Исламда нүмунәÂИ Ãадынлар


Qur’andan faydalanmağın şərti



Yüklə 1,31 Mb.
səhifə14/33
tarix18.06.2018
ölçüsü1,31 Mb.
#54113
1   ...   10   11   12   13   14   15   16   17   ...   33

Qur’andan faydalanmağın şərti


Aydınlaşdırıldı ki, fəzilətlərə çatmaq yolu Qur’an və Əhli-beytdir. Eləcə də, Əhli-beyt Qur’anın təfsirçisidir. Əhli-beyt Qur’anla ən sıx münasibətdə olan pak insanlardır. Pak olmayanlar üçün Qur’ana yol yoxdur. «Vaqiə» surəsində buyurulur: «Ona yalnız pak olanlar toxunar». Qur’an özü Əhli-beytin paklığına şəhadət verir: «Siz ey ev əhli, Allah sizdən çirkinliyi yox etmək sizi tərtəmiz, pak etmək istəyir».1 Əhli-beyt bu paklıq xüsusiyyətlərinə görə Qur’anla birdir. Başqaları da paklıqdan faydalandıqları qədər Qur’andan faydalanarlar. Yə’ni bu Qur’ana çatmağın şərtidir. Daxilən paklanmadan kimsə Qur’ana çata bilməz. Lakin paklığın da mərtəbələri vardır. Onun ə’la mərtəbəsi Əhli-beytdir. Başqa mərtəbələr insanlara aiddir. Əhli-beyt həmin ə’la mərtəbəyə çatdığı üçün Qur’an həqiqətlərinə nail olmuş, Qur’an təfsir etmişlər. Başqaları da Əhli-beyt yolundan paklıqları ilə Qur’ana çatarlar. Ona görə də Qur’anın dərin maarifi və Əhli-beytə çatmağın şərti paklıqdır. İnsan pak qəlb, müvəhhid fitrət, puç düşüncələrdən uzaq zehnlə Qur’an xidmətinə gəlmişdir. Yalnız bu xüsusiyyətlər ödəndikdə Qur’an yol göstərən, hidayət edəndir. Qur’an özünü hamı üçün nur bildirir.2 Yalnız pak və saleh mö’minlər bu nurdan faydalanarlar.3

Lakin bir şəxs öz səhv düşüncələri ilə Qur’ana yaxınlaşıb, öz «toxuduqlarını» Qur’an buyuruğu hesab etsə, yolunu azacaq və başqalarını da azdıracaq. «O kəslər ki, onların dünyadakı zəhməti boşa getmişdir. Halbuki onlar yaxşı gördüklərini zənn edirlər».1

Səhv yolla Qur’andan öz istəklərini almaq istəyənlər zülmət toruna düşəcək, öz yanlış düşüncələrinə əsir olacaqlar. Əgər müxtəlif yönümlü təfsirlərə müraciət etsək, mə’lum olar ki, bu sayaq adamlar heç də az deyil.

Fatimə (ə) Qur’anla birgə


Qur’anla birgə, Qur’ana tay olmaq həzrət Peyğəmbər (s) Əhli-beytinin özünəməxsus məqamıdır və başqaları bu məqama çatmağa qadir deyillər. Bu Əhli-beytin ən böyük fəziləti, kamilliyin quş qona bilməyəcək zirvəsidir. Fatimə (s) həmin pak Əhli-beytdəndir. Fatimə (s) Peyğəmbər yadigarı, əmanətidir. Onu qorumaq gərəkdir. Fatimə (s) vəhy evindəndir və bu evdə onları anlayın. Fatimə (s) Qur’anın əsil üz tutduğu kəsdir. Fatimə kiçik əmanət, Qur’anın bərabəri, tayıdır. Fatimə və Qur’an ayrılmazdır. Fatimə Qur’an təfsirçisi, özü, danışan Qur’an, on bir danışan Qur’an anasıdır. Fatimə ilahi maarifin sahilsiz dəryasıdır.

Fatimə kamillik zirvəsindən doğmuş qürubsuz bir günəşdir. Bu zirvədə quş da ondan irəli keçə bilməz. Fatimə rəhbər və nümunədir. Ondan irəli keçmək fəlakətdir. Elmdə tayı-bərabəri tapılmaz. Budur Fatimənin üstünlüyü, məqamı.


Əhli-beytin rəhbərlik rolu


İnsanların düz yola yönəlməsində, onların kövsərə yetirilməsində Əhli-beytin rolu budur. Vəhy və Peyğəmbərin bütün məqamalrı Əhli-beyt məqamının təsdiqi, insanların bu iki qiymətli yadigardan faydalanması üçündür. Məhz Əhli-beytin rolunun əhəmiyyətinə görə bu elm qapısını bağlamaq üçün onlarla vuruşdular. Baş tutdu! Necə böyük bir zülm oldu. Qur’anı Əhli-beytdən ayırmaq, xalqı hər ikisindən məhrum etmək, insanları bu nicat gəmisindən saxalamağa çalışdılar.

Dünya qadınlarının üstünü


İnsanlar arasında daim başqalarına nümunə olan layiqli kəslər vardır – haqq yolunda mübarizliyi ilə nümunə olmuş çox insanlar mövcuddur. Həyat çətinliklərinin qaranlıq girdabında nəfsinə uymamış pak və iffətli qadınlar az deyil. Onlar cəmiyyət üçün nümunədirlər.

Hidayət və tərbiyə kitabı olan Qur’an insanların doğru yola yönəldilməsində təkcə yolun izahı ilə kifayətlənib, bu yolu keçmiş nümunələr təqdim edir. Eləcə də, küfr və azğınlıq öncülləri tanıtdırılır, onların yolunun xətərləri qeyd edilir. Bu tarixə baxış yox, tarix fəlsəfəsinin bəyanıdır.


Qur’an və layiq qadınlar


Qur’an iman gətirmək üçün münasib şərait olanda baş qatan qadınların, məsələn, Nuh və Lutun (ə) vəhy evində yaşamış, eyni zamanda Allaha küfr etmiş qadınları tanıtdırır. «Allah kafirlərə Nuhun övrəti ilə Lutun övrətini məsəl çəkir».1 Eləcə də Fir’onun arvadı həssas şəraitdə, sarayda zalıma ən yaxın fərd kimi mö’minlik, behişt istəyən bir nümunəvi bir fərd kimi xatırladılır. «Allah iman gətirənlərə Fironun zövcəsini misal çəkir».2

Qur’ani-kərim Musa peyğəmbərin ana və bacısını peyğəmbəri xətərdən qurtarmış iki iffətli qadın kimi yada salır. («Qisəs» surəsi, ayə 23).

Qucağında peyğəmbər böyütmüş Məryəm nümunəvi bir qadın kimi göstərilir. Bu qadın günah təhlükəsində təkcə özünü qorumur, qarşı tərəfi də çəkindirir. Məryəm dedi: «Mən səndən Allaha pənah aparıram. Əgər müttəqisənsə, mənə toxunma». («Məryəm» surəsi, ayə 18). Allah-təala onun paklığına imza qoyur: «Allah həmçinin namusunu möhkəm qoruyub saxlamış İmranın qızı Məryəmi məsəl çəkir».3 O, öz təqvası və əxlaqi ləyaqəti ilə Allahın seçdiyi böyük və nümunəvi bir xanımdır. «Ey Məryəm, öz Rəbbinə itaət et, səcdə qıl rüku edənlərlə birlikdə rüku et».4

Məryəm (s) Allahın seçilmişidir


Təfsirin bu barədə bəyan olmuş əhəmiyyətli nöqtəsi budur ki, Məryəmin dünya qadınlarından üstün olması dedikdə onun bütün qadınlardan fəzilətli olduğu nəzərdə tutulmayıb. Sünni təfsirçilərində bu yanlışlığa çox təsadüf olunur. Həmin mübarək ayədə Məryəmə aid edilən üstünlük iki qisimdir. Bunun biri onun təqvalı, fəzilətli olmasıdır. Burada onun dünya qadınlarından üsütünlüyü nəzərdə tutulmur. Bunun ardınca nisbi üstünlük bildirilir. İkinci üstünlük dünya qadınlarına nisbətdə verilir. Məryəm əri olmadan, mö’cüzəli şəkildə dünyaya övlad gətirmişdir. Bu cəhətdən Məryəm dünya qadınlarından üstündür və hətta Fatimeyi Zəhra da onun kimi deyil. Lakin bu üstünlük fəzilətə aid deyil. Məryəm öz dövrünün qadınlarından fəzilətli ola bilər. Lakin dünya qadınlarının ən pakı, fəzilətlisi, alimi Fatimeyi Zəhradır.


Yüklə 1,31 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin