İxtisas: Kitabxanaçılıq və informasiya Kurs: III fənn: Məktəb kitabxanalarının məlumat axtarış sistemi Müəllim: Rəsulzadə Aysu Telman qızı


Mövzu 14. Kənd rayonlarında kitabxana işinin mərkəzləşdirilməsi



Yüklə 77,54 Kb.
səhifə14/15
tarix10.01.2022
ölçüsü77,54 Kb.
#107673
1   ...   7   8   9   10   11   12   13   14   15
Mövzu 14. Kənd rayonlarında kitabxana işinin mərkəzləşdirilməsi

Plan:

1. Respublikamızda mərkəzləşmiş kitabxana sisteminin yaradılması

2. Rayon mərkəzləşdirilmiş kitabxana sistemi.



Respublikamızda mərkəzləşmiş kitabxana sisteminin yaradılması haqqında tam təsəvvür yaratmaq üçün kənd kütləvi kitabxanalarının və elmi kitabxanaların mərkəzləşdirilməsi haqqında bəzi məlumatlara diqqət yetirək. 70-80-ci illərdə respublikamızda kənd əhalisinə kitabxana xidmətinin təşkilində müstəqil kənd kitabxanaları müstəsna rol oynayırdılar. Onlar kolxozçu kəndlilərə, sovxoz fəhlələrinə, kənd ziyalılarına, kəndə fəailyyət göstərən ziyalılara kitabxana və informasiya xidməti göstərən yeganə müəssisələr idi. Məhz buna görədir ki, mərkəzləşmə zamanı kənd kitabxanalarının statusunu qoruyub saxlamaq və onun fəaliyyət dairəsini və işinin keyfiyyətini daha da yüksəltmə zərurəti qarşıya çıxdı. Demək olar ki, mərkəzləşdirilmə kənd kitabxanalarında göstərilən keyfiyyətlərin həyata keçirilməsində həlledici rol oynayırdı. Mərkəzləşdirmə prosesində kənd kitabxanalarının dörd tipi formalaşmışdır: 1. Rayon mərkəzləşdirilmiş kitabxana sistemi. Bu sistemə rayon mərkəzi kitabxanası, filial şəkilində fəaliyyət göstərən rayon mərkəzi uşaq kitabxanası, şəhər kitabxanası, kənd kitabxanaları və klub nəzdində olan kitabxanalar daxil oldu. Rayon MKS-ləri öz statusuna görə rayon ərazisində vahid fond əsasında əhaliyə xidmət göstərən, yüksək kadr potensialına malik kitabxana birliyi idi. Rayon MKS-ləri öz statusuna görə rayonun Mərkəzi kitabxanası hesab edilməklə aşağıdakı mühüm vəzifələri həyata keçirirdi: 1. Vahid ştat və kitab fondu əsasında rayon ərazisində mərkəzləşdirilmiş kitabxana sisteminin fəaliyyətini istiqamətləndirməli, planlaşdırmalı və əhaliyə kitabxana xidmətinin idarə edilməsini təmin etməli, 2. Vahid oxucu bileti tədbiq etməklə filial kitabxana 161 oxucularının MKS-nin fondundan istifadəni təşkil etməli; 3. Mühüm kitabxana işi prosesinin mərkəzi kitabxananın köməyi ilə həyata keçirilməsi; 4. Rayon MKS-i üzrə inzibati, təşkilati-metodik mərkəz rolunu oynamalı idi. Beləliklə mərkəzləşmə nəticəsində kənd kitabxanalarının beş növü formalaşmışdı. a) Kolxoz kitabxanaları. Kolxoz kitabxanaları kolxoz idarə heyətinin qərarı ilə yaradılırdı. Kolxoz kitabxanalarının əsas vəzifəsi kolxozçu kəndliləri kitabxana və informasiya xidməti ilə təmin etmək, kənd əhalisinin mədəni inkişafında yaxından iştirak etmək, əsasən kənd təsərrüfatının mühüm sahələrinə dair ədəbiyyatı təbliğ etmək idi. Kolxoz kitabxanaları kolxozların maliyyə vəsaiti hesabına fəaliyyət göstərirdilər. Kənd rayonlarında kitabxanalar mərkəzləşdirilən zaman kolxoz kitabxanaları müstəqil kənd kitabxanaları olan yaşayış məntəqələrində kolxoz idarə heyətinin razılığı ilə kənd kitabxanaları ilə birləşdirilirdi. Birləşmə prosesinin genişlənməsinə baxmayaraq 90-cı illərin axırına qədər bir çox kolxozlar öz kitabxanalarını saxlamaqda davam edirdilər. b) Həmkarlar ittifaqlarının kənd kitabxanaları. Bu kitabxanalar əsasən kənd yerlərində yaradılmış sovxoz fəhlələrinə xidmət etmək üçün təşkil edilirdi. Sovxoz kitabxanaları həmkarlar ittifaqları tərəfindən maliyyələşdirilirdi. Sovxoz kitabxanaları geniş fonda və mütəxəssis kitabxana işçilərinə malik olduqlarından kənd əhalisinə kitabxana xidməti sahəsində onların xüsusi mövqeyi var idi. Sovxoz kitabxanalarında kitab təbliğinin bütün forma və üsullarından istifadə edildiyindən geniş oxucu dairəsinə malik idilər. Sovxoz kitabxanaları kənd kitabxana şəbəkələrinin mühüm tipi kimi 80-90-cı illərdə Azərbaycan kəndinin mədəni həyatında, kənd əhalisinin və informasiya xidmətinin təşkilində mühüm yer tuturdu. Kənd rayonlarında mərkəzləşdirilmiş kitabxana sistemlərinin yaradılması kənddə əhaliyə kitabxana xidmətinin məzmununda böyük keyfiyyət dəyişikliyi yaratmaqla kənd yerlərinin də fəaliyyət göstərən kitabxana işçilərinin əlaqələndirilməsiniə və vahid mərkəzdən idarə olunmasına kənddə əhaliyə məqsədyönlü xidmət göstərən kitabxana mərkəzlərinin yaradılmasına şərait yaratdı. Beləliklə, Azərabycanda kitabxanaların mərkəzləşdirilməsi nəticəsində kənd yerlərində son 10 ildə kitabxana işi sahəsində əsaslı irəliləyiş baş verdi. Belə ki, təkcə 1975-1982- ci illərdə oxucuların sayı 803 min nəfər (bunun yarıdan çoxu kənd yerlərində idi) oldu. Kitab fondu 4 milyon, kitab verilişi isə 13 milyon nüsxə çoxalmışdı. Həmçinin bu illərdə kənd kitabxanalarının mütəxəssis kadrlarla təmin edilməsi sahəsində də mühüm işlər görülmüş, kənd kitabxanalarında işləmək üçün 495 nəfər mütəxəssis göndərilmişdir. Mərkəzləşdirilmə illərində kənd yerlərində kitabxanaların maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində mühüm işlər görülmüş, 10-dan artıq rayonda rayon mərkəzi kitabxanaları üçün binalar tikilmiş, 600 yeni kənd kitabxanası açılmışdı.


Yüklə 77,54 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin