərəni bükmək, açmaq, bərpa etmək, bağlamaq düymələri pəncərənin sağ yuxarı 
küncündə yerləşir. 


 
126 
Sənədlərin  pəncərələri.  Sənəd  pəncərəsi  sənədlərlə  işləmək  üçündür  və  proqram 
əlavələrinin  pəncərəsi  daxilində  ―yaşayır‖.  Proqram  əlavələrinin  pəncərəsində  olan 
düymələr eyni ilə sənəd pəncərəsində də vardır. Sənəd pəncərəsi aktiv və passiv ola bilir. 
Aktiv pəncərənin sərlövhəsi göy, passivinki boz olur.  
Menyü.  Qrafik  interfeysin  əsas  elementlərindən  biri  də  menyüdür.  Menyü  tematik 
cəhətdən  qruplaşdırılmış  əmrlərin  siyahısından  ibarətdir.  İstənilən  əmri  seçmək 
mümkündür.  Menyü  əmrindən  sonra  3  nöqtə  varsa,  dialoq  paneli  açılır  ki,  bu  da  əlavə 
informasiya almağa imkan verir. 
Dialoq  paneli.  Dialoq  paneli  cürbəcür  elementlərdən  təşkil  oluna  biləndir.  Dialoq 
panelinin imkanlarına fayl axtarışı timsalında baxaq. 
İçliklər. Dialoq panelindəki boş sətirlərə içlik deyilir.  
Əmr düymələri. İcra ediləcək əmr düymənin üstündə yazılıb.  
Mətn  sahələri.  Buna  bəzən  redaktə  sahəsi  də  deyilir.  Müəyyən  mətni  daxil  etməyə 
imkan verir.  
Siyahılar. Müəyyən saylı kəmiyyətlərin seçilməsinə imkan verir. Açılan siyahılar sağ 
ucunda aşağıya yönəlmiş ox (üçbucaq) olan içlik və ya mətn sahəsidir.  
Dəyişdirici açarlar. Bunlar bir-birini inkar edən iki variantdan birini seçməyə imkan 
verir.  Kiçik  ağ  dairənin  içində  nöqtə  varsa,  həmin  əmr  qoşulmuşdur,  yoxdursa, 
qoşulmamışdır. 
Bayraqlar. Bu, hər hansı bir parametrə müəyyən qiymət vermək üçündür. Bayraq quş 
qoymaq kimi işləyir.  
Sayğaclar.  Sayğaclar  bir  cüt  üçbucaq  (ox)  şəklindədir,  parametri  artırıb-azaltmaq 
üçündür. Məsələn, səhifənin solundan boş buraxılan sahəni artırıb-azaldan üçbucaqlar. 
Sürünkəclər.  Bunlar  müəyyən  parametrin  (məsələn,  səsin)  sürüşən  qaydada  dəyiş-
dirilməsi üçündür. 

Yüklə 1,71 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin