Azərbaycan Respublikası Təhsil Nazirliyi Sumqayıt Dövlət Universiteti
Fakültə : Riyaziyyat İxtisas : Riyaziyyat və informatika müəllimliyi Fənn : Azərbaycan tarixi Kafedra: Azərbayacn və şərqi avropa xalqarı Müəllim: ass.S.Kərimova , prof.Ş.Səlimov Tələbə : Qarayev Yunis Qrup : 427 Kurs : 3
5.Azərbaycan SSR-də milli-azadlıq hərəkatı və Dövlət müstəqilliyinin bərpası
1.Albaniyanın təsərrüfat həyatı
Qafqaz Albaniyası Azərbaycanın şimal hissəsində tarix elminə məlum olan ilk dövlətdir.
Albaniyanın əsas əhalisi olan albanların adı ilk dəfə Qavqamel döyüşü ilə əlaqədar çəkilmişdir. E.ə. 331-ci ildə Qavqamel döyüşündə alban döyüşçüləri İran şahı III Daranın ordusuna köməyə gələrək İsgəndərə qarşı vuruşmuşlar.Bu onu göstərir ki, artıq Əhəmənilər dövründə albanlar vahid tayfa şəklində birləşmişdilər. E.ə. 330-cu ildə Əhəmənilər imperiyası dağılmış, Əhəmənilərə vaxt-vaxt xərac ödəyən albanlar isə tam müstəqilliyə nail olmuş və öz dövlətini yaratmışlar.
Albaniya dövləti e.ə. IV əsrin axırı - III əsrin əvvəllərində Araz çayından şimaldakı ərazilərdə meydana gəlmişdir. Yunan coğrafiyaçısı Strabonun verdiyi məlumata görə Albaniya şimalda Sarmatiya (indiki Dağıstan), qərbdə İberiya (indiki Gürcüstanın şərqi), cənubda Azərbayqan (Atropatena) və cənubi-qərbdə Ermənistan ilə həmsərhəd olmuşdur. Albaniyanın paytaxtı yarandığı vaxtdan 551-ci ilə qədər Qəbələ, 551-ci ildən 705-ci ilə, yəni süqutunadək Bərdə şəhəri olmuşdur.
Albaniya əhalisinin məşğuliyyəti əkinçilik, bağçılıq, üzümçülük, maldarlıq və sənətkarlıq idi. Yunan – Roma mənbələrində əkin sahələrinin Albaniyada da Misir və Babildə olduğu kimi kanallar vasitəsilə suvarıldığı qeyd edilir. Əkinçilikdə mükəmməl alətlərdən istifadə olunurdu. Müxtəlif meyvələr becərilir, üzümdən şərab hazırlanırdı. Qaramal, davar, at, dəvə bəslənilirdi. Yunanlı Elian Albaniyada balıqçılıq haqqında maraqlı məlumat verir. O göstərir ki, bu balıqların piyindən sürtkü yağı və içalatını bişirib yapışqan hazırlayırlar.Metaldan müxtəlif silah və əmək alətləri hazırlanmış, dulusçuluq daha çox inkişaf etmişdir. Gildən kərpic, kirəmit, müxtəlif qablar, insan və heyvan fiqurları hazırlanır və dulus kürələrində bişirilirdi. Mingəçevirdə arxeoloji qazıntılar zamanı antiq dövrə aid çoxlu dulus kürələri aşkar edilmişdi. Saxsı qabların üzəri quş, heyvan, insan, bitki rəsmləri və həndəsi fiqurlarla bəzədilirdi. Toxuculuq, daxili və xarici ticarət inişaf etmişdir. Eramızın ilk əsrlərində Albaniyada şüşə qablar hazırlanmışdır. Albaniyada möhürlərdən geniş istifadə olunurdu. Əksəriyyəti üzük formasında hazırlanan möhürlərlə sənədləri təsdiqləyir, məhsul yığılmış qabları və anbarların qapılarını möhürləyirdilər.
Albaniya ərazisindən mühüm ticarət yolları keçirdi. Bu yollardan biri Xəzər dənizi sahili ilə cənubdan şimala, digəri isə Kür çayı boyu Qara dənizə çıxırdı ki, bu yolla əsasən Hindistan və Çin malları daşınırdı.
Arxeoloji qazıntılar zamanı tapılmış sikkələr göstərir ki, ticarətdə puldan geniş istifadə edilmişdi. Albaniyada işlədilən ən qədim pul Makedoniyalı İsgəndərin adına kəsilmiş gümüş pullardır. Kənardan gətirilmiş pullar tələbatı ödəmirdi və e.ə. III əsrdən başlayaraq Albaniyada İsgəndərin pullarına oxşar pullar kəsilmişdi. Şamaxıda, Qəbələdə, Nüydidə (Ağsu) tapılmış pul dəfnələri bunu təsdiq edir. Albaniyanın bazarlarında Makedoniyalı İsgəndərin, Selevki, Parfiya, Roma, Yunan-Baktriya pullarından da istifadə edilmişdi.
Hələ e.ə. I minilliyin ortalarında Albaniya ərazilərində sənətkarlıq və ticarətin inkişafı ilə şəhərlərin meydana gəlməsi üçün şərait yarandı.Albaniya dövləti yarandıqdan sonra bu proses daha da sürətləndi. Şəhərlər ayrı-ayrı hökmdarlar tərəfindən adətən mühüm ticarət yollarının qovşağında, dini mərkəzlərin (məbədlərin) ətrafında salınırdı. Xüsusən ticarət yolları üzərində çoxlu şəhərlər meydana gəlmişdi. Strabon Uti vilayətində olan Ayniana və Anarika şəhərlərinin adını çəkir. II əsrdə yaşamış Klavdi Ptolemey Albaniyada 29 şəhər və yaşayış məntəqəsinin, o cümlədən Qəbələ və Şamaxının adını çəkmişdir.
E.ə. IV əsrdən başlayaraq Albaniyada ictimai bərabərsizlik daha da dərinləşdi. Əvvəllər hər bir tayfanın öz başçısı var idi. Dövlət yarandıqdan sonra isə hər tayfa öz tayfa başçısı olmaqla, vahid hökmdara tabe oldular. Albaniyada padşahdan sonra ən hörmətli adam Ay məbədinin kahini idi. Sosial bərabərsizliyin nəticəsi kimi Albaniyada əhali dörd təbəqəyə bölünürdü: 1) padşah, ordu başçısı; 2) din xadimləri (kahinlər); 3) hərbiçilər və əkinçilər; 4) təsərrüfatda işləyən adamlar.
Albaniya quldar dövləti idi, lakin qul əməyindən klassik quldar dövlətlərdə olduğu kimi (Qədim Misir, Hindistan, Yunanıstan, Roma) geniş istifadə olunmurdu – Albaniyada quldarlıq patriarxal xarakter daşıyırdı. Qul əməyindən yalnız varlı təbəqələrin ev təsərrüfatında, məhdud şəkildə kənd təsərrüfatı və sənətkarlğın bəzi sahələrində istifadə olunurdu. Maddi və mənəvi nemətlərin əsas yaradıcıları azad adamlar idilər.
Alban ordusu da azad adamlarlardan təşkil olunurdu. Albanlar müharibə zamanı nizə, ox və sairə ilə silahlanır, əyinlərinə zirehli paltar geyir, başlarına dəbilqə qoyurdular.