İŞİD-lə üz-üzə


Otuz dördüncü fəsil Əl-İmarədə mövqeyimizin möhkəmlənməsi



Yüklə 346,24 Kb.
səhifə43/55
tarix02.02.2022
ölçüsü346,24 Kb.
#114143
1   ...   39   40   41   42   43   44   45   46   ...   55

Otuz dördüncü fəsil

Əl-İmarədə mövqeyimizin möhkəmlənməsi


Şəxsi heyətimiz mövqeyi möhkəmlətməkdən ötrü beş aya yaxın əl-İmarə təpəsində qaldı. Düşmənlə məsafəmiz təxminən 100 metr idi. Hər iki tərəf bir-birinin get-gəlini asanlıqla görürdü. Qərargahdan təmas xəttinə qədər iyirmi dəqiqəlik yol vardı. Biz hər gün avtomobillə bu yolu gedəndə düşmən oranı minaatanla vurmağa başlayırdı. Hər üç-dörd gündən bir şəhid verir və ya yaralanırdıq. Batalyon komandirlərindən birinin soyadı Bustan idi, oturduğu səngərə mərmi düşməsi nəticəsində şəhadətə qovuşdu.

İyirmi yaşlı bir gənc də vardı, hər iki ayağı kəsildi. Xəstəxanaya onu görməyə gedəndə necə təskinlik verəcəyimi bilmirdim. Ailəsi Əfqanıstanda yaşayırdı. Belə yaralılar adətən həmişə eyni halda olmurdular; bəzən yüksək əhval-ruhiyyə ilə deyib-gülürdülər, bəzən isə özlərinə qapanırdılar, danışmağa hövsələləri olmurdu. O, zarafatlaşıb gülüşəndən sonra narahat halda mənə dedi: “Mən cəhənnəmə, bilmirəm anama nə deyim. Əgər bilsə, infarkt olacaq”.

Yalnız sözlərimlə onu bir qədər sakitləşdirə bilirdim. Əlimdən başqa bir şey gəlmirdi və bu mənə çox əzab verirdi.

Əl-İmarə təpəsində təmizlik və sursat baxımından yaxşı vəziyyətdə deyildik. Bir gün bir batalyon komandiri əlimdən tutub məni uşaqların yanına apardı, dedi ki, mən nə deyəcəyimi bilmirəm, bunlara özün cavab ver.

Əməliyyat günlərindən fərqli olaraq, bizə olduqca az imkanlar çatırdı, uşaqlar çox şikayətlənirdilər; nə yuyunmağa şampun vardı, nə də paltarlarını yumağa yuyucu tozu. Dedim: “Əşya xidməti rəisi qərargaha o qədər gedib əliboş qayıdıb ki, bir də getsə, onu həbs edəcəklər”. Onlar “Yoxdur” deyəndə daha bizim əlimizdən bir şey gəlmir. Hər kəs gözə ala bilmir ki, işi kadrlar bölməsinə getsin və İrana göndərilsin”.

Uşaqlarla belə danışmağa məcbur idim. Halbuki onlar haqlıydılar.

Suriya ordusu mövqeyi bizdən təhvil alacaqdı, amma bugün-sabah edirdi. Hər həftə elan olunurdu ki, ordu komandirlərindən biri baxış keçirməyə gəlir. O da adamları ilə gəlib bir qədər gəzişir, gedəndən sonra daha xəbər çıxmırdı.

Ordu sözünü tutmadığına görə Süleymanla qərargah komandiri çox mübahisə edir, amma bir-birinin öhdəsindən gəlirdilər. Qərargah komandirinin çox gözəl xasiyəti vardı; axşam onunla dalaşırdın, səhər yadından çıxarırdı. O düşünürdü ki, mübahisələr normaldır, şəxsi zəmində deyil, ümumi işə və şəxsi heyətə görədir.

Nəhayət, bizim briqadamızı bölgədən azad etdilər, amma yenə də mövqeyi Suriya ordusu təhvil almadı, bizim yerimizə Sarəllah birləşməsi göndərildi. Onlar hələ tam yerləşməmiş iki şəhid verdilər. Sarəllah komandiri mövqeyi təhvil aldığına peşman oldu, ancaq geriyə yol yox idi. Süleyman əməliyyat komandirimiz Əli Yavəri onun yanında saxladı ki, həm ruhlandırsın, həm də təhlükəli yerləri göstərsin.

Bundan sonra bizə təcrübə oldu ki, əməliyyat zamanı əşya bolluğu olanda, istədiklərimiz artıqlamasıyla veriləndə bacardığımız qədər alıb əməliyyatdan sonrakı günlərə saxlayaq və mövqeyi möhkəmlətmə zamanında şəxsi heyətə cavab verə bilək.

Bu hadisələrdən sonra Sədaqət briqadanın komandir müavini vəzifəsindən istefa verib məzuniyyətə getdi. O deyirdi: “Mən artıq qocalmışam. Əgər qayıtsam da, vəzifə qəbul etməyəcəm, sadə döyüşçü kimi vuruşacam”.

Süleyman komandir müavini vəzifəsini mənə təklif etdi. Dedim ki, mən indiyə qədər belə bir iş görməmişəm. Dedi: “Mən də bundan öncə heç bir briqadaya komandirlik etməmişdim. Bu da belə! İnşallah, öhdəsindən gələrsən!”





Yüklə 346,24 Kb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   55




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin