İsmayil əLİyev



Yüklə 1,12 Mb.
səhifə13/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   9   10   11   12   13   14   15   16   ...   110
Dil, mədəniyyət, adət-ənənə, psixoloji uklad baxımından ümumi xüsusiy­yətlərə və ərazi birliyinə malik insanların tarixən formalaşmış sabit birlikləri etnos adlandırıla bilər.

Etnosla bağlı şərhinə ehtiyac duyulan məsələlərdən biri də etnik proses­lərdir.

Cəmiyyət həyatında baş verən etnik proseslər isə iki cür olur:


  1. Etnik birləşmə prosesləri (konsolidasiya, assimilyasiya, inteqrasiya).

  2. Etnik ayrılma prosesləri (bu zaman vahid etnik birlik müxtəlif müstəqil hissələrə bölünür).

XX əsrin 70-ci illərindən başlayaraq dünya miqyasında xalqların öz milli xüsu­siyyətlərini, orijinallığını qoruyub saxlaması uğrunda mübarizə və səyləri ilə müşayət olunan proseslər güclənirdi. Bu proseslərin başvermə səbəblərini siyasi baxımdan izah edən araşdırmaçılar iddia edirlər ki, dünyanın ikiyə bölünmüş siyasi qütblərindən birinin çökməsi milli oyanışın əsas səbəbi olmuşdur. Etnik proseslərin qanunauyğunluqlarını tədqiq edən mütəxəssislərin fikrincə isə, əksi­nə, etnik dirçəliş həm də böyük bir imperiyanın süqutuna, dünya sosializm siste­minin məhvinə gətirib çıxardı. Hər halda, xalqların öz mədəniyyətinin və psixo­loji xüsusiyyətlərinin təkrarolunmazlağını təsdiq etmək, milyonlarla adamın etnik eyniliyini təsbit etmək və ya insanların bu və ya digər etnosun nümayəndəsi olduğunu dərk etməsi uğrunda mübarizə kimi xarakterik proseslər məhz bu dövrdə baş verirdi. Həm də etnik oyanış təkcə postsovet məkanını və keçmiş sosializm cəbhəsi ölkələrini deyil, bütün qitələrdə olan çoxsaylı dövlətləri, müx­təlif tipli və müxtəlif inkişaf səviyyəsinə malik xalqları, ölkələri əhatə edirdi.

Bu dövrdə dünyanın sosial həyatında baş verən digər bir prosesin – qlobal­laş­manın da sürətli inkişafı cəmiyyət həyatında, bir növ, paradoks yaratmış oldu. Bir sıra tədqiqatçılar qloballaş­ma və etnik oyanış proseslərinin eyni zaman kəsiyində baş vermə­sini müasir dövrün etnik paradoksu adlandırırlar. Doğrudan da ilk vaxtlar adama elə gəlirdi ki, qloballaşmanın sürətli inkişafı, bütün dünya ölkələrini əhatə etməsi, maddi və mənəvi mədəniy­yət­lərin unifikasiyası, bir-birinə qovuşması insanların və bütöv xalqların həyatında etnik amillərin əhəmiyyətini azaldacaq­dır.

İndinin özündə də bəzi Qərb sosioloqlarının fikrincə, müasir dövrdə etnos anlayışı əvvəlki mahiyyətini və əhəmiyyətini itirmişdir. Onlar iddia edirlər ki, inkişaf etmiş Qərb cəmiyyəti artıq «postnasionalizm» səviyyəsindədir. «Postnasionalizm»in əsas xüsusiyyəti isə odur ki, fərdlər və insan qrupları hər hansı etnosa mənsub olması ilə deyil, müəyyən ölkənin vətəndaşı olması ilə müəy­yən edilir. Məsələn, «ABŞ vətən­daşı», «İngiltərə vətən­daşı», «İtaliya vətən­daşı» və s. Ancaq bu konsepsiyanın tərəf­dar­ları azdır və bu konsepsiya real həyatda özünü doğrultmur. Məsələn, etnik hey­siy­yətlərinə azacıq toxunulduğu təq­dir­də həmin «ameri­kan vətəndaşları» dönüb, yəhudi, erməni, hindu və b. olur­lar. Dünya miq­ya­sında baş verən hadisələr zamanı yəhudi diasporu ərəbləri; erməni diasporu türkləri, ingilislər çinliləri və ya koreya­lıları dəstəkləmirlər. Buna görə də müasir dövrdə insan cəmiyyətinin inkişaf xüsusiy­yət­ləri və qanuna­uyğunluqlarının təd­qiqi göstərir ki, etnik oyanış bəşəriy­yətin inkişafının əsas cəhət­lərindən biridir və qloballaşma cəmiyyətin inkişafında etnik amillərin rolu­nu məhv edə bilməz.


Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin