BİRİNCİ HİSSƏ Elçilik vә nişanlı olmaq
Mən öz sözümə təklif edilən qırx maddənin toxunduğu həmin məsələ və mətləbdən başlayıram. O təkliflərdə birinci “ictimai qanundan” - elçilik və namizədlikdən bəhs edilir. “İctimai qanun” adı altında qeyd olunan elçilik və namizədlik məsələsi müstəqil şəkildə islami qanunlardan hesab edilmir, yəni bu barədə əlimizə İslamdan bizə aşkar şəkildə bir nəss və göstəriş çatmamışdır, həmçinin, ictimai qanunda bildirilənlər, guya, İslamın bütün hökmlərindən istinbat(1) edilərək ələ gətirilənlərə uyğundur və biz bu qanunu müdafiə etməkdə özümüzü mükəlləf bilmir və təklifi irəli sürən şəxsin böyük səhfə yol verməsi və onun bir neçə sadə maddəsini dərk etməkdə aciz olmasına baxmayaraq, onun nəzər və düşüncələrinin cüziyyatına daxil olmuruq. Bununla belə, mən iki mövzuya toxunmaya bilmərəm.
Görәsәn, kişinin qadına elçi getmәsi ona xәyanәtdirmi?
1. Təklifi irəli sürən şəxs deyir: “Qanunu qəbul edən şəxs bu bir neçə (elçilik və namizədliklə əlaqədar) maddəni təklif etdikdə, irticaçı və qeyri-insani olan mətləbi - kişinin əsas,
səh:35
1- [1] . İstinbat –İslamın bir sıra qanunlarının fiqhi mənbələrin (ayə, hədis rəvayət və s.) araşdırılması ilə ələ gətirilməsidir.
qadının isə əlavə (yardımçı) olmasını - də unutmamışdır. O, sadalanan həmin məsələni min otuz dördüncü maddəni - nikah (evlilik) və boşanma məcəlləsinin birinci qanunudur - izləyərək bu şəkildə tənzimləmişdir:
1034-cü maddə - evlənməklə əlaqədar heç bir maneəsi olmayan qadınlara elçi gedilə bilər.
Başa düşüldüyü kimi, yuxarıdakı maddədə heç bir hökm və məcburiyyət qeyd olunmadığı halda, kişi üçün evlilik “qadını almaq” - mənasında nəzərdə tutulmuş və o (kişi), alıcı və müştəri ünvanında göstərilmiş, eyni zamanda, qadın da kişi müqabilində mal və əmtəəyə bənzədilmişdir. Bu cür ifadələr cəmiyyətin ruhiyyə və psixologiyasında həddən artıq xoşagəlməz və narahat vəziyyətlərin yaranmasına səbəbə olur, xüsusən də, kişi-qadın münasibətlərinə təsir edərək kişini ağa və müştəri, qadını isə mal və qul kimi nəzərə çarpdırır. “Bu dəqiq psixoloji müzakirələrin ardınca, məsələni “elçilik” adı altında xatırladan qarşı tərəf (qırx maddədən ibarət təklifi irəli sürən şəxs) məsələnin bir tərəfli və “qadını almaq” mənasında nəzərə çarpmaması üçün elçiliyi kişi və qadın üçün bir vəzifə hesab edir ki, evlilik nə “qadını almaq”, nə də “kişini almaq” mənasına şamil olmasın. Əgər “qadını almaq” mənasında kişinin həmişə qadına elçi getməli olduğunu desək, qadının şəxsiyyət və heysiyyətini alçaltmış və onu əmtəə və mal kimi qələmə vermişik.
Kişiyә ehtiyaclı olmaq qәrizәsi tәlәbatdır, qadına ehtiyaclı olmaq isә naz-qәmzә
Həqiqətdə, ən böyük səhv də elə buradadır. Həmin təklif mehriyyə və nəfəqənin ləğv olunmasına səbəb olmuşdur və biz öz yerində bu məsələ barəsində əsaslı şəkildə söhbət açacağıq.
Qədim zamanlardan etibarən, kişilərin qadınlara elçi getmə və evlənmək təklifi etməsi onların heysiyyət və şərafətinin qorunmasına ən yaxşı göstərici və dəlildir. Təbii cəhətdən kişi aşiq, məhəbbət arzusunda olan və tələb edən, qadın isə məşuq və tələb olunan kimi yaradılmışdır. Qadınla kişi gül və bülbül, şam və pərvanə timsalında xəlq edilmişdir. Kişinin vücudunda ehtiyac
səh:36
və tələb, qadının vücudunda isə naz və qəmzənin yerləşdirilməsi xilqətin şahanə əsərlərindəndir, belə ki, yaradılışda qadının cismani zəifliyi kişinin güc və qüdrətli cismi müqabilində bu vasitə (qadın tərəfindən cəlb olunma) ilə bərpa olunmuşdur.
Kişinin ardınca düşmək qadının heysiyyət və şərafətinin xilafınadır. Kişi üçün hansısa bir qadına elçi gedərək ondan “rədd” cavabı almaq, sonra digər bir qadının qapısına getmək, nəhayət, bir nəfəri öz istəyi ilə zövcəsi olmağa razı salmaq qəbul olunasıdır, amma kişini öz təsir və cazibəsi altına salmaq və onun məşuquna çevrilməyə layiqli olan qadının gündə bir kişini dalınca düşməsi və rədd cavabı eşidərək digərinin sorağında olması bəyənilən və qadına yaraşan bir iş deyil.
Tanınmış Amerika filosofu Vilyam Ceymsin əqidəsinə görə qadınlardakı zərif şəkildə özünü büruzə verən cəkinmə və həya qərizə və instiktlə bağlı deyil, əksinə onların dəyər və qiymət, izzət və ehtiramı kişilərin arxasınca düşmədikdə, özlərini pozğun hala salmadıqda və kişilər üçün əl çatmaz olduqda daha çox nəzərə çarpır. Tarix boyunca qadınlar belə məsələləri öz qızlarına da öyrətmişlər. Həmin mətləb təkcə insan cinsinə məxsus deyil, heyvanlarda da məsələ bu cürdür və erkək heyvanların təbiətində özünü dişi heyvana ehtiyaclı kimi göstərmək xüsusiyyəti vardır. Dişi heyvanlar erkək heyvanın iradə zəifliyindən istifadə edərək ona ən həssas olan qəlbi vasitəsilə təsir edir və şikarını ələ keçirmək və daha çox özünə tabe etmək və ələ almaq üçün çalışır.
Kişi qadının kölәliyi deyil, onun vüsalı intizarındadır
Görəsən, nə üçün ictimai qanun kişini “qadın alıcısı” kimi qələmə verir? Əvvəla, bu məsələ ictimai qanuna aid deyil, yaradılış qanununa əsasəndir. İkincisi, hər hansı bir alıcılıq (alış-veriş), bəyəm, əşyaya malik və sahib olmaq və onun mülkiyyətçiliyi baxımındandırmı? Tələbə və şagird elmin, təlim almaq istəyən müəllimin və istedad sahibi isə sənətkarın xəridarıdır. Belə olduğu təqdirdə, onun adını malikiyyət qoymalı və elm və alim, sənət və sənətkar arasında heysiyyət
səh:37
baxımından fərq yaratmalıyıqmı? Kişi qadının vüsalı intizarındadır, nəinki, onun köləliyi. Şirin sözlü şair Hafiz belə deyir: “Mən təəssüf edirəm ki, ən yaxşı olan kəslərin diqqətini cəlb etmək üçün onlara əta eləmək baxımından heç nəyə sahib deyiləm.” Bu, qadın və onun məqamına xəyanət edilməsidir, yoxsa, yaşayan və canlı (diri) qəlblərdə qadına ən yüksək hörmət və ehtiramın yer tutması və bütün kişilərin qadının gözəlliyi və onun camalı qarşısında zəif və acizliyini bildirərək ona ehtiyaclı olduğunu deməsi və onun (qadını) isə kişiyə ehtiyacsızlığını tanıtmasıdır?
Qadının hünər və istedadı kişini hansı halda və vəziyyətdə olursa olsun, öz tərəfi və səmtinə çəkə bilməsindədir. Amma günümüzdə “qadın hüquqlarını müdafiə” adı ilə onun ən böyük imtiyaz, şərəf və ləyaqətinin necə ləkənərək tapdalandığının şahidiyik. Bizim “qadının qaşını düzəltmək istədikdə, onun gözünü çıxartdılar.” - deyə toxunduğumuz məsələlər bunlar idi.
Elçilik adәt-әnәnlәri qadının heysiyyәt vә...
Elçilik adәt-әnәnlәri qadının heysiyyәt vә ehtiramının qorunması üçün әn zәrif vә aqilanә tәdbirlәrdәndir
Yaradılış və xilqət baxımından kişinin tələb edən, ehtiyac və istək məzhəri (məkanı), qadının isə tələb olunan və istəklərə cavab verən kimi yaradılmasının həm qadının heysiyyət və ehtiramının qorunması və kişinin güclü cismi müqabilində qadının cismi zəifliyinin bərpa edilməsinə ən yaxşı zəmanət, həm də müştərək yaşayışlarında ətalət və müvazinətin saxlanınması üçün ən yaxşı amil olduğunu diqqətinizə çatdırmışdıq. Bu, bir növ, qadınlara verilən təbii imtiyaz və üstünlük, kişilər üçünsə məsuliyyət və vəzifədir.
Bəşərin təyin etdiyi, başqa sözlə, tədbir tökərək işlətdiyi qanunlar qadın üçün nəzərdə tutulan həmin imtiyaz və üstünlüyü, kişi üçünsə vəzifə və məsuliyyəti qorumalıdır.
Kişi və qadının elçilik baxımından bərabər və müsavi olmasına söykənən qanunlar zahirdə kişinin xeyrinə olsa da, əslində onların hər ikisinin zərərinədir və bu yolla aralarındakı ətalət pozulur və qadının ehtiram, heysiyyət və şərafətinə ziddir.
səh:38
Bu cəhətdən “qırx maddədən ibarət” təklifi irəli sürən şəxsin nəzərdə tutduğu maddələr qadının kişilərlə vəzifə və elçilikdə şərik və ortaq müəyyən etdiyindən, heç bir dəyərə malik deyil və bəşər cəmiyyətinin zərərinədir.
"İctimai qanunda qırx maddә"ni tәklif edәn müәllifinin sәhvlәri
Bu fəsillə əlaqədar xatırladılması zəruri olan mətləblərdən ikincisi M.İ.Zəncaninin “Günün qadını” jurnalının 86-cı sayında yazdıqlarıdır:
“1037-ci maddənin olmasına əsasən, hər iki şəxs - qadın və onun nişanlısı səbəbsiz olaraq aralarındakı münasibəti pozsalar, hədiyyə olaraq onlara nişanlı, onun anası və ya üçüncü bir şəxs tərəfindən evlilik üçün verilənlər geri qaytarılmalı və onların özü və əsli olmadıqda, həmin hədiyyələrin pul və qarşılığı ödənməlidir, əgər hədiyyənin tələf olmasında onların təqsirləri olmasa, bu hökmdən istisnadırlar.
Qeyd edilən maddəyə uyğun olaraq namizədlik məsələsi (evliliyə vədə) qanunu irəli sürən şəxsin nəzərində, heç bir qanuni və icra edici əsasa malik olmamış və onun iki tərəf (kişi və qadın) arasında qarşılıqlı vədələşməyə zəmanət baxımından heç bir rola malik olmadığı bildirilmişdir. Eyni zamanda, təklif edən şəxsin düşüncəsində onun yeganə təsiri sadəcə aralarındakı münasibəti (nişanı) səbəbsiz olaraq pozan tərəfin qarşı tərəfdən evlilik səbəbilə hədiyyə olaraq aldıqlarını və ya onun məbləğini geri qaytarmaqla bağlıdır. Buna səbəb nişanlı olan vaxtlarda, adətən, qadına o qədər də hədiyyələrin alınmamasına baxmayaraq, kişinin həddən artıq xərcə düşməsidir. “
Diqqət etdiyiniz kimi, M.İ.Zəncaninin bu qanunda nəzərdə tutduğu maddəyə bizim iradımız namizəd üçün qanuni baxımdan məsuliyyət və icra edilmə cəhətindən heç bir zəmanətin nəzərdə tutulmamasıdır. Təkcə münasibəti pozan şəxsin verdikləri hədiyyələrin qaytarılması və ya onun məbləği, nişan və məsrəf edilən digər xərclərinin qarşı tərəfə ödənilməsi nəzərdə tutulmuşdur.
səh:39
Mən bu maddəyə başqa iradların da tutulduğunu deyirəm. Həmin irad belədir: “M.İ.Zəncani “münasibətləri heç bir səbəb olmadan pozan tərəfin ya aldığı hədiyyələri qaytarmasını, ya da onun pulunu ödəməsini və əgər qaydaya uyğun olaraq hansısa bir tutarlı səbəbdən münasibətləri pozduqda və müqabil tərəf də tələb etdikdə, ən azı, aldıqları hədiyyələri geri verməli olduğunu” - deyir. Amma həqiqət həmin iradlardan heç birinin yerli olmadığıdır. “İctimai qanunun 1036-cı maddəsində belə deyilir:
“Əgər namizədlərdən (nişanlı şəxslərdən) hansısa biri səbəbsiz olaraq münasibətləri pozsa və tərəf müqabili, ya hər iki tərəfin ataları və ya digər şəxslər evliliyin olacağına etimad edərək xərc çəkmiş olsalar, nişanı pozan şəxs digərlərinə dəyən xəsarəti ödəməlidir və nəzərdə tutulan xəsarət taariflərə uyğun olmalıdır.”
Qanunun bu maddəsi M.İ.Zəncaninin “qanun nəzərdən qaçırtmışdır” - deyə düşündüyü məsələni izah edir. Həmin məsələ qanunun bu maddəsində “səbəbsiz olaraq nişanı pozan” qeydi və sözünün işlədilməsidir. Qanunun bu maddəsinə əsasən, nişanı heç bir səbəb olmadan pozan tərəf təkcə qarşı tərəfə vurduğu şəxsi zərəri deyil, valideyn və digərlərinin də çəkdikləri xərci ödəməyə zamindir.
Bu maddədə qanun “evlənəcəklərinə etimad etmək” sözünə söykənir. Əlavə olaraq, səbəbiyyət qanununda zəmanətə səbəb olan amillərdən biri kimi “küsmək” də nəzərdə tutulmuşdur ki, qarşı tərəfin zaminliyinə sübut olaraq üç yüz otuz ikinci maddədən istifadə etmək olar.
Beləliklə, ictimai qanun namizədlik xəsarətləri - təklif sahibinin də dediyi kimi, buna nişanlanma səbəbdir - barədə sükut etməyərək onu iki maddədə yerləşdirmişdir.
İctimai qanunun 1037-ci maddəsi belədir:
“Nişanlılardan hər biri nəzərdə tutulan nişan müqabilində bir-biri və ya valideyinlərinə verdikləri hədiyyələri nişan pozulduğu zaman, tələb edə bilərlər. Əgər verilən hədiyyələrin özü mövcud olmazsa, adətən, onların məbləği ödənməlidir və bu şərt tərəflər hədiyyənin tələf olmasında təqsirli olmadıqları zaman istisnadır.”
səh:40
Bu maddə tərəflərin bir-birinə vedikləri əşyalara aiddir və diqqət edirsinizsə, maddədə “tərəflərdən biri səbəbsiz olaraq nişanı pozsa” - deyə, heç bir qeyd nəzərdə tutulmamışdır. M.İ.Zəncaninin “səbəbsiz olaraq” qeydini vurğulaması yersizdir.
Görəsən, ictimai qanunun iki sadə maddəsinin mənasını anlamaqda aciz olanlar - ömür boyu həmin məsələləri araşdırmaları və uzun illər ərzində ölkənin büdcəsini “mütəxəssis tədqiqatı” adı ilə bu qanunları öyrənmək üçün xərcləmələrinə baxmayaraq - minlərlə məsələ və xırdalıqları nəzərə alan asimani qanunların dəyişdirilməsini və onlardan baş açdıqlarını necə iddia edirlər?! Onu da qeyd edək ki, M.İ.Zəncani “Müqəddəs əhd-peyman, yoxsa, evlilik andı” kitabını yazmazdan beş il əvvəl, yuxarıdakı cümlələri “heç bir səbəb olmadan” kimi oxuyurmuş. O, öz kitabının ön səhifələrində fəryad edərək “dünyada səbəb və nəticəsiz bir iş varmı?” - deyir. Amma son illərdə onun bu cümlələri səhv və yanlış oxuduğu məlum olmuşdur.
Hələlik “Elçilik” fəslində təklif sahibinə tutduğumuz digər iradlardan daşınırıq.
səh:41
səh:42
Dostları ilə paylaş: |