İXTİsas: Məktəbəqədər təlim və tərbiyə kurs: I fəNN: Sadə riyazi təsəvvürlərin formalaşdırılması metodikası MÜƏLLİM: İbrahim Murad Oğlu Rüstəmov dosent



Yüklə 89,5 Kb.
səhifə29/35
tarix10.01.2022
ölçüsü89,5 Kb.
#106429
1   ...   25   26   27   28   29   30   31   32   ...   35
Böyük yaş qrupu uşaqlarında özlərinə nəzərən əşyanın yerləşmə vəziyyətini müəyyən etmək bacarıqlarını möhkəmləndirmək üçün müxtəlif priyom və vəzifələrdən istifadə olunur. Məsələn, “tap görüm, kim harada dayanıb?”, “tap görüm nə harada yerləşib?” və s. oyunları keçirmək olar. Qarşılıqlı əks istiqamətləri fərqləndirməyə aid çalışmalar verilir, lakin burada əşyaların yerləşmə vəziyyətini müəyyən etmək bacarıqlarının sayı 2-dən 6-ya qədər olur. Uşaqlar müəyyən məsafədə yerləşən əşyaların həm məsafə müqayisəsini, həm də istiqamətini təyin edirlər. Sonra səhnələşdirilmiş oyunlar keçirilir. “Həsən elə dur ki, Arif səndən qabaqda, Əziz səndən sağda olsun”. Bu oyunun müxtəlif kombinasiyaları tətbiq olunur.

Göstərilən istiqamətlərdə uşaqların hərəkətinə aid çalışmaların sayı artırılır. Didaktik və hərəki oyunlara daha çox yer verilir. Məsələn, “stola qədər get və sağa dön!”, “pəncərəyə qədər get və sağa dön!”, “qapıya qədər get və geriyə dön!”. Tapmaca xarakterli oyunlar uşaqları daha çox maraqlandırır. Məsələn, “hara getsən nə taparsan?” oyunu üçün 4 istiqaməti seçilir və oyunda eyni zamanda 2-3 nəfər iştirak edilir. “Əşyanı tap!”, “Səyahət”, “Kəşfiyatçı” və bu kimi oyunlar uşaqların fəallığını artırır.

Fəzada istiqamətə aid təsəvvürlərin formalaşmasında və inkişafında uşaqları piyadalar üçün küçə hərəkəti qaydaları ilə tədricən tanış etmək lazımdır. Məsələn, yolun sağ tərəfi ilə getmək və sol tərəfi ilə gəlmək lazımdır. Hansı işıqda piyada gözləməlidir və hansı işıqda yolu keçməlidir. Küçəni keçərkən: əvvəlcə sola, sonra isə sağa baxmaq lazımdır.

Fəzada istiqaməti eşitmə analizatorunun köməyi ilə də müəyyən etməyi öyrətmək lazımdır. Bunun üçün gözbağlıca oyunu keçirilir. Uşaq səs siqnalına tez və dəqiq reaksiya verməli, səs gələn istiqaməti tapmalıdır. “Səs haradandır?”, “Məni tut!” və s. oyunlar həmin məqsədə xidmət edir. Daha sonra uşaqlar gözü bağlı halda müəllimin göstərişi əsasında hərəkət edirlər. Məsələn, “2 addım irəli və 4 addım sola hərəkət et!” bu cür çaışmaların 2-3 dən 4-5-ə çatdırmaq olar.

İndiyə qədər fəza istiqamətlərini müəyyən edərkən, uşaq bilavasitə əsas obyekt rolunu oynayırdı və özünə nəzərən vəziyyətləri tapırdı.

İndi isə işin məzmunu bir qədər dəyişdirilir. Bir əşyanın başqa əşyalara nisbətən vəziyyəti müəyyənləşdirilir. Məsələn, ortada ayı, sağda dovşan, solda tülkü, arxada isə canavar durmuşdu. Bu vəziyyət əyani şəkildə və ya stolun üstündə yaradıır və həmin heyvanların birinin digərinə nəzərən vəziyyəti soruşulur. Uşaq xəyalən özünü həmin əşyanın yerində təsəvvür edərkən, tələb olunan cəhətləri tapır. Belə ki, əgər uşaq yazı taxtası ilə üzbəüz dayanmışdırsa, 90°-ə döndükdə yazı taxtası ya onun sağında, ya da solunda olacaqdır. Bu cür məşqlərin aparılması nəticəsində istiqamətləri cəld və düzgün müəyyən etmə vərdişləri yaranacaqdır.

Əşyaların qarşılıqlı vəziyyətlərini müəyyən edərkən, bütün hallar nəzərdən keçirilməlidir: sağda, solda, arxada, qabaqda, üstündə, altında, yanında, arasında, qarşısında. Bunlara aid illüstrasiyalardan, əyani təsvirlərdən istifadə olunmalıdır. Bu kimi hazırlıqdan sonra, uşaqlar sinif otağındakı əşyaların bir-birinə nəzərən vəziyyətlərini müəyyən edirlər.

Böyük yaş qrupu uşaqları iki ölçülü fəzada, yəni müstəvi üzərində istiqamətləri müstəqil surətdə təyin etməyi öyrənməlidirlər. Hələ dərs ilinin əvvəlində kağız üzərində və stol üzərində əşyaları soldan sağa, yuxarıdan aşağıya doğru düzməyi öyrənirdilər. Daha sonra uşaqlar kağız vərəqinin sağ kənarını, sol kənarını, yuxarı kənarını, aşağı kənarını tapmağı bacarmalıdırlar. Bu işlərə 3-4 məşğələ həsr edilir. Məsələn, birinci məşğələdə vərəqə nəzərən əşyaların düzülüşü, təsviri nümunəsi verilir və uşaqlar onu təkrar edirlər. Müəllimin göstərişi ilə əşyalar düzülür, özünə nəzarət məqsədilə nümunə göstərilir.

İkinci, üçüncü məşğələlərdə əvvəlcə tapşırıq təkrar edilir, sonra isə yeni tapşırıq yerinə yetirilir.

Beləliklə, uşaqlar fəzada istiqamətlərin təyin edilməsini və onları müvafiq terminlərlə ifadə etməyi öyrənirlər.




Yüklə 89,5 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   35




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin