İyirmi ikinci fəsil
Əlvida, Əbu Hamid
Həbariyyə kəndinin içində Əbu Hamiddən
ayrıldım. Ayağımın vəziyyətinə görə onunla
gedə bilmədim. Əbu Rüqəyyə yanındaydı, hara
istəyirdisə, aparırdı. Mənə də geri qayıtmağı əmr
etmişdi. Axşama qədər onu tapa bilmədim. Bir
qədər uzanmaq üçün evlərin birinə girdim.
Adyalı başıma çəkib gözlərimi yuman kimi bir
neçə
nəfər
içəri
girdi.
Həzrət
Zeynəb
qərargahının komandiri və başqa bir neçə rəis
idi. İclas keçirmək istəyirdilər. Otaq qaranlıq
olduğuna görə məni görmədilər. Çox sakitcə
165
adyalı toplayıb yandakı otağa keçdim, bir
tərəfdə uzanıb yatmaq istəyəndə Əbu Hamidin
səsini eşitdim:
– O otaq yaxşı deyil, bura işıqlıdır. Gəlin bu
otağa.
Mənim uzandığım otağı göstərirdi. Doğru
deyirdi, içəri bir qədər ay işığı düşürdü.
Hamı bir-bir otağa girdi. Həmin qaranlıq
küncdə adyalı kənara çəkib oturdum. Əbu
Hamid məni görən kimi danlamağa başladı:
“Sən hələ burdasan?! Bu ayağınla?! Nə üçün
qayıtmamısan?”
Ayağımı tərpətməyə məcbur olanda çox
ağrıdırdı. Oturmaq üçün tərpənəndə çalışırdım
ki, Əbu Hamid yaramın ağrıdığını bilməsin.
Dedim: “Hamı bura gəlib. Adam burda rahatdır.
Arxada qalmaq olmur”.
Bir söz demədi. Mən də iclasda iştirak etdim.
Hamı sevinirdi. Çünki yalnız plan üzrə qələbə
çalmamışdıq, planda olmayan Təll-Qərini də
düşməndən almışdıq. Hamımız əmin idik ki,
düşmən təpəni və kəndi geri almaqdan ötrü əks-
hücuma keçəcək. Qərara gəldilər ki, mövqeyi
bərkitmək və düşmənin əks-hücumuna qarşı
vuruşmaq da öz boynumuza olsun, 48 saatdan
166
sonra bölgəni Suriya ordusuna təhvil verərik.
Mən bununla çox da razı deyildim. Təcrübə
göstərmişdi
ki,
Suriya
ordusunun
bəzi
batalyonları iki həftəyə qədər bölgəni təhvil
almağa gəlmirdilər. İstəyirdilər ki, düşmənin
əks-hücumlarını da biz dəf edək. Bu isə
döyüşçülərimizin yorğunluğuna və inciməsinə
səbəb olurdu. Mən düşünürdüm ki, hücumçu
qüvvələrlə mövqeyi bərkidən qüvvələr ayrı
olmalıdır. Yorğun döyüşçülər geriyə istirahətə
getməli,
təzə
nəfəsli
döyüşçülər
onları
əvəzləməlidir. Əl-Nüsrə cəbhəsinin dəfələrlə
belə etdiyini görmüşdük.
Əbu Hamid otaqdan çıxdı. Mən də arxasınca
getdim.
Seyid
Həkimlə
Fədaini
çağırıb
tapşırıqlarını verdi. Təpənin başındakı Seyid
İbrahimlə də ratsiya ilə danışdı. Şəxsi heyətini
münasib
mövqelərə
yerləşdirməyə
getmiş
Süleymanla da bu şəkildə əlaqə saxladı. O,
snayperlərin komandiri idi.
Əbu Hamid hər kəsin vəzifəsini müəyyən
edəndən sonra dedi: “Geri gedək, bir qədər
istirahət edək”.
Həbariyyə kəndindən öncəki kənddə yerləşən
tibb məntəqəsinə getdik. Sübh azanına bir saat
167
qalırdı. O vaxta qədər heç nə yeməmişdik.
Məntəqənin uşaqları bir neçə yumurta sındırıb
qayğanaq bişirdilər. Yeyəndən sonra hərə bir
tərəfdə uzanıb yatdı.
Azan veriləndə oyandım. Məncə, Əbu Hamid
yatmamışdı. Mən oyananda yerində oturub
mobil telefonundan Quran oxuyurdu. Sübh
namazından sonra ürəyi dözmədi, bizi də
yatmağa qoymayıb dedi ki, gedək döyüş yerinə,
əgər hər şey yerində olsa, orada istirahət edərik.
Bir-bir bütün uşaqlara baş çəkib vəziyyətlə
maraqlandı. Hər şey normal idi. Yalnız gecə bir
buldozer minaya düşmüşdü, yol çəkmək üçün
yeni buldozeri gözləyirdilər.
Əbu Hamid ratsiya ilə Seyid İbrahimdən
vəziyyəti
soruşdu.
Seyid
İbrahim
dedi:
“Vəziyyət dördlə beşdir!”
Ratsiya arxasından deyilən bu söz vəziyyətin
normal olduğunu bildirirdi.
Təpənin aşağısında bir quşçuluq fabriki vardı.
Sahibi qapısını qıfıllayıb getmişdi. Uşaqların
bəzisi
binanın
ətrafını
yoxlayırdı.
Biz
yaxınlaşdıqca toyuqların qaqqıltısı çoxalırdı.
Uşaqlar Əbu Hamidi dövrəyə alıb dedilər: “Əgər
bu yazıq toyuqları yeməsək, tələf olacaqlar. İcazə
168
olar, qapını açaq?” Əbu Hamid içəri baxdı.
Çoxlu toyuq-cücə vardı. Dedi: “Gedin, mədəni-
tərbiyəvi işlər üzrə rəisdən soruşun. Əgər mənim
fikrimi
soruşursunuzsa,
məncə,
əl
vura
bilmərik”. Uşaqlar etiraz etdilər ki, belə olmaz.
Əbu
Hamid
dedi:
“Biz
Əfqanıstanın
çöllüklərində olanda günlərlə çörək və su
gəlmirdi. O vəziyyətdə bir dəvə görəndə kəsib
yeyir, sonra pulunu sahibi tərəfindən sədəqə
verirdik. İndi isə problemimiz yoxdur ki,
camaatın malına əl uzadaq. Səhər, günorta və
axşam yeməklərimiz vaxtında çatır, ac qalmırıq.
Əbu Hamid haqlı idi. Hətta bizə artıq xörək də
verirdilər ki, kimsə bir porsiya ilə doymasa,
əlavə edək.
Seyid İbrahim yüznəfərlik şəxsi heyəti ilə
birgə Qərin təpəsinin başında ön xətdə
dayanmışdı. Suriyalı qüvvələr və bir neçə
minaatan da orada idi. Kəşfiyyatçı uşaqlar da
tez-tez təpədən enib-qalxırdılar. Təxminən səhər
saat 10 idi. Təpənin başından ardıcıl partlayış
səsləri gəlirdi. Əbu Hamid ratsiyadan vəziyyəti
soruşdu. Seyid İbrahim dedi: “Minaatanla atəş
açırlar. Atəş hər an güclənir”.
169
Əbu Hamid tez ayağa qalxıb dedi: “Gedək
yuxarı. Gərək uşaqların yanında olaq”.
Hələ təpənin başına yol çəkilməmişdi. Mən,
Əbu Rüqəyyə və başqa bir neçə nəfər Əbu
Hamidlə yola düşdük. Kələ-kötür yolu vardı,
amma uzun deyildi. Bəzi yerlərdə sərtləşən
nisbətən mülayim bir yoxuşdan qalxmalı idik.
Suriyada bahar tez gəlir. Mart ayı olsa da,
sanki Məşhədin apreli idi. Çöllük yamyaşıl
olmuşdu, xırda
sarı gülləri olan kollar
görünürdü. Əbu Hamid bir neçə dəfə kolların
yanında oturdu, güllərinə yaxından tamaşa etdi.
Hərdən
Dostları ilə paylaş: |