İXTİsas: sosial iŞ qrup: 863 kurs: I fəNN: azərbaycan diLİNDƏ İŞGÜzar və akademik kommunikasiya səRBƏst iŞ: Dİl və ÜNSİYYƏT


Ünsiyyət funksiyalarının müxtəlif əsaslarda təsnifi



Yüklə 103,23 Kb.
səhifə4/7
tarix26.11.2023
ölçüsü103,23 Kb.
#135970
1   2   3   4   5   6   7
DİL VƏ ÜNSİYYƏT ; SƏRBƏST İŞ 1

Ünsiyyət funksiyalarının müxtəlif əsaslarda təsnifi:

qarşılıqlı münasibətlər formalaşdırmaq və inkişaf etdirmək funksiyaları.

  • Məqsəddən asılı olaraq: təmas funksiyası, informasiya funksiyası,

təhrikedici funksiya, əlaqələndirmə funksiyası, anlama funksiyası, amotiv funksiya, münasibətin yaradılması funksiyası, təsir göstərmək funksiyası
Ünsiyyətin funksiyaları haqqında anlayış.
Ünsiyyət insanlar arasında birgə fəaliyyət təlabatından doğan təmasın çoxplanlı inkişaf prosesi olduğuna görə özünəməxsus mühüm və geniş vəzifələri, funksiyaları həyata keçirir. Bu baxımdan psixoloji ədəbiyyatda ünsiyyətin funksiyalarını müxtəlif əsaslar üzrə təsnif edirlər. Onların bəzilərinin qısa şərhini nəzərdən keçirək.
Ünsiyyətin funksiyalarından ən geniş yayılmış qruplarına birgə fəaliyyəti təşkil etmək; insanların bir-birini dərk etməsi, anlması; qarşılıqlı münasibətləri formalaşdırmaq və inkişaf etdirmək funksiyalarını aid etmək olar.
Birgə fəaliyyəti təşkil etmək baxımından birgə əmək fəaliyyətinin planlaşdırılması və tənzim edilməsini təmin etmək ünsiyyətin yerinə yetirdiyi ən başlıca sosial funksiyadır. Məhz ünsiyyət prosesində birgə fəaliyyət planı formalaşır və onun ayrı-ayrı elementlərinin icrası iştirakçılar araında bölünür. Birgə fəaliyyətin gedişi zamanı qarşılıqlı informasiya mübadiləsinin, qarşılıqlı stimulyasiyanın, işlərə nəzarət və onların tənziminin həyata keçirilməsi prosesi baş verir. Mahiyyət etibarı ilə, ünsiyyət eyni zamanda fərdi fəaliyyəti təşkil etmək funksiyasını da həyata keçirir. Burada ünsiyyət eyni zamanda idarəetmə və ictimai nəzarət funksiyasını həyata keşirməyə xidmət edir.
Ümumiyyətlə digər mühüm funksiyası, yuxarıda qeyd edildiyi kimi, insanların bir-birini dərk etməsi, başqa sözlə interpersonal dərk etmə funksiyasıdır. Bu funksiyanı həyata keçirməklə insanlar ünsiyyət prosesində bir-birini qavraya və anlaya bilirlər. Bu zaman eyniləşdirmə (indefikasiya), refleksiya və stereotipləşdirmə mexanizmlərindən istifadə insanların köməyinə çatır.
Nəhayət, qarşılıqlı münasibətləri formalaşdırmaq və inkişaf etdirmək funksiyası ən mühüm və mürəkkəb funksiya hesab olunur. Ünsiyyətdə olan adamlar arasındakı qarşılıqlı münasibətlərin xarakterindən çox şey asılıdır. Bu sahədə pozitiv işgüzar münasibətlərin formalaşdırılması mühüm əhəmiyyət kəsb edir.
Qeyd olunan funksiyaların necə həyata keçirilməsi ünsiyyətdə olan adamların qarşılıqlı münasibətlərinin necə olmasından asılı olur.
Ünsiyyətin məlumati-kommunikativ, tənzimləyici-kommunikativ, affektiv-kommunikativ funksiyaları
Ünsiyyət sahəsində tədqiqat aparmış digər psixoloqlar da onun funksiyalarını ətraflı şərh etmişlər. Bu baxımdan B.F.Lomovun irəli sürdüyü fikirlər xüsusilə
diqqəti cəlb edir B.F.Lomov ünsiyyətin funksiyalarını üç qrupda birləşdirir: 
məlumati - kommunikativ, tənzimedici- kommunikativ, affektiv- kommunikativ. 
Ünsiyyət prosesində insanlar bir-biri ilə informasiya mübadiləsi aparır.

Yüklə 103,23 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin