İxtisas: İsm kurs: I fənn: Ana dili Mövzu 1: Leksikologiyanın predmeti və növləri


Çoxmənalılıq məfhumu altında sözün mürəkkəb semantik sistemə, onun əsas məna ilə yanaşı, bir neçə ikinci dərəcəli mənalara da malik olması nəzərdə tutulur



Yüklə 366 Kb.
səhifə10/35
tarix01.01.2022
ölçüsü366 Kb.
#105026
1   ...   6   7   8   9   10   11   12   13   ...   35

Çoxmənalılıq məfhumu altında sözün mürəkkəb semantik sistemə, onun əsas məna ilə yanaşı, bir neçə ikinci dərəcəli mənalara da malik olması nəzərdə tutulur.

Məlumdur ki, sözün məcazi mənası onun ilkin mənası yəni kominativ mənası əsasında yaranır. Və beləliklə dildə başqa mənaların özəyi kimi çıxış edir.


Azərbaycan dilində sözlərin əksəriyyəti çoxmənalıdır.

Çoxmənalı sözlər vasitəsilə müxtəlif fikirlərin ifadəsi asanlaşır.

Dildə çoxmənalılığın rolu olduqca böyükdür. Belə ki, sözün semantikası geniş­lən­dik­cə onun ifadəlilik imkanları da, qrammatik əlamətləri də artır və bunun nəticəsində baş­qa sözlərlə əlaqəsi də genişlənir. Sözdə çoxmənalılığın genişliyi onun leksik- se­man­­tik əlaqələrinin genişliyinə dəlalət edir. Sözün həqiqi və məcazi mənaları ara­sın­da uzaq və yaxın əlaqələrin olması zəruridir. Həmin əlaqələrin varlığı məcazların əmə­lə gəlməsinə imkan yaradır. Yalnız iki mənanın (həqiqi və köçürmə) mövcudluğu əsa­sın­da məcaz əmələ gəlir.

Sözün ilkin, həqiqi mənası mətnsiz aydındırsa onun əsil təbiəti, çoxmənalılığı, məca­zi mənası cümlə vasitasilə, mətn çərçivəsində özünü büruzə verir.

Sözün müxtəlif xarekterli məcazi mənaları ola bilər. Bunlardan bir qismi ümum­iş­lək olduğu halda, müəyyən bir qismi də situativ, fərdi mahiyyətə malikdir. Dilimizdə sabitləşmiş, hamı tərəfindən qəbul edilmiş və geniş şəkildə yayılmış məcazi məna sözün ümumişlək məcazi mənasıdır. Məcazi məna müəyyən konkret şəraitə uyğun yaranmışsa, ona situativ məcazi məna deyilir. Həmin məcazi məna sözün semantik quruluşuna daxil olmur və yalnız müəyyən şəxs tərəfindən bu və ya digər şəraitə uy­ğun işlənir. Situativ məcazi məna əsasən bədii üslubda işlənir.(Ordu üç qola ayrılmışdı. Ağacın qolu sınmışdı.)

Müasir filologiyada məcazın aşağıdakı növləri işlədilir: Metofora, metonomiya, epi­tet, alleqoriya, sinekdoxa, müqayisə, kinayə, təşbih, mübaliğə və s.




Yüklə 366 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin