İxtisas: Kitabxana və informasiya Kurs: I (əyani) İl, semestr: 2020-ci IL, II sem. Fənn: Azərbaycan ədəbiyyatı tarixi


Əsərin əsas surətlərindən biri Leylidir



Yüklə 0,66 Mb.
səhifə11/53
tarix10.01.2022
ölçüsü0,66 Mb.
#106830
1   ...   7   8   9   10   11   12   13   14   ...   53
Əsərin əsas surətlərindən biri Leylidir.Məcnun kimi sevən, yanan, duyan Leyli də Məcnun kimi bədbəxtdir.Leylinin faciəsi də köhnəliyin öz yerini yeniliyə verməməsi üzündən yaranır. Orta əsr feudal mühitində Leylinin faciəsi təbii idi. Zaman onun sərbəstliyini qəbul etmir, ona əşya kimi baxır. Lakin Leyli İbn Salama ərə getməməklə öz eşqinə sədaqətini təsdiq etmiş olur. İbn Səlam isə zamanın adamıdır. O, Leyliyə bir əşya kimi baxır. O, məhəbbəti pulla almaq istəyir. Lakin başa düşmür ki, məhəbbəti pulla almaq olmaz.

Salam Bağdadi və Zeyd surətləri bir növ kamala catmamış Məcnunlardır. Onlar məcnunluğa doöru yolda yorulub qalanlardır. Bu aşiqlərin varlığı göstərir ki, Məcnun təsadüf nəticəsində meydana çıxmamışdır. Məcnunun atası ilə Leylinin atası da eyni xarakterli adamlar deyil. Lakin hər ikisi köhnə dünyanın adamlarıdır.

Nizami faciənin xoşbəxt sonluqla bitməsinin qeyri-mümkünlüyünü inandırıcı göstərmək üçün iki epizodu diqqətlə işləmişdir. Bunlardan biri Nofəllə bağlı səhnələrdir. Ərəb rəvayətlərində Nofəl tarixi şəxsiyyət kimi dövlət məmurudursa, Nizami onu məğlub edilməz bir sərkərdəyə çevirmişdir. Nofəl gücün rəmzidir. O, qalib gəlir. Lakin bu qalib sərkərdə elə bir qüvvə ilə qarşı-qarşıya gəlir ki, geri çəkilməli, üzr istəməli olur. Məcnunu xoşbəxtliyi Nofəlin gücündən, qılıncından asılı deyil. Nofəl öz dövrünün qanunları çərcivəsində qəhrəmandır, Məcnunun faciəsi önündə o gücsüzdür.
YEDDİ GÖZƏL” POEMASI

Bu poema (1197) zəngin yaradıçılıq təcrübəsi qazanan, müdrikləşən Nizami yaradıcılığının qanuni nəticəsidir. Poemanın qəhrəmanı V əsrdə hökmdarlıq etmiş Sasani şajhı Bəhram Gurdur. Aydındır ki, Nizami öz sələfi Firdovsi kimi tarixi obraz yaratmaq istəmirdi. Şairin məqsədi bədii sözün gücü ilə öz dövrünün hökmdarları vasitəsilə ictimai siyasi hadisələrə, insan talelərinə təsir göstərmək, onları pis əməllərdən çəkindirmək idi. Bu təsir vasitələrindən biri də keçmiş şahların ədalətini təsvir etməklə çağdaş hökmdarları onların idarəetmə üsulundan istifadə etməyə çağırmaq idi. Bu məqsədlə Nizami “Yeddi gözəl” poemasında Bəhram Gurun ədalətini təsvir etməzdən əvvəl onun atası Yəzdigirdin zülmkarlığını təsvir edərək onu kəskin şəkildə pisləyir.

Poemanın süjeti iki yerə bölünür: birincidə Bəhram Gurun həyat və fəaliyyəti; ikincidə isə onun yeddi sarayda yeddi ölkədən gətirilmiş şahzadə qızların nağıllarına qulaq asması verilir. Əsərin birinci hissəsində əsassən “ədalətli hökmdar” problemi qoyulursa, ikicidə “Sirlər xəzinəsində olduğu kimi, müxtəlif cəlbedici süjetlərin köməyilə ayrı-ayrı istimai problemlərə dədii-fəlsəfi münasibət bildirilir.

Bu poemada da Nizaminin türklərə böyük məhəbbəti və rəğbəti əks olunmuşdur. Bunu, xüsusən şahın öz kənizi Fitnə ilə çacərasında görmək mümkündür. Bu türk qızı Fitnənin etnik mənşəyini şair dəfələrlə qeyd edərək, onun ağlı, hazırcavablığı, bir şəxsiyyət kimi sərbəstliyi, cəsurluğu haqqında danışır. Fitnə Sasani hökmdarına dərs verir, onun bir insan kimi kamilləşməsinə təsir göstərir. Nizami “Yeddi gözəl” poemasında bədi təzad yaradaraq yeddi şahzadə qızın şirin nağılları ilə yeddi dustağın sərt həyat həqiqətini ifadə edən hekayətini arşılaşdırır. Bunula dahi şair günlərini kef məclislərində kecirməklə rəiyyətin dərdlərindən xəbərsiz olan hökmdarları, şahları tənqid edir.


“İSGƏNDƏRNAMƏ” POEMASI

Nizami “İsgəndərnamə” poemasını 1203-cü ildə başa çatdırmışdır. Belə məlum olur ki, Nizami ilk öncə əsəri üç hissədə yazmaq istəmişdir. Birinci hissəni İsgəndərin hökmdarlığına və sərkərdəliyinə ithaf etmişdir. Müstəqil hissələr kimi nəzərdə tutulmuş alimlik və peyğəmbərlik isə sonradan əsərə birləşdirilmişdir. Poemanın “İqbalnamə” (tale kitabı), eləcə də bəzən “Xirədnamə”(ağıl kitabı) adlandırılması da bunların ayrı-ayrı əsərlər kimi nəzərdə tutulduğunu göstərir.

“İsgəndərnamə” poeması Nizami yaradıcılığının əzəmətli bir yekunudur. Bizə çatan “İsgəndərnamə” iki kitabdan ibarətdir. Birinci hissə “Şərəfnamə”, ikinci hissə “İqbalnamə” adlanır.

“Şərəfnamə” əsərin ən böyük hissəsidir. Burada İsgəndərin doğulması, məktəbə getməsi və ilk hərbi səfərləri, müharibələri əks etdirilir. Əsər bir sıra yenilikləri ilə diqqəti çəkir. Məsələn, Nizami Firdovsidən fərqli olaraq İsgəndərin Filippin oğlu olduğunu dəqiqləşdirir. Onun təlim-tərbiyə məsələlərinə diqqəti artırır. Bu da onun əsərdə hökmdar, alim, peyğəmbər olmaq xüsusiyyətlərini səviyyələndirir. İsdəndər İran hökmdarı Dara ilə döyüşdə qalib gəlir. Bundan sonrakı hərbi yürüşlərini qalibiyyətlə başa vuran İsgəndər Ərəbistana şedir, Kəbəni ziyarət edir. Bərdəyə gəlib Nüşabə ilə görüşür. Müxtəlif qalaları alaraq Hindistana və Çin üzərinə hücum edir. Əsərdə Nizami İsgəndərin ruslarla müharibəsinə, onları məğlub edərək Nüşabəni xilas etməsinə xüsusi diqqət yetirmişdir. Bütündünyanı fəth edən İsgəndər dirilik suyunun ardınca Zülmətə gedir, ancaq məqsədinə çatmayıb ruma qayıdır.

Poemanın ikinci hissəsi “İqbalnamə”də İsgəndər haqqında müxtəlif Rəvayətlər: onun dəllək və çobanla əhvalatı, eləcə də İsgəndərin ətrafında olan alimlərin başına gələn məcaralar təsvir edilir. Əsərdə İsgəndərə peyğəmbərlik verildikdən sonra, o son səfərinə çıxır və təktanrıçılıq dininin əsaslarını yaymağa başlayır.Əsərin sonunda isə İsgəndərin ölümü təsvir edilir.

Nizami əvvəlki poemalarında olduğu kimi, “İsgəndərnamə” əsərində də şair XII əsr Azərbaycan poeziya məktəbinin poetik özəlliklərindən ustalıqla istifadə etmişdir.


8. MÖVZU



Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin