İsmayil əLİyev


Etnik müəyyənliliyin formalaşması üçün etnik (milli) özünüdərkin olması zəruridir



Yüklə 1,12 Mb.
səhifə15/110
tarix01.01.2022
ölçüsü1,12 Mb.
#104054
növüDərs
1   ...   11   12   13   14   15   16   17   18   ...   110
Etnik müəyyənliliyin formalaşması üçün etnik (milli) özünüdərkin olması zəruridir. Milli özünüdərk insanın hansı etnik birliyin üzvü olduğunu bilməsi, dərk etməsidir, aid olduğu cəmiyyətdəki sosial münasibətlər sistemində öz yerini düzgün müəyyənləşdirməsi, milli maraqları başa düşməsidir. Yəni milli özünüdərkin kom­po­nentlərindən biri də etnik müəyyənliliyin dərk edilməsidir. Etnik müəyyənlik quruluş etibarı ilə iki tərkib hissədən ibarətdir:

a) koqnitiv müəyyənlik (aid olduğu qrupun etnik əlamətlərini – dilini, adətlərini, dinini, xalq incəsənətini bilib, özünün də həmin qrupa aid oduğunu aydın dərk etmək);

b) affektiv müəyyənlik (etnik qrupa mənsubluq hissi, onun keyfiyyətlərini qiymətləndirmək, onun üzvü olmağa münasibət).

Beləliklə, inkişaf etmiş etnik özünüdərk etnik pedaqoji mədəniyyətin əsasını təşkil edir. «Milli özünüdərk» anlayışı yalnız millətin mənəvi birliyinin əsası kimi deyil, həm də bütövlükdə inkişafın birinci dərəcəli amillərindən biri kimi başa duşulur. Milli özünüdərk sosial təcrübənin, o cümlədən xalqın yaddaşı və milli münasibətlər təcrübəsinin kristallaşmasıdır.

Milli özünüdərkin özəyi, mayasını öz milli mənsubiyyətini dərk etmək təşkil edir. Şəxsiyyət öz milli mənsubiyyətini dərk etmək əsasında milli dəyərlər haqqında milli özünüdərkin digər aspektləri haqda fikirləşməyə başlayır. Milli özünüdərk milli mədəniyyətin inkişafına, hətta oyanışına səbəb olur.

«Etnik özünüdərk» anlayışı, hər şeydən əvvəl, böyüyən nəslin sosiallaşma­sının uyğunlaşma aspektlərini əks etdirir. Bu halda sosiallaşmanın dominant faktoru kimi etnos, o cümlədən, onun dili, mentaliteti, şəxsiyyət və tərbiyənin etnik konsepsiyaları çıxış edir.




Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   110




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin