İxtisas: Kitabxana və informasiya Kurs: I (əyani) İl, semestr: 2020-ci IL, II sem. Fənn: Azərbaycan ədəbiyyatı tarixi


XIII ƏSR AZƏRBAYCAN ƏDƏBİYYATI. ANA DİLİNDƏ YARANAN ŞEİRİN İLK NÜMUNƏLƏRİ; İ. HƏSƏNOĞLU, N, BAKUYİ. EPİK POEMA: “DASTANİ-ƏHMƏD HƏRAMİ”



Yüklə 0,66 Mb.
səhifə12/53
tarix10.01.2022
ölçüsü0,66 Mb.
#106830
1   ...   8   9   10   11   12   13   14   15   ...   53
XIII ƏSR AZƏRBAYCAN ƏDƏBİYYATI. ANA DİLİNDƏ YARANAN ŞEİRİN İLK NÜMUNƏLƏRİ; İ. HƏSƏNOĞLU, N, BAKUYİ. EPİK POEMA: “DASTANİ-ƏHMƏD HƏRAMİ”
XIII əsrdən başlayaraq doğma Azərbaycan türkcəsində yazılmış poeziyanın nümunələri artmaqla yanaşı ərəbcə və farsca bədii əsər yazmaq ənənəsinin pozulduğunu da görürük. Hələ 1233-cü ildə ana dilimizdə Əli adlı şairin „Qisseyi-Yusif“ adlı əsəri də məlum idi. İstər Azərbaycan dilinin, istərsə də poeziyasının öyrənilməsi baxımından bu əsərin də öz əhəmiyyəti vardır.

Əsər sadə dildə, qoşma formasında yazılmışdır. Bu əsər də XIII əsrdə anadilimizdə yaranmış ilk əsər deyil. Bu barədə əvvəlki mövzularda da məlumat vermişik. Bu əsərin də qoşma şeirində yarandığını qeyd etməliyik. Belə ki, digər mütəxəssislərin də yazdığı kimi Şirvanda Molla Qasım adlı aşığın gözəl qoşmalar yaratdığı məlumdur. Lakin bu el sənətkarının təkcə bir qoşması gəlib bizə catmışdır.

XIII əsr Azərbaycanın mədəni həyatında da ayrıca bir mərhələdir. Bu dövrdə Zülfiqar Şirvani, Hümam Təbrizi kimi şairlərin, elmin və incəsənətin müxtəlif sahələrində görkəmli şəxsiyyətlərin yetişməsi buna parlaq misaldır. Səfiəddin Urməvi, Fəxrəddin Hinduşah Naxçıvani, Fəzlullah Rəşidəddin, Zəkəriyyə Qəzvini kimi elmin müxtəlif sahələrində çalışan görkəmli alimlər bu dövrdə yetişmişlər. Xüsusən XIII əsrin axırlarında Elxanilər dövləti mədəni sahələrdə də öz bəhrəsini verdi. Marağada tikilən rəsədxana, Təbrizdə tikilən “Rəbi-Rəşid” adlı böyük elm şəhərçiyi bu zamandan başlayaraq həqiqi intibah mərkəzlərinə çevrilirdi. Ədəbiyyat sahəsində isə intibah daha aydın şəkildə özünü göstərirdi. Mahmud Şəbüstəri, Əvhədi, Əssar, Arif Ərdəbili rəngarəng yaradıcılıq xüsusiyyətlərinə malik sənətkarlar idi. Daha çox panteist filosof olan M. Şəbüstəri “Gülşəni-raz” və başqa əsərləri ilə humanist ideyaları tərənnüm edir, insanla allahı və təbiəti eyniləşdirir, dini ayrı seçkiliyə qarşı çıxır. Əvhədi isə onun elmi dillə ifadə etdiklərini daha canlı poetik dilə çevirirdi. Onun lirikası və “Cami-Cəmi” XIV əsr intibah illərinin ensiklopedik bədii salnaməsidir. Şairin 60 illik həyat təcrübəsinin məhsulu olan bu əsər Yaxın və Orta Şərq intibah poeziyasında mühüm yer tutan didaktik poema janrını məzmun və formaca xeyli zənginləşdirmiş bir əsərdir.

A. Ərdəbili və Ə. Təbrizi intibah ideyalarında Nizami ənənələrinə sadiq qalraq mənzum roman adlana biləcək poema janrının yeni nümunələrini yaradırlar. A. Ərdəbili “Fərhadnamə” əsərində bu qədim əfasanəyə yeni baxışla yanaşır, daha çox realist mövqeydə durur. Əssar isə lirik şeirlərində və “Mehr və Müştəri” poemasında Nizaminini daha çox romantik metoda meyl edən ənənələrinə sadiq qalır.

XIII əsrin axırı və XIV əsrin birinci yarısında Azərbaycan intibahı yeni bir mühüm keyfiyyət qazanır ki, Azərbaycan dilində poetik əsərlər yaranır. İzzəddin Həsənoğlu, Bakui Nəsir, Qazi Bürhanəddin yaradıcılığı buna parlaq misaldır. Xüsusən Həsənoğlununu Azərbaycan türkcəsində yazdığı qəzəl məzmun dərinliyi, forma kamilliyi ilə diqqəti daha çox çəkir. Bu şeirin obyekti insan və kainatdır. Şairin təsvir etdiyi aşiq çox güclü və əzəmətlidir.

XIV əsrin axırı və XV əsrin əvvəllərində, daha doğrusu Nəsiminin ölümünə qədərki dövr Azərbaycan intibahının inkişafında ayrıca bir mərhələ təşkil edir. Bu dövrü Azərbaycan intibahının hürufilik illəri adlandırmaq olar. Hürufilik humanuzmin, intibah ruhunun əsas boyasına, təzahür formasına çevrilir. İnsan dövrünə məxsus insan-allah tezisi bu zaman daha ehtirasla səslənir. Zülmə qarşı ehtiraz, insanı müdafiə edib göylərə qaldırma, onu allahla eyniləşdirmək bu zaman dərin məna kəsb edir.


İZZƏDDİN HƏSƏNOĞLU


Yüklə 0,66 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin