İxtisas: İSM
Kurs: I
Fənn: Ana dili
Mövzu 5: Omonim sözlər
Ədəbiyyat
1. A.Qurbanov.Müasir Azərbaycan ədəbi dili.B.2003
2. Müasir Azərbaycan dili 1.hissə B.2007
3. N.Abdulzadə.Azərbaycan dili (milli kurrikulum)
4. H.Həsənov.Müasir Azərbaycan dilinin leksikası B.1988
5. S.Cəfərov.Müasir Azərbaycan dili B.1982
6.B. Xəlilov. Müasir Azərbaycan dilinin leksikologiyası.B, 2008.
Müəllim: Şəhla Fətəliyeva FeehlaHYPERLINK "mailto:Feehla@gmail.com"@gmail.com
Plan:
Omonim sözlər haqqında məlumat
Omonimlərlə çoxmənalı sözlərin fərqi
Omonimlərin əmələ gəlmə yolları
Omonomik hadisələr
1. Müasir Azərbaycan dilinin lüğət tərkibindəki sözlər məna ifadə etməsinə görə üç qrupa bölünür. Omonim sözlər, sinonim sözlər, antonim sözlər. Omonimlər bir-birilə əlaqəsi olmayan və məna əlaqəsini çoxdan itirmiş məfhumları ifadə edən, eyni səs tərkibinə malik sözlərə deyilir. Deməli, eyni səslənməyə malik olan, müxtəlif mənalı sözlərə omonim deyilir. Omonim yunan mənşəli söz olub, homos-oxşar, onoma-ad deməkdir.
Omonim olan sözlər iki və daha çox, bəzən məntiqcə müxtəlif məfhumları ifadə edir. Məs: yaz, gül, at, gəlin (isim-fel), göy, düz(isim-sifət). Sözün omonim mənaları həm eyni nitq hissələrinə, həm də müxtəlif nitq hissələrinə aid ola bilər. Omonimlər müxtəlif mənaları ifadə edir.
Omonimlər eyni səs quruluşuna malik olması və ifadəsi ilə çoxmənalı sözlərə oxşayır. Lakin omonimlərlə çoxmənalı sözləri aşağıdakı əlamətlərə görə bir-birindən fərqləndirmək olar:
1.Omonimləri çoxmənalı sözlərdən fərqləndirmək üçün sözlərin məna əlaqələri nəzərə alınır. Eyni səs kompleksinə malik sözlərin ifadə etdiyi mənalar arasında müəyyən əlaqə olduqda həmin söz çoxmənalı, məna əlaqəsi itdikdə isə omonim hesab olunur.
2. Omonimləri çoxmənalı sözlərdən fərqləndirmək üçün söz yaradıcılığında iştirakına fikir vermək lazımdır. Omonim sözlər başqa sözlərin yaranmasında baza rolunu oynayır. Çoxmənalı sözlər isə başqa sözlərin yaranmasında baza rolunu oynamır.
3.Omonim sözlərin sinonimlərini seçib qruplaşdırmaq lazımdır. Bu zaman qruplaşan sözlər başqa-başqa mənaları ifadə edirsə, omonim olur. Bi xüsusiyyət çoxmənalı sözlərdə yoxdur. Məs: yel omonim sözünün sinonimlərindən biri kükək, obiri isə xəstəlikdir. Külək və xəstəlik sözləri başqa-başqa mənalar ifadə edir.
4.Omonimləri fərqləndirmək üçün onların antonimlərini də seçmək lazım gəlir. Çoxmənalı sözlərdən fərqli olaraq omonimlik təşkil edən sözlərə antonim söz seçmək olar. Məs: sağ omonim sözünün antonimlərindən biri sol, digəri isə ölüdür. Bu sözlər arasında heç bir əlaqə yoxdur.
5.Omonimlərin ifadə etdikləri məfhumlar bir-birindən çox fərqli olur. Biz omonim sözünün ifadə etdiyi şəxs anlayışı və alər adı bir-birindən fərqlidir.
6.Omonimlik müstəqil mənadır, çoxmənalılıq isə bir sözün məna variantıdır.
Omonimlərin əmələ gəlmə prosesi dilimizdə yeni bir hadisə deyildir. Dilimizdə omonimləşmə hesabına lüğət tərkibinin zənginləşməsi prosesi onun qədim dövrlərindən mövcud olmuşdur. Bu hadisə nitq hissələri içərisində isim və fellərdə özünü daha çox göstərir.
Dildə gedən proseslər leksik omonimlərin yaranması üçün əsas olmuşdur. Leksik omonimlər həm eyni, həm də müxtəlif nitq hissələrinə aid olan leksik vahidlərdə özünü göstərir. Məsələn, ac (sifət), ac (fel): düz (isim, sifət, fel) vəs.
Müasir Azərbaycan dilində omonimlərin əmələgəlmə yolları aşağıdakılardır:
1.Dilin daxili imkanları hesabına əmələ gələn omonimlər
2.Başqa dillərdən alınma sözlər hesabına yaranan omonimlər.
1) Çoxmənalı sözlərdə mənalardan biri inkişaf edərək, müstəqil məfhum ifadə etməyə başlayan yeni sözə çevrilməsi ilə: Məsələn, ay (30 gün), ay (peyk),- bel (orqanizma, əşya)- yel (külək, xəstəlik)-kök (tərəvəz, rişə, gümrah).
2) Düzəltmə sözün müxtəlif məfhum ifadə edən sözlər kimi omonimləşməsi: Dolu- sifət - isim, aynalı – sifət (aynasi olan)- aynalı-isim(tüfəngin bir növü).
3)Müxtəlif nitq hissələrinə mənsub köklərə onlara məxsus şəkilçilərin artıtılması yolu ilə. Məs: ağla(maq) felinə qeyri-qəti gələcək zaman şəkilçisi –r artırıldıqda ağlar(gözü yaşlı) sifət, ağ sifətinə lar cəm şəkilçisi artırıldıqda ağlar(əksinqilabçılar) isim .
4.Müxtəlif mənşəli sözlərdə səs tərkibinin eyniləşməsi yolu ilə: Qabaq(ön tərəf), qabaq-isim (tərəvəz), ləpə - dalğa, çərəz (isim), ağı – zəhər, bayatı.
5) Kökdə olan səslərdən birinin düşməsi, yaxud köklərdən birinə səsin artırılması yolu ilə: Məsələn, alaq sözündəki -q-səsinin düşməsi nəticəsində taxılın arasında bitən qanqal mənasını verən söz dilimizdə rəngin çalarlığını bildirən ala sözü ilə omonimləşir.
Balaq- şalvarın ayağı, ətək
Balaq- camışın balası
Bala sözünə -q- səsini artırmaqla düzəlib.
5) Hər hansı bir kökdə bu və ya digər səsin dəyişməsi ilə: Məs, qurt- həşarat, qurd- canavar.
Xarici omonimlər öz mənşəyinə görə 3 qismə ayrılırlar: 1) Ərəb dilindən gələnlər 2) Fars dilindən gələnlər 3) Rus dilindən gələnlər.
Ərəb dilindən gələn sözlərin Azərbaycan dili sözləri ilə qarşılaşdırılması vasitəsilə düzələn omonimlər: ağıl(azəb mal-qara saxlanan yer)-ərəbcə düşünmə, anlama; aşıq(topuq sümüyü)-aşıq(sazla oxuyubşeir söyləyən);
Fars dilindən gələn sözlər vasitəsilə düzələnlər: Bazar-həftənin istirahət günü (fars)-bazar(alver olunau yer); dad (farsca- fəryad), azərbaycanca ( hiss olunma əlaməti).
Rus dili vasitəsilə düzələnlər:
Bal – azərbaycanca şirin maddə, rusca şənlik.
Tir – azərbaycanca kəsilmiş ağac, rusca nişangah yeri.
Dostları ilə paylaş: |