İŞİD-lə üz-üzə


İyirmi altıncı fəsil Nübl və əl-Zəhranın azadlığı



Yüklə 346,24 Kb.
səhifə35/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   ...   31   32   33   34   35   36   37   38   ...   55

İyirmi altıncı fəsil

Nübl və əl-Zəhranın azadlığı


2015-ci ilin fevralında İranda məzuniyyətdə olanda Nübl və əl-Zəhra qəsəbələrinin azad edildiyini eşitdim. Bu qəsəbələrin azadlığında bütün qüvvələr iştirak etmişdilər: Vətən müdafiəçiləri, Heydəriyyun, Zeynəbiyyun, Fatimiyyun... Bizdən Malikin başçılıq etdiyi batalyon hücumda iştirak etmişdi. Malik əvvəlcə snayper idi, bir müddət şəxsi heyətə təlim keçəndən sonra bu əməliyyatda hücumçu batalyonun komandiri olmuşdu.

Snayper uşaqlar çox hazırlıqlı və təcrübəli idilər. Onların komandiri olan Süleyman həm döyüşçü seçimində çox həssaslıq göstərirdi, həm də onlara çox ağır təlimlər keçirdi. Bu səbəbdən Fatimiyyun diviziyasının ən yaxşı bölük və batalyon komandirləri adətən onların arasından seçilirdi. Malik də bu əməliyyatda yaxşı çıxış etdi və adı dillərə düşdü.

Artilleriya dayanmadan piyada qüvvələrə atəş dəstəyi vermiş, əhali də uşaqlarımızın irəlilədiyini görüb qəsəbənin içindən düşmənə hücum etmişdi. Bu səbəbdən səhərə qədər bütün mövqelər ələ keçirilmişdi.

Bizim uşaqlarımız qəsəbəyə girəndə əhali şükür namazı qılırmış, gördükləri hər bir əsgəri dərhal evlərinə aparıb qonaq edirmişlər. Bir ilə qədər Nübl və əl-Zəhraya gedəndə şirniyyat və çörək mağazaları məndən pul almırdı.

Qəsəbələr azad ediləndən bir neçə gün sonra dostum İsa Mətuqu görməyə getdim. Yola düşməzdən öncə mənimlə əlaqə saxladı. Bildim ki, nə isə demək istəyir. Peşman olub dəstəyi qoymadan xahiş etdim ki, sözünü desin. Mənə dedi: “Mənim yaxınlarım dörd ildir balıq yemirlər. Anbarınızda konserv varsa, bir neçəsini gətir”.

Mən kiçik yük maşınını müxtəlif konservlərlə doldurdum, bazardan da bəzi şeylər alıb əl-Zəhraya yola düşdüm. Qəsəbə çox gərgin və dağınıq vəziyyətdə idi. Əkin sahələrinin arasında pərakəndə evlər vardı, mərmilər daha çox torpağa düşmüşdü. Qəsəbə əhalisinin gözütoxluğu mənə çox qəribə gəldi. Yeməklə dolu bir maşını görsələr də, hətta uşaqlardan da bir nəfər yaxınlaşıb heç nə istəmədi. Bir nəfər mənim gəlişim münasibəti ilə havaya atəş açmaq istəyəndə bir qoca yaxınlaşıb dedi: “Sən Allah, atma. Bu dörd ildə kifayət qədər atışma səsi eşitmişik. Daha bəsdir”. Sonra mənimlə bir qədər dərdləşdi, bu illərdə su və xörəyin çatışmadığını, yalnız Türkiyə yolunun açıq olduğunu və kürdlərin onlara qida məhsulları gətirib on qat bahasına satdığını söylədi. Bəziləri də qarşılıqsız kömək edirmiş, hətta istəyənləri bu yolla mühasirədən çıxarıb Türkiyəyə də aparırmışlar.

Qəsəbənin cavanları qida məhsullarını ailələr arasında böldülər. Onların bəziləri ilə söhbət imkanı yarandı. Onlar deyirdilər: “Mühasirə zamanı düşmənin hücumuna qarşı müqavimət göstərirdik. Dəfələrlə oldu ki, nəyin bahasına olursa-olsun, bir tankın da qəsəbəyə girməsinə imkan vermədik. Onlarla insan şəhid olurdu, amma tanka yaxınlaşıb içinə əl qumbarası atmağa, onu partlatmağa müvəffəq olurdular”.

İsa da çox sevinirdi. Uzun müddətdən sonra ata-anasını, ev-eşiyini görürdü. Hər bir mövzudan danışır, zarafat edirdi. Anası çox əziyyət çəkmiş, dadlı ərəb xörəkləri bişirmişdi.





Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin