Dil insanların düşüncələrini, hisslərini və məlumatlarını ifadə etmək, ünsiyyət qurmaq və mədəniyyətlərini ötürmək üçün istifadə etdikləri mürəkkəb simvolik sistemdir. Hər bir icma özünəməxsus dilini inkişaf etdirir və bu dil həmin cəmiyyətin kimliyinin və dəyərlərinin əksidir.
Dil insanlar arasında ünsiyyəti təmin edən əsas vasitədir. Ünsiyyət, məlumat ötürmək, emosional ifadə, əməkdaşlıq və sosial əlaqələr yaratmaq üçün istifadə olunur. İnsanlar gündəlik həyatlarında sözlər, cümlələr, simvollar və səslər vasitəsilə öz düşüncə və hisslərini ifadə edirlər. Dil həm də biliklərin nəsillər arasında ötürülməsinə kömək edir; Bu, mədəni yığımı və elmi tərəqqini mümkün edir.
Hər bir dilin özünəməxsus quruluşu, qrammatik qaydaları və lüğəti var. Bu müxtəliflik bəşəriyyətin zənginliyini və müxtəlifliyini əks etdirir. Müxtəlif dillər dünyanın bir çox icmalarına öz şəxsiyyətlərini və mədəniyyətlərini qoruyub saxlamağa kömək edir.
Dil öyrənmək insan həyatının ilk dövrlərindən başlayır. Körpələr dili ətraf mühitdən mənimsəyir və bu proses çox vaxt mürəkkəb və sürətli olur. Dil öyrənmək ünsiyyət bacarıqlarını artırır və sosial əlaqələri gücləndirir.
Dil icmalar arasında birgəyaşayış və mədəni anlaşmanın açarıdır. İnsan haqları, təhsil, ticarət və diplomatik əlaqələr kimi bir çox sahələrin qlobal səviyyədə fəaliyyət göstərməsində də mühüm rol oynayır. Dilin gücü və təsiri insanlar arasında anlaşmanı, əməkdaşlığı və mədəni zənginliyi artırır.
Nəticədə dil insanların təfəkkür qabiliyyətini artırır, sosial əlaqələri gücləndirir və mədəni kimliyini ifadə etməyə imkan yaradır. O, insan həyatının əsas elementidir və insanlar arasında ünsiyyət və anlaşmanın əsasını təşkil edir.
Dili bioloji hadisə sayanlar var. Bu fikrin tərəfdarları onu nəzərə alırlar ki, insanın orqanizmində başqa üzvlər kimi danışıq üzvləri də mövcuddur. Həmin üzvlərin vasitəsilə hava axını danışıq səslərini yaradır. Ancaq nəzərə alınmır ki, insanın tənəffüs üçün alıb-verdiyi hava axını yalnız beyindən gələn siqnallarla idarə olunub, danışıq səsinə çevrilir Dil orqanizmdə ikinci siqnal sisteminin nəticəsidir ki, bu da canlılardan ancaq insana aiddir. Eyni zamanda qeyd etdiyimiz kimi, dil irsi xarakter də daşımır. Bioloji cəhətdən uşaq öz valideynlərinə bənzəyir, ancaq valideynlərinin danışdığı dildə danışmaya bilər. Belə ki, yeni doğulan uşağı ata-anasından ayırıb başqa milli-irqi şəraitdə böyütsən, o, öz əhatəsindəki dildə danışacaq. Buradan da bir daha məlum olur ki, dil bioloji hadisə deyil, ictimai hadisədir, birbaşa cəmiyyətdə formalaşır və məhz cəmiyyətə xidmət edir. Dil irqi və irsi cəhətlərlə bağlı deyil. Dil cəmiyyətdə ünsiyyət vasitəsi kimi işlənir. Cəmiyyətdə müxtəlif ünsiyyət vasitələri var - küçə hərəkəti qaydalarını göstərən işarələr, gəmilərdə bayraqlarla verilən siqnallar, müxtəlif jestlər, əl-qol hərəkətləri və s. Lakin bunlar dilə köməkçi vasitə kimi istifadə edilir. Bunlar dilə nisbətən çox zəif və imkanca məhduddur. Dilin üç funksiyası meydana çıxır:
İnsanlar arasında əlaqə yaratmaq, cəmiyyətdə ünsiyyət vaistəsi olmaq, yəni kommunikativ funksiyası.
İnsanı əhatə edən əşya və hadisələri adlandırmaq, normativ funksiya.
Fikri ifadə etmək.
ÜNSİYYƏTİN FUNKSİYALARI,VASİTƏLƏRİ,TƏRƏFLƏRİ
Biz evdə ailə üzvlərimizlə, məktəbdə müəllim və sinif yoldaşlarımızla ünsiyyətdə oluruq. Başqalarından məlumat alır, öz hiss və düşüncələrimizi onlara çatdırırıq.
Ünsiyyət nitq vasitəsilə baş verir. Biz başqalarını dinləyir, onların yazdığını oxuyur, öz fikirlərimizi yazmaq və danışmaqla ifadə edirik. Beləliklə, ünsiyyət zamanı dörd nitq bacarığından istifadə edirik: dinləmə, danışma, oxu, yazı.
Dinləmək və oxumaq bacarığı başqalarını anlamaq, məlumat almaq üçündür. Danışmaq və yazmaq bacarığı isə düşündüklərimizi başqalarına çatdırmağa kömək edir.
Dinləyərkən və danışarkən istifadə edilən söz və cümlələr səslərlə ifadə olunur. Ona görə də dinləmə və danışma şifahi nitqə aid olan bacarıqlardır.
Hərflərlə ifadə olunmuş mətnləri isə oxuyuruq və ya yazırıq. Odur ki yazı və oxu bacarıqları yazılı nitqə aid edilir.
Ünsiyyətin hamı tərəfindən eyni dərəcədə qəbul olunan ümumi tərifi yoxdur. Psixoloqlardan birinin hesablamasına görə, hələ 1969-cu ilə qədərki dövrdə təkcə ingilis dilində olan ədəbiyyatda ünsiyyətin 96 tərifi məlum idi. Sosial psixologiyada ünsiyyətə müxtəlif təriflər verilmişdir. Onlardan biri belədir: iki və daha çox adamın münasibətləri aydınlaşdırmaq və ümumi nəticə əldə etmək məqsədilə öz səylərini əlaqələndirməyə və birləşdirməyə yönəldilmiş qarşılıqlı təsirinə ünsiyyət deyilir. Ünsiyyət tələbatı sosial tələbatdır, insanın tələbatları içərisində xüsusi yer tutur. Lev Vıqotski ünsiyyət tələbatına uşağın psixi inkişafının əsas və hərəkətverici qüvvəsi kimi xüsusi əhəmiyyət verirdi. Körpənin hər bir tələbatı inkişaf prosesində tədricən onun üçün başqa adama, insanla təmasa, onunla ünsiyyət tələbatına çevrilir. Ünsiyyət tələbatı sonrakı yaş dövrlərində də uşaq şəxsiyyətinin inkişafında müham rol oynayır. Yeniyetmə ictimai-əxlaqi münasibət normalarını ünsiyyət prosesində mənimsəyir. Ünsiyyət situasiyasının iki tipini fərqlləndirmək olar: birgə fəaliyyətdə ünsiyyət və şəxsi ünsiyyət. Birgə fəaliyyət şəraitində ünsiyyət funksional xarakter kəsb edir, yəni onun mövzusu birgə fəaliyyətin xarakteri ilə müəyyən olunur. Şəxsi ünsiyyət isə iki və daha çox adamın vasitəsiz təması kimi meydana çıxır və emosional xarakter daşıyır.