Mövzu 15.. Məktəbəqədər yaşlı uşaqlarda vaxt
haqqında təsəvvürlərin formalaşdırılması metodikası
İkinci kiçik yaş qrupunda uşaqlar vaxt haqqında ilk təsəvvürlər qazanırlar. Sutkanın hissələri haqqında biliklər əlaqələndirilir. Məsələn, səhər, gündüz, axşam və gecə. Bu dörd anlayışı uşaqlar fərqləndirməyi bacarmalıdırlar.
Hər vaxta uyğun hərəkətlər yerinə yetirilərkən, uşaqlara onu xatırlamaq lazımdır. Məsələn, indi səhərdir, gimnastika ilə məşğul olaq! İndi günortadır və s.
Sonra sutkanın müxtəlif anlarına aid hadisələr həkk olunmuş şəkillərə baxmaqla uşaqların vaxt haqqında təsəvvürlərini möhkəmləndirmək olar.
“Sən səhər nə edirsən?”, “Sən axşam nəyə baxırsan?”, “gecə yatmaq lazımdır”. Bu kimi sual-cavablar “səhər”, “gündüz”, “axşam”, “gecə” haqqında təsəvvürləri formalaşdırmağa kömək edir. Çalışmaq lazımdır ki, həmin terminləri uşaqlar nitqlərində şüurlu şəkildə istifadə edə bilsinlər.
Müxtəlif oyunların keçirilməsi də buna xeyli kömək edir. Məsələn, belə bir oyun keçirmək olar: Qabağa 4 uşaq çağırılır və hər birinin sinəsinə “səhər”, “gündüz”, “axşam”, “gecə” sözləri yazılmış kağızlardan biri bərkidilir. Sonra yazı taxtasında hər vaxta uyğun şəkillər asılıdır və təklif edilir ki, hər uşaq öz şəklini götürsün. Bu qayda ilə “səhər”, “gündüz”, “axşam”, “gecə” – haqqında təsəvvürlər formalaşır.
Dostları ilə paylaş: |