İtaliya iNCƏSƏNƏTİ İNTİbah döVRÜNDƏ



Yüklə 28,58 Kb.
tarix31.12.2021
ölçüsü28,58 Kb.
#113316
referat 2638


İTALİYA İNCƏSƏNƏTİ İNTİBAH DÖVRÜNDƏ

İntibah və ya Renesans (fr. Renaissance, ital. Rinascimento – "Yenidən doğulma") — Avropa mədəniyyəti tarixində, Orta əsr və Yeni dövr mədəniyyətləri arasındakı bir mərhələ olaraq Qərbi və Mərkəzi Avropanı XIV əsrin əvvəlləri – XVI əsrin sonları çərçivəsində əhatə etmişdiir. İntibah dövrü antik mədəniyyət ənənələrinin yenidən canlandiği və misilsiz bir vüsətlə inkişaf etdiyi tarixi mərhələ idi. İntibah dövrünün incəsənəti proqressiv ideyalarin,insanpərvərliyin yayılmasına xidmət etmişdir. Bu incəsənət hər şeydən əvvəl insan zəkasına böyük inam bəsləməklə, yeni humanist əxlaqı, insanin dünyəvi səadətini hər şeydən yüksək tutmuşdur. Onun diqqət mərkəzində əməlləri ilə cəmiyyəti irəli aparan canlı insan surəti durmuşdur. Renessans dövrü incəsənətində hərtərəfli inkişaf etmiş, həm mənəvi, həm də cismani nöqteyi –nəzərdən ğözəl və qəhrəman insan idealı tərənnüm olunur. İnsanın zəkası və qüvvəsi, onun ğözəlliyi Renessans incəsənətinin əsas məzmununu təşkil edir. İntibah (söz) termini hələ italyan humanistləri (məs. Corcio Vazari) işlətsələr də, özünün indiki müasir mənasında XIX əsr fransız tarixçisi Jül Mişle tərəfindən istifadəyə daxil edilmişdir. Adam Mets qeyd edir ki, Avropa İntibah Dövrü anlayışı ilə birgə Müsəlman İntibah Dövrü anlayışı da istifadə olunmalıdır. Alimin qeydinə görə Müsəlman İntibah Dövrü X-XII əsrləri əhatə edərək Avropa İntibahına zəmin yaratmışdır. İddia edilir ki, İntibah üçün katalizator rolunu Qərbdə çoxdan unudulmuş lakin, Bizansda, İslam dünyasında və bəzi kilsə kitabxanalarında qorunub saxlanan qədim yazılı mənbələrin yenidən "kəşf edilməsi" və yunan, ərəb dillərində olan kitabların latın dilinə tərcüməsi olunmaşıdır. Yunan və ərəb elmi bilikləri yalnız İspaniyadan deyil, həm də birbaşa yunan və ərəb dünyası ilə əlaqələr nəticəsində mənimsənilirdi. Yaxın Şərqdə riyaziyyat elmi sahəsində yüksək inkişafa nail olunmuşdu və bu riyazi biliklər XIII əsrdə Xaç yürüşlərinin iştirakçıları tərəfindən Avropaya gətirildi. Bizans İmperiyasının 1204-cü ildə səlibçilər və 1453-cü ildə Osmanlı dövləti tərəfindən işğalı, burada yerləşən universitetlərin bağlanmasına və yunan alimlərinin İtaliyaya və digər ölkələrə qaçmalarına səbəb oldu. Bu alimlər klassik yunan sivilizasiyasının biliklərini və yazılı mənbələrini də özləri ilə aparırdılar. Bu günədək gəlib çatan klassik yunan ədəbiyyatı və Roma hüququ nümunələri məhz Bizans vasitəsilə mümkün olmuşdur İnntibah dövrünün fərqləndirici xüsusiyyəti mədəniyyətin kübar xarakter alması və insanı ön plana çıxarmasıdır. Antik mədəniyyətə maraq yaranır, sanki onun "yenidən doğulması", "dirçəlişi" baş verir. Elə burdan da "dirçəliş" termini yaranıb. Daha dəqiq, İntibah – yenidən doğulan klassik yunan və Roma dəyərlərinin elmə, incəsənətə, cəmiyyətə, hakim dairələrə və insanların Orta əsrlərdə mənsub olduqları sosial təbəqələrdən qoparaq müstəqil fərdlərə çevrilmələrinə göstərdiyi təsirlə müşayiət olunan bir proses idi. İrəli sürülən versiyalardan birinə görə Florensiyanın və Avropanın digər ölkələrinin əhalinin kəskin şəkildə azalması ilə nəticələnən və "Qara ölüm" adlandırılan dəhşətli taun xəstəliyinə düçar olması XIV əsr İtaliyasında insanların dünyaya baxışlarının dəyişməsinə səbəb oldu. İnsanlar dini dünya görüşünün əksinə olaraq Yerdəki həyata, ruhlar dünyası və ölümdənsonrakı həyatdan daha çox qiymət verməyə başladılar. Eyni zamanda iddia edilir ki, "Qara ölüm" dini mövzudakı sənət əsərlərinin yaradılmasının maliyyələşdirilməsinə də səbəb olub. Lakin bunlar heç də İntibahın nə üçün İtaliyada yarandığını tam mənada izah etmir. "Qara ölüm bürümüşdü. Ola bilsin İntibahın ilk olaraq İtaliyada baş verməsi yuxarıda sadalanan səbəblərin qarşılıqlı təsirinin nəticəsidir". İntibah mədəniyyətinin ilk vətəni İtaliya olmuşdur. Yeni yaranmış hərəkatın inkişafı üçün əlverişli siyasi-iqtisadi şərait Qərbi Avropanın başqa ölkələrinə nisbətən bu ölkədə daha tez əmələ ğəlmişdi. İntibah incəsənətinin ilk inkişaf dövrü Protorenessans Florensiya məktəbinin adı ilə bağlıdır. Protorenessans dövrü sənətkarları orta əsrlər incəsənətinə xas bədii üslub xüsusiyyətlərindən uzaqlaşaraq antik dövrün bədii ənənələrini canlandırmağa meyl ğöstərmişlər Bir çox tarixçilər hesab edirlər ki, İntibah dövrü üçün səciyyəvi olan ideyalar öz başlanğıcını XIII əsrin sonlarında Dante Aligyeri (1265-1321), Françesko Petrarkanın (1304-1374) və Covanni Bokaççonun (1313—1375) yazılarından, Cotto di Bondonenin (1267-1337) rəsmlərindən götürür. Lakin, hələ də İntibahın nə üçün məhz İtaliyada və məhz həmin dövrdə başlaması sualı öz cavabını tapmayıb. Bunu izah etmək üçün müxtəlif versiyalar irəli sürülür. İddia edilir ki, İntibah üçün katalizator rolunu Qərbdə çoxdan unudulmuş lakin, Bizansda, İslam dünyasında və bəzi kilsə kitabxanalarında qorunub saxlanan qədim yazılı mənbələrin yenidən "kəşf edilməsi" və yunan, ərəb dillərində olan kitabların latın dilinə tərcüməsi oynamışdır. Yunan və ərəb elmi bilikləri yalnız İspaniyadan deyil, həm də birbaşa yunan və ərəb dünyası ilə əlaqələr nəticəsində mənimsənilirdi. Yaxın Şərqdə riyaziyyat elmi sahəsində yüksək inkişafa nail olunmuşdu və bu riyazi biliklər XIII əsrdə Xaç yürüşlərinin iştirakçıları tərəfindən Avropaya gətirildi. Bizans İmperiyasının 1204-cü ildə səlibçilər və 1453-cü ildə Osmanlı dövləti tərəfindən işğalı, burada yerləşən universitetlərin bağlanmasına və yunan alimlərinin İtaliyaya və digər ölkələrə qaçmalarına səbəb oldu. Bu alimlər klassik yunan sivilizasiyasının biliklərini və yazılı mənbələrini də özləri ilə aparırdılar. Bu günədək gəlib çatan klassik yunan ədəbiyyatı və Roma hüququ nümunələri məhz Bizans vasitəsilə mümkün olmuşdur. İntibah İtaliyada meydana gəlmişdir. Yeni yaranmış hərəkatın inkişafı üçün əlverişli siyasi-iqtisadi şərait Qərbi Avropanın başqa ölkələrinə nisbətən bu ölkədə daha tez əmələ ğəlmişdi. Beləliklə, Florensiya,Venesiya, Roma, Milan və başqa şəhərlər Renessans mədəniyyətinin ən qaynar mərkəzlərinə çevrilir. Orada hələ XIII-XIV əsrlərdə (Pizano, Cotto (şək.1, 2, 9), Orkanya və s. ailəsinin fəaliyyətində) ilk əlamətləri nəzərə çarpırdı, lakin ancaq XV əsrin XX illərinə İntibah tam bərqərar oldu. XV əsrin axırlarına o özünün ən yüksək çiçəklənmə mərhələsinə çatdı. XVI əsrdə İntibah ideyalarının böhranı yetişir ki, bunun da nəticəsi kimi maryenizm və borokko meydana gəlir. Renessans təxminən üç əsrlik dövrü (XIII əsrın ortalarından XV əsrin ortalarınadək) əhatə edir. İtaliya incəsənətinin müxtəlif əsrlərinin müvafiq rəqəmlərdən düzəldilmiş öz adları var. Məs.: 1200-cü illər — Duçento (italyanca ikiyüz). Beynəlxalq qotika. 1300-cü illər —Treçento (ital. üçyüz). Protorenesans. 1400-cü.— Kvatroçento (ital. Dördyüz). Erkən İntibah, Yüksək İntibah. 1500-cü — Çinkveçenço (ital. Beşyüz). Yüksək İntibahın sonu. Gec (Son) İntibah. Protorenesans ustalarının yaratdıqı münbit şərait zəminində yaranan İtaliya İntibahı öz inkişafı yolunda bir neşə fazadan (Erkən, Yüksək, Son) keçmişdir. İtaliya İntibahını 4 mərhələyə bölürlər: 1) Protorenesans (XIII əsrin 2-ci yarısı – XV əsrin əvvəlləri, Treçento) 2). Erkən İntibah (XV əsr, Kvattroçento) 3). Yüksək İntibah (XVI əsrin ilk 30 ili, Qızıl Dövr) 4). Son və ya Gec İntibah (XVI əsrin 30-90-cı illəri, Çinkveçenço). İntibah incəsənətinin ilk qaranquşları XİV əsrdə İtaliyada meydana gəldilər. Bu dövrün Pyetro Kavallini (1259-1344), Simone Martini (1284—1344) və ən başlıcası Cotto (1267—1337) kimi rəssamları, ənənəvi dini mövzuda əsərlər yaradarkən beynəlxalq qotika ənənəsinə söykənsələr də, həcmi kompozisiyaların qurulması, arxa planda peyzajın istifadə edilməsi kimi yeni bədii üslublardan, priyomlardan istifadə etməyə başladılar ki, bu da görünüşlərin, tabloların daha real, canlı etməyə imkan verdi. Bu cəhət onların yaradıcılığını görünüşdə şərtiliklə bol olan əvvəlki ikonoqrafik ənənələrdən kəskin fərqləndirirdi. Onların yaradıcılığını qeyd etməkçün Protorenessans terminindən istifadə edirlər. İntibah incəsənətinin ilk inkişaf dövrü Protorenessans (Proto – qədim yunanca birinci, renessans – fr. Dirçəlmə) Renesansdan əffəlki və Orta Əsrlər dövründən İntibah dövrünə keçid mərhələsi sayılır. Bu termin ilk dəfə isveçrə alimi Y.Burkhard tərəfindən işlənmişdir. Protorenessans dövrü Florensiya məktəbinin adı ilə bağlıdır. Protorenessans dövrü sənətkarları orta əsrlər incəsənətinə xas bədii üslub xüsusiyyətlərindən uzaqlaşaraq antik dövrün bədii ənənələrini canlandırmağa meyl ğöstərmişlər. Bu cəhətdən intibahın atası – Florensiya məktəbinin ğörkəmli nümayəndəsi boyakar Cotto di Bondonenin yaradıcılığı, sözün əsl mənasında, yeni dövrün ruhunu təmsil edirdi. O, bütün dünya incəsənəti tarixində ən böyük fiqurlardan biridir. Onun ilk dəfə Qərbi Avropa incəsətində dini mövzulu təsvirlərdə şərtilikdən uzaqlaşaraq hadisələri real təsvir etməsi, insan xarakterləri, onların hiss və həyacanları haqqında canlı təsəvvür yaratmaq qabiliyyəti Avropa boyakarlığında köklü bir çevrilişə səbəb olur. Cotto di Bondone və ya sadəcə Cotto təxminən 1267-ci ildə (başqa məlumatlara görə 1276-cı ildə) Florensiya ətrafında Kolle de Vespinyano kəndində kəndli ailəsində anadan olub. Çimabuenin tələbəsi olub. Çimabuenin kiçik çoban Cottonun çöldə qoyun çəkməsini görməsi və onun istedadına heyran olması haqda hekayət artıq ədəbi əfsanəyə çevrilmişdir. 1304-1306-cı illərdə Cotto özünün ən məşhur əsərlərini – Paduya şəhərindəki del Arena kapellasının monumental divar rəsmlərini yaradır. Kapellanın divarlarında üç cərğədə yerləşdirilmiş freskalarda rəssam İsa peyğəmbərin və Müqəddəs Məryəmin həyatından bəhs edən əfsanələrin təsvirlərini verir. Bunlardan "Isanın meyidi üstündə ağlaşma"da iştirakçıların hisslərini, baş vermiş faciəni böyük ustalıqla canlandırması freskanı Cottonun şah əsərlərindən biri edir. Həmin cərğədəki "Iudanın öpüşü "freskası ğərğin və dramatik bir anı:insan xəyanətini əks etdirərək,böyük bəşəri hissiər doğurur və rəmzi məna daşiyir. Cottonun yaradıcılığı İtaliya boyakarlığının sonrakı əsrlərdə inkişafına dərin təsir ğöstərmişdir. Siyena məktəbi çərçivəsin də yaranmış əsərlərdə qotika və Bizans sənətinin təsiri çox ğüclü olmuşdur. Elə buna ğörədir ki, onların boyakarlıq əsərlərində fon əvvəlki kimi saya, çox vaxt qızılı rənğdə, təsvirlər isə dekorativ və kiçildilmiş ölçülərdədir. Siyena məktəbinin ən ğörkəmli nümayəndələri Duçço, Simone Martini və Ambrocco Lorensetti kimi boyakarların yaradicılığı məhz bu keyfiyyətləri ilə fərqlənir. Kvatroçento XV əsr İtaliya incəsənətinin Erkən İntibah dövrünə aid mərhələnin ümumiləşmiş adıdır və İtaliyanı, 1420 – 1500-ci illər çərçivəsində əhatə edir. Kvatroçento mərhələsi dövründə İtaliya Renessans mədəniyyəti, memarlıq, boyakarlıq, heykəltəraşlıq hərtərəfli sürətlə inkişaf etməyə başlayır. Florensiya məktəbi bütün Avropa incəsənətində ən qabaqcıl və böyük mədəniyyət mərkəzinə çevrilir. XV əsrin əvvəllərində Florensiyalı alim və memar Filippo Bruneleski (1377, Florensiya —1446, Florensiya) boyakarlıqda xətti perspektiv qanunlarını qurdu və təsvir etdi. Bu rəssamlara rəsmlərin müstəvi üçölçülü fəza təsvirini almağa imkan verdi. Başqa bir vacib addımin atılması qeyri-dini, sekulyar incəsənətin yaranması oldu. Portret və peyzajlar müstəqil janrlar kimi təsdiq olundu. Hətta dini süjetlər özgə mənada verilirdi — İntibah rəssamları onların personajlarına parlaq fərdi cizgilərə malik və hərəkətlərində insani motivlər olan bir qəhrəman kimi baxmağa başladılar. Heykəltəraşlıq çox geniş yayıldı. Heykəltəraşların yaradıcılığında relyef, büst, heykəl və s. çoxlu formalar inkişaf etdi. Onlar insan bədəninin plastikasının: hisslərin, emosiyaların, bədənin hərəkətinin, çoxplanlı, perspektiv relyeflərdə qəliz səhnələrin təsvirində yeni zirvəyə qalxdılar Florensiya məktəbinin ən böyük nailiyyətlərindən biri də rəssam və heykəltəraşların yaradıcılıqla yanaşı, həndəsə, anatomiya və perspektiv elmlərə həvəs ğöstərib incəsənəti elmi kəşflərlə zənğinləşdirmələridir. İntibah dövrünün ən dahi heykəltəraşlarından biri, individuallaşmış heykəl portretinin əsasını qoymuş Donatelladır (1386 Florensiya — 1466, Florensiya). Florensiya məktəbinin ğörkəmli nümayəndəsi heykəltaraş Donatello yaradıcılığında antik ənənələrdən ustalıqla istifadə edərək heykəltəraşlıq sənətini daha yüksəklərə qaldırmışdır. Onun Qattamelata adlı sərkərdənin atlı heykəli XIII əsrdən etibarən davam edən uzun fasilədən sonra Avropada qoyulmuş ilk atlı heykəl sayılır. Erkən İntibahın ilk nümayəndəsi, Cotto ənənələrini qəbul etmiş, xətti perspektiv prinsiplərindən istifadə edən florensiyalı boyakar Mazaçço sayılır. Mazaçço adlanan Tomazo di Covanni di Simone Kassai (1401–1428), İntibah dövrü dahi İtaliya rəssamlarından biri olub, renessans ənənələrinin əsasıni qoyan, kvatroçento dövrünün boyakarlığının islahatçısı idi. O, 21 dekabr 1401 – ci ildə Valdarno San Covannidə anadan olub. Mazaççonun bioqrafi (katibi), renessans dövrünün rəssamı Corco Vazari (1511–1574) yazırdı ki, Mazaçço ("Yöndəmsiz") ləqəbi ona ətraf həyata diqqətsiz olduğu üçün verilmişdi. Müəllimləri olmasalar da, Brunelleski və Donatello ilə təmasda olması Mazaçço üçün əsl məktəb olub. Avropa incəsənətində ilk çılpaq insan bədəninin realist təsvirini vermiş Mazaçço "Adəm və Həvvanın cənnətdən qovulması", "Verği" və başqa əsərlərində bir sıra mühüm sənətkarliq problemlərini həll etmişdir.Qərbi Avropa rəssamlığında ilk dəfə o, fiqurlarla mənzərə fiqurlarla memarlıq arasında vəhdət yaratmış, onları sərbəst və təbii halında ğöstərmişdir. XV əsrin sonrakı inkişafı Florensiyanın, Umbriyanın, Paduyanın, Venesiyanın (F.Lippi, D.Venetsiano, P. dela Francçesko, A.Pallayolo, A. Mantenya, K.Kriveli, S.Botiçelli və b.). XV əsrdə renessans heykəltəraşlığı (L.Qiberti, Donatello, Y. della Kverça, L. Della Robbia, Verokkio və b. Donatello ilk dəfə memarlıqla əlaqəsi olmayan, müstəqil dayanan dairəvi heykəl, ilk dəfə hissiyatlı görünüşü olan çılpaq bədən yaratdı) və memarlığı (F.Brunelleski, L.B.Alberti və b.) da yaranıb, inkişaf etməyə başladı. Florensiya boyakarlıq məktəbinin ən ğörkəmli nümayəndələrindən Sandro Botiçelli dediyimiz kimi, Lorenso Mediçinin saray rəssamı olmuşdur. Əsl adı Alessandro Mariano di Amedeo Filipepi olsa da Sandro çağrılıb. Florensiyada, dəriçi ailəsində anadan olub. Antonio adlı, amma Botiçelli (çəllək) ləqəbli, qızıl ustası olan böyük qardaşı tərəfindən tərbuyyə alıb. Qardaşının lıqıbi Sandroya da keçib. Fra Filippo Lippinin (1406-ya yax. – 1469) şagirdi olub. Lippi Florensiyadan köçəndən sonra Botiçelli Verokkio emalatxanasına (1467–1468) düzəlir. Onun sənətində dini mövzular, aristokratik meyllər daha üstündür. Saray rəssamı olduğu zaman o, Lorensonun sifarişi ilə bir sıra ğözəl əsərlər, o cümlədən mövzusu italyan poeziyasından ğötürülmüş "Bahar" və "Veneranın doğulması" tablolarını , həmçinin Roma papasının iğamətğahı Vatikanda Sikst kapellasının divar rəsmlərini yaradır. Botiçellinin 1492-1497-ci illər arasında Dantenin "Ilahi komediya"sına çəkdiyi illüstrasiyalar, onlarda cəhənnəmi təsvir edən səhnələr Renessans dövrü kitab illüstrasiyası sənətinin ən ğözəl nümunələrindən sayılır. Paduya məktəbinin nümayəndəsi rəssam Andrea Mantenyanı qeyd etmək lazımdır. Mantenya yaradıcı bir şəxsiyyət kimi bir tərəfdən antik sənətin,diğər tərəfdən isə vaxtilə Paduyada işləyən Cotto, Paolo Uçello və Donatellonun, yəni Florensiya boyakarlıq ənənələrinin təsiri altında formalaşmışdı.Mantenya Renessans dövrünün ən mahır ustalarından idi və bunu "Ölmüş İsa peyğəmbər" adlı tablosu parlaq şəkildə subut edir. Paduya hökmdarı Lodoviko Qonzaqanın sarayının tavanında çəkdiyi freskada balkondan əyilib aşağı baxan personajları və yuxaridakı səmanı elə təsvır edib ki, sanki saray divarları ğöylərə ucaldılmışdır. Renessans dövründə ən uzun inkişaf yolu keçmiş məktəb boyakarlıq məktəbidir. XV əsr Venesiya rəssamlığı üçün Bellini ailəsinin əhəmiyyəti böyük olmuşdur. Yakopo Bellini və onun oğulları Centim və Covanni öz qəhrəmanlarını zənğin və şairanə Venesiya mənzərələrində yerləşdirmiş və beləliklə, Venesiyanın ğündəlik həyat və bayram şənliklərini əsərlərində əbədiləşdirmişlər. Covanni Bellini ğözəl və incə madonna surətləri çəkməkdə böyük şöhrət qazanmışdır. Covanni Bellini Corcone və Tisianin müəllimi olmuşdur. İntibahın ən yüksək çiçəklənmə dövrü XVİ əsrin birinci yarısına təsadüf edib, "Yüksək İntibah" adını almışdir. Leonardo da Vinçi (1452—1519), Rafael Santi (1483—1520), Mikelancelo Buonarotti (1475—1564), Corcone (1476—1510), Titsian (1477—1576), Antonio Korreconun (1489—1534) işləri Avropa incəsənətinin qızıl fondunu təşkil edirlər. Venesiya məktəbinin sonrakı inkişafı Corconenin adı ilə bağlıdır. Onun yaradıcılığı Renessans incəsənətinin son mərhələsinə təsadüf edir. Corconenin əsərləri insanda incə və lirik hisslər oyadır.Bu isə ona ğörədir ki, onun ən məşhur əsərlərində, məsələn, "Yudif", "Üç filosof", "Tufan" və başqalarında insan və mənzərələr bir-birini tamamlayır və ğözəl bir harmoniya yaradır. Corcone yaradıcığının mərkəzində duran insanla təbiətin ahənğdar vəhdəti onun "Yatmış Venera" tablosunda daha dolğun təcəssüm olunmuşdur. Drezden Qalereyasının qiymətli incilərindən sayılan bu əsər dünya incəsənətində çılpaq qadın bədəninin ən ğözəl nümunələrindən biridir. . Lakin yüksək intibahın ən böyük nailiyyətləri daha çox üç dahi sənətkarın – Leonardo da Vinçi, Mikelancelo Buonarotti və Rafael Santinin adı ilə baglıdır. Onlara " divino", yəni ilahi deyirdilər. Avropa İntibah dövrünün ensiklopedik alim, riyaziyyatçı, mühəndis, ixtiraçı, rəssam, heykəltaraş, memar, musiqiçi və yazıçı, İtaliya İntibahının rəmzi sayılan "Universal İnsan" tipinin ən parlaq nümayəndəsi Leonardo di ser Pyero da Vinçi (15 Aprel, 1452 – 2 May, 1519) Vinçi şəhərciyində varlı notarius ailəsində dunyaya göz açmışdır. Müasir mənada onun soyadı yox idi; "da Vinçi" sadəcə "(əslən) Vinçi şəhərciyindən olan" deməkdir. Gənc yaşlarında Florensiyaya gəlib və Verokkyonun şagirdi olub. Hələ gənc yaşlarında o, Sənətdə işləmək usulu və texnikaya yenilik gətirib, novatorluq roluna qədəm qoyur. O Milan hersokunun atası Françesko Sfortsanın böyuk ölçülü atlı heykəli üzərində on ildən artıq işləmişdir. Təssüf ki, 1500 cü ildə fransız əsgərləri sarayı ələ keçirdikləri zamanı heykəlin bürünc tökülməsi üçun gil modeli dağıdılmışdır. Milan dpvründə o həmçinin "Madonna qayalar adasında" tablosunu yaradır. Üçbücaq formasında qurulmuş kompozisiyada qaranlıq fon uzərində içıqlandrılmış fiqurlar olduqca təbbi və canlı göstərilmişdir. Bu və digər boyakarlıq əsərlərində Leonardo yeni bir bədii usul- "Sfumato"nu yaratmışdır ki, burada işıq və kölgənin incə çalarları insan fiqürünü bürüyür onları canlandırır. 1495-97 ci illərdə o Milandakı Santa- Mariya della Qratsiye monastrnın divar rəsmlərini o, cümlədən "Məxfi axşam" freskasını yaratmışdır. Bu dini rəvayətin təsvirində rəssam obrazların hiss və həyəcanlarını böyük ustalıqla vermişdir; uzun masa arxasında oturmuş İsanın ittiham sözləri şagirdlərini təşvişə salmışdır bu sözləri onlar qorxu qəzəb,həyəcan təcüb hissi ilə qarşılayırlar. Əsərin əsas məzmunu xəyanətin ifasıdır. Onun bir çox əsərləri kimi, "Andiari yaxınlıgında döyüş" monumental kompozisiyası hazırlıq rəsmi, karton üzərində kömürlə rəsm şəklində qalır.

1503-cü ildə yaradılmış "Mona Liza" ("Cokonda", ital. La Gioconda, fr. La Joconde, tam adı – Liza Cokondo xanımın portreti), ümumumiyyətlə, dünya incəsənəti tarixində ən yaxşı əsərlərdən biri olaraq Avropa boyakarlıgının ən gözəl, şah əsəri sayılır. Luvr muzeyində saxlanılan bu əsər Florensiyalı ipək taciri Françesko del Cokondonun xanımı Liza Qerardininin portreti sayılır. Cokondanın "ilahi" təbəssümü indiyə kimi tamaşaçıları valeh edir. Qeyd etmək lazımdır ki, bu əsərin qiyməti durmadan artır və bu gün o satılmasa da belə 1 milyard dollara qiymətləndirilməklə dünyanın ən bahalı incəsənət əsəri sayılır.



Mikelancelo Buonaroti 6 mart 1475-ci ildə Kaprezidə, Toskana florensiyalıların ailəsində anadan olub. Onun atası şəhər sşurasının yüksəkrütbəli üzvü olub. Ailəsinin Florensiyaya köçməsindən sonra 1488-də Mikelancelo Qirlandayo qardaşlarının şagirdi olur. Burada o, əsas materiallar və texnikalar ilə tanış olandan sonra, Cotto və Mazaççonun əsərlərinin qələm (karandaş) surətlərini çıxarır. Artıq bu surətlərdə Mikelancelo üçün xarakterik olan formaların heykəltəraş izahını görmək olurdu. Mikelancelonun istedadını görüb Lorentso Mediçi, kardinal R.Riario, Roma Papaları II Yuliy və III Pavel ona himayədarlıq ediblər. Mikelancelo Buonarroti intibah dövrünün bir çox dahiləri kimi, incəsənətin muxtəlif sahələrində – heykəltəraşlıqda, boyakarliqda, rəsm və memarlıqda, həmçinin şeriyyət sənətində geniş fəaliyyət göstərmişdir. Mikelancelo nəinki Renessans incəsənətinə, hətta bütün sonrakı dünya mədəniyyətində də dərin bir iz qoymuşdur. O yalnız 2 şəhərdə – Roma və Florensiyada işləmişdir. Florensiyada o, Yüksək İntibahın ölməz nümunəsini – Davudun heykəlini yaratmışdır (1501—1504). Artıq neçə əsrlərdi ki, bu heykəl insan bədəninin görünüşünün etalonu olsayılır. Bundan əlavə, o Romada "Pyeta" heykəllər kompozisiyasını, Romada "Musa" heykəli, Roma Papasının İqamətgahı Siks Kopellasının tağlarını işləmələri, freskaları, "Adəmin yaradılması" əsəri onun şedevrləridir. Mikelancelo 1564-də Romada vəfat edib, Florensiyada, Santa kroçe kilsəsində dəfn olunub. Ölümündən qabaq özünəməxsus lakonikliklə vəsiyyət yazdırıb: Canımı Allaha, bədənimi torpağa, əmlakımı qohumlarıma tapşırıram".

Bu dövrdə yaratdıgı əsərlərdən "Kentavrların döyüşü" qabqartmasında obrazların qəhrəmanlıq əzmi və dramatik xarakteri gələcək ustanın yaradıcılıq üslubundan xəbər verir. O, Romaya gedir və orada məşhur "Pyeta" heykəllər qrupunu yaradır. 1501-ci ildə Mikelancelo Florensiyaya qayıdır, qəddar Mediçi sülaləsinin sonu və vətəndaşların qabibiyyəti münasibətilə "Davud" heykəlı üzərində işiəyir. Bunlardan "Üsyan etmiş qul", "Canverən qul", "Musa peygəmbər" Mikelancelonun ən gözəl əsərlərindəndir. Sənətkar 1508 – 1512-ci illərdə Romada Vatikanda Sikst kapellasının tavanında özünün ən məhşur boyakarlıq əsərini çəkir. Rəssam dörd il ərzində 600 kv. metrə yaxın sahəni yenidən 18 m hündürlüyündə çox agır şəraitdə – uzanmış vəziyyətdə işləmişdir. Tavanın mərkəzində doqquz düzbucaq lövhə, ətrafınada isə 20 – yə qədər çılpaq gənc fiquru, həmçinin peygəmbərlər və qadın – kahinlər, "sivillalar" yerləşdirilmişdir. Bu freskalarda İsa peygəmbərin dogulmasına qədər bəşər tarixində baş vermiş ən böyük hadisələr təsvir edilmişdir: "İşıgın zülmətdən ayrılması", "Torpagın sudan ayrılması", "Həvvanın yaradılması", "Nuhun qurbanı" və başqalarInda böyük məharətlə 343 insan fiquru çəkilmişdir. Rafael də "ilahi" adını daşıyır. O, cəmi 37 il yaşamış və öz dühası ilə bir ulduztək parlamışdır. Rafael Santi 28 mart 1483-ci ildə Urbinoda, boyakar Covanni Santinin ailəsində anadan olmuşdur. Cavan vaxtından P.Perucinonun emalatxanasına düşmüşdür. Rafael həm dini mövzularda, həm monumental divar rəsmləri sahəsində, həm də portret janrında bir sıra gözəl sənət əsərləri yaratmışdır. Vatikanda papanın yaşadıgı binada böyük divar rəsmləri yaradır.O, bu binaın zallarında ilahiyyata "Disputa" freskası, fəlsəfəyə "Afina məktəbi" freskası, huquqa "Müdriklik, tədbir və quvvət" həsr olunmuş və eləcə də poeziyanı ("Parnas") vəsf edən əsərlər çəkir. Rafael mindən artıq madonna surəti yaratmışdır. "Madonna yaşıllıqlar arasında", "Madonna bagçada", "Madonna quş ilə", "Madonna della sedia" və başqalarında rəssam övladını əzizləyən Məryəmi təsvir edərkən, yuksək insani hissləri, saf ana məhəbbətini tərənnüm etmişdir. Rafaelin ən məşhur əsərlərindən biri Drezden Qalereyasında qorunub saxlanan incilərdən "Sikst madonnası" tablosudur. Bu əsər Rafaelin insan gözəlliyini və ana məhəbbətini ideal bir surətdə əks etdirmək axtarışlarını yekunlaşdırır. Kompozisiyanın mərkəzində buludlar arasıda körpəsini qucagında tutmuş gənc Məryəm, onun ətrafında səcdə edən papa Vİ Sikst və müqəddəs Varvara, aşagıda izə iki mələk təsvir edilmişdir. Məryəm bagrına basdıgı əziz körpəsini sanki insan səadəti naminə qurban verməyə hazırdır. Rafael gözəllik və məhəbbət rəssamı olmuşdur. Onun yaratdıgı obrazların cismani və mənəvi gözəlliyi, bədii təsvir vasitələrinin dilinin sadəliyi və aydınlıgı indiyə kimi pərəstişkarlarını valeh edir. Rafael 1520-ci ildə Romada vəfat edib, Panteonda dəfn olunub. Venesiya məktəbinin dünya şöhrətli nümayəndəsi Tisian Veçellidir. O, təqribən 1488/1490-da Pyevo-di-Kadoredə, Belluno anadan olub. 10 yaşında Venesiyaya gəlib. C.Bellininin (1430, Venesiya – 1516 Venesiya) emalatxanasına qəbul olunub. Sonradan məhşurlaşan C. De Kastelfranko (Corcone) (1476\77, Venesiya – 1510, Venesiya) və L.Lotto (1480, Venesiya-1556, Venesiya) ilə oxuyub. O, eyni məharətlə həm mifoloji, dini və tarixi mövzularda, həm dərin psixoloji portret janrinda, həm də monumental divar boyakarliği sahəsində çalışmışdır. Rəssam öz fərdi üslubunu təxminən 1520-ci illərdə tapır və çox keçmir ki , zəmanəsinin ən böyük kolorit ustası kimi şöhrət tapır. İmperator V Karl onu yanına çağırıb, himayədarlıq edib. Titsian əsrinin ən böyük portret ustalarından olmuş və müasırlərinin ğeniş portret qalereyasını ğələcək nəsillərə yadigar qoymuşdur. Onun bu gün Sankt-Peterburqun Ermitaj muzeyində saxlanılan "Tövbə edən Maqdalina", "Müqəddəs Sebastyan", "Isanın başına tikandan tac qoyulması", " Isanın meyidi üzərində aglaşma" kimi əsərləri Avropa boyakarlıgı tarixinin qızıl səhifələridir. Venesiya boyakarlıgının intibah dövrünün son və parlaq iki rəssamı: Veroneze və Tintoretto təmsil edir. Veroneze öz əsərlərində Venesiya Respublikasını, onun əzəmətini, hərbi qələbələrini tərənnüm edirdi ("Venesiyanın zəfəri" əsərində oldugu kimi). Tintorettonun əsərlərindəki həyəcan, narahatlıq hissi, faciəvi notlar daha çox XVII əsrin üslubu sayılan "barokko" ya yaxınlaşdırdı. Bu cəhət onun "Müqqəddəs Markın möcüzəsi", "Gizli Şam yeməyi", "Müqəddəs Məryəm" və "Misirə qəçış " kimi "kimi əsərlərində daha qabarıqdır. 1495-ci ildə Tintoretto "Gizli Şam yeməyi"ni həyəcanlı səhər işılanması altında bir məxvi toplantı kimi təsvir etmişdi. Son (Gec) İntibah dövrü İtaliyanı 1530-1590-cı illərdə əhatə edir. İntibah incəsənətinin son nümayəndələrindən olan Benvenuto Çellini həm heykəltəraş, həm zərgər, həm də yazıçı olmuşdur. O, ömrünün beş ilini Fransa kralı İ Fransuanın sarayında keçırmiş, kralın sifarişi ilə çoxlu bədii zərgərlik əsərləri, o cümlədən İ Fransuanın məşhur qızıl duzqabısını düzəltmişdir. Onun "Persey " adlı əsəri böyük şöhrət qazanmışdır. O öz tərcümeyi-halını gözəl məcara romanı şəklində yazmış və bu əsərdə İtaliyaliyada yüksək intibah dövrünün həyatı parlaq şəkildə canlandırılmışdır. Bu zamanın incəsənəti o qədəer müxtəlifdir ki, onları şərti bir araya gətirmək olur Britaniya ensiklopediyası yazır ki, "İntibah, bir bütöv tarixi dövr kimi 1527-ci ildə Romanın süqutundan sonra bitdi". Cənubi İtaliyada insan bədəninin tərənnümü və antik idealların dirçəlməsi kimi renessans ideologiyasının əsas məqamları da daxil olmaqla, hər bir azad fikirə qorxu ilə baxan Kontrreformasiya dirçəldi. Dünya görünüşündəki bu ziddiytlər və krizisin ümumiyyələ hiss olunması Florensiyada manyerizmə — qırıq xətlərin və qondarma rənglərin "əsəbi" incəsənətinə gətirib çıxartdı. Parmaya, manyerizm ancaq Korreconun vəfatından sonra gəldi. Venetsiya incəsənət ənənələrinin də özünəməxsus məntiqi var idi; 1570-ci illərə qədər orada, Florensiya və Roma incəsənətindəki böhran hadisələrinə aidiyyəti olmayan Titsian və Palladio işləyirdi. Hətta Rafaelin son iılərində yeni bədii xətt – maryenizm hiss olunur. Maryenizmin ilk ustaları Paramicano, Pontormo, Bronzino – Florensiyada hersoq Mediçinin evinin sarayında yaşayıb yaradırdılar. Sonralar maryenizm bütün İtaliyaya yayıldı. İncəsənətdə maryenizmin etalonu Parmicaninonun "Uzun boyunlu Madonna" (1535) əsəridir. XVİ əsrin ortalarından başlayaraq İtaliyada intibah mədəniyyəti tədricən süquta ugrayır. Lakin onun təsiri Avropanın başqa ölkələrinə keçir və hər bir ölkənin ictimai- siyasi şəraitinə uygun yollarla inkişaf edir. 1590-cı illərdə maryenizmi barokko incəsənəti əvəz etdi.
Yüklə 28,58 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin