İxtisas: Təhsildə sosial psixoloji xidmət ##Bölmə : Azərbaycan bölməsi


##num=12//level=1// sumtest=20 //name=Psixoloji eksperiment, onun tipləri və növlərinin ümumi xarakteristikası//



Yüklə 1,07 Mb.
səhifə12/15
tarix28.02.2020
ölçüsü1,07 Mb.
#102211
1   ...   7   8   9   10   11   12   13   14   15

##num=12//level=1// sumtest=20 //name=Psixoloji eksperiment, onun tipləri və növlərinin ümumi xarakteristikası//


1. Aşağıdakılardan hansı axtarıcı eksperiment tipinin psixoloji mahiyyətini düzgün xarakterizə edir ?

A) Eksperimental tədqiqatın bütün gedişivə onun mərhələləri əvvəlcədən planlaşdırılır

B) Tədqiqatın fərziyyəsi qeyri - müəyyən xarakter daşıyır

C) Eksperimental tədqiqatın aparılması prosesində bir neçə asılı olmayan dəyişənlərdən istifadə olunur

D) Eksperiment asılı və asılı olmayan dəyişənlər arasında səbəbiyyət əlaqələrinin olmasının aşkarlanması şəraitində aparılır

E) Eksperiment şəraitində asılı olan dəyişənlərin fərdi xüsusiyyətləri aşkara çıxarılır

2. Psixoloq kritik eksperiment aparmaqla nəyə nail olur ?

A) Belə eksperiment aparmaq yolu ilə tədqiqatçı – psixoloq eyni zamanda mümkün olan bütün fərziyyələri yoxlamaq imkanına malik olur

B) Aparılan eksperimentin ilkin nəticələrinə istinad etməklə irəli sürülən fərziyyələrə dair son qərar qəbul edilir

C) Tədqiqatın aparılması ciddi surətdə planlaşdırılır

D) Kritik eksperiment mövcud fərziyyələrin yoxlanılması məqsədilə aparılır

E) Eksperimental tədqiqatın aparılması ilə əlaqədar konkret məsələlər müzakirə olunur və müvafiq qərar qəbul edilir

3. Eksperimental psixologiyanın kateqoriyalarından olan validlik anlayışının mahiyyətinə dair cavabın hansını doğru sayırsınız ?

A) Eksperimental tədqiqatın nəticələrinin doğruluğunu və ümumiləşdirilməsini ifadə edir

B) Eksperimental psixologiyanın mərkəzi anlayışı olmaqla tədqiqatın elmi prinsiplər əsasında planlaşdırılmasının zəruriliyi ideyasını təsdiqləyir

C) Psixoloji tədqiqatın əsas məqsədlərini onların həyata keçiriliməsinin ideal etalonları və eksperimentin aparılmasının real şəraiti ilə birləşdirir

D) Tədqiqat prosesində alınana nəticələrin həqiqiliyini təsdiqləməyə imkan verir

E) Eksperimental fərziyyənin doğruluğunun müəyyənləşdirilməsi və əsaslandırılmasını təmin edir

4. Müstəqil dəyişənlər arasında mövcud olan əlaqələrin kəmiyyətcə qiymətləndirilməsini hansı anlayışlar ifadə edir?

1 - Səviyyə

2 - Korrelyasiya

3 - Asılılıq

4 - Şərt

5 – Situasiya

6 - Faktor

A) 1, 4, 6

B) 2, 3, 5

C) 3, 4, 5

D) 1, 3, 6

E) 4, 5, 6

5. Sadalanan fikirlərin hansını düzgün hesab edirsiniz?

1 – Eksperiment və müsahibə - psixologiya elminin əsas metodları kimi dəyərləndirilir

2 - Eksperimental tədqiqatın fərqli xüsusiyyəti ondan ibarətdir ki, tədqiqatçı - psixoloq eksperimentin aparılması prosesində müstəqil, asılı olmayan dəyişənlərlə aktiv iş aparır

3 – Rus psixologiyasında reaktologiya nəzəriyyəsi K. N. Kornilov tərəfindən irəli sürülmüşdür

4 - Psixikanın mexanizmlərinin öyrənilməsində psixofiziologiya adlanan elm sahəsi aparıcı mövqeyə malikdir

5 – Eksperimental tədqiqatın tədqiqedici tipinin mahiyyəti onda ifadə olunur ki, tədqiqat asılı və asılı olmayan dəyişənlər arasında səbəbiyyət əlaqələrinin mövcudluğunun aşkarlanması şəraitində aparılır

6 – Eksperimental şəraitin iki komponenti fərqləndirilir

7 - Rusiyada neyropsixologiyanın bir müstəqil elm sahəsi kimi inkişafı və formalaşması görkəmli psixoloq A. R. Luriyanın adı ilə bağlıdır

A) 3, 4, 5, 6

B) 1, 3, 6, 7

C) 2, 4, 5, 7

D) 1, 4, 5, 7

E) 4, 5, 6, 7

6. Sadalanan fikirlərin hansını doğru sayırsınız?

1 - İdeal eksperimentin aparılması prosesində asılı olmayan dəyişənlər dəyişdirilir və asılı dəyişənlər nəzarət altında saxlanılır

2 - Eksperiment və müsahibə - psixologiya elmində əsas metodlar kimi dəyərləndirrirlər

3 - Klassik psixologiyada sınaq və səhv metodu C. B. Uotson tərəfindən işlənilərək tətbiq olunmuşdur

4 - Testlər metodunun tətbiqi aparılması planlaşdırılan sistematik müşahidənin hazırlıq mərhələsini təşkil edir

5 - Klassik psixologiyada iradi diqqət nəzəriyyəsi A. F. Lazurski tərəfindən irəli sürülmüşdür

6 – Biheviorizm cərəyanının banisi U. B. Uotson 1878 – cü ildə ABŞ –da anadan olmuşdur

7 – Müstəqil dəyişənlər arasında mövcud olan əlaqələrin kəmiyyətcə qiymətləndirilməsi “səviyyə”, “şərt” və “faktor” anlayışları ilə ifadə olunur

A) 2, 3, 4, 7

B) 2, 4, 5, 7

C) 3, 4, 6

D) 1, 6, 7

E) 1, 3, 5

7. Aktiv metodların tətbiqini xarakterizə edən əsas əlamətlərin ardıcıllığını müəyyən edin :

1 - Tədqiqatçı ilə sınanan arasında qarşılıqlı işgüzar münasibətlər yaradılmaqla eksperimental tapşırıqların yerinə yetirilməsi təmin edilir

2 - Tədqiqatçı eksperimental situasiyaya müdaxilə edir və tapşırıqların müxtəlif variantlarından istifadə edir

3 - Tədqiqatçı vasitəli yolla eksperiment şəraitinə nəzarət edir

4 - Aktiv metodları tətbiq edən tədqiqatçı fəal surətdə müəyyən hadisələri və ya prosesləri modelləşdirərək obyektə təsir göstərir

5 - Tədqiqatçı sınananla bilavasitə ünsiyyətdə olur və yaratdığı eksperimental situasiyada onu öyrənir

6 – Eksperimentin bütün gedişinin və nəticələrinin qeydiyyatı aparılır

A) 6, 5, 1

B) 4, 3, 2

C) 2, 6, 3

D) 5, 1, 4

E) 3, 6, 1

8. Tədqiqedici və ya axtarıcı eksperiment tipinin mahiyyətini aşkarlayan əsas funksiyaların ardıcıllığını göstərin :

1 - Eksperimentin bütün gedişi əvvəlcədən planlaşdırılır

2 - Tədqiqatın fərziyyəsi qeyri - müəyyən xarakter daşıyır və onun dəqiqləşdirilməsi prosesi davam edir

3 - Tədqiqat aparılarkən bir neçə asılı olmayan dəyişənlərdən istifadə olunur

4 - Eksperiment şəraitində asılı olan dəyişənlərin fərdi xüsusiyyətləri aşkara çıxarılır

5 – Sınanılanların yaş və fərdi – tipoloji xüsusiyyətləri öyrənilir

6 - Eksperiment asılı və asılı olmayan dəyişənlər arasında səbəbiyyət əlaqələrinin olmasının aşkarlanması şəraitində aparılır

A) 3, 1, 5

B) 5, 4, 1

C) 6, 3, 2

D) 5, 6, 1

E) 4, 1, 3

9. Təsdiqedici eksperimentin əsas əlamətlərinin ardıcıllığını müəyyən edin :

1 - Eksperiment aparılarkən asılı olmayan dəyişənlərin müxtəlif variantlarından istifadə olunur

2 - Asılı dəyişənlərin əhatəli psixoloji xarakteristikası verilir

3 - Eksperimentlər müqayisəli planda aparılır

4 - Tədqiqatçı asılı və asılı olmayan dəyişənlər arasında mövcud olan əlaqələrin funksional kəmiyyət növlərini müəyyənləşdirir

5 - Asılı və asılı olmayan dəyişənlərin arasında əlaqənin mövcud olmasına əsaslanaraq fərziyyə irəli sürülür

6 – Psixoloq – eksperimentator tədqiqatda iştirak edəcək sınanılanların tərkibi ilə yaxından tanış olur

A) 2, 6, 4

B) 6, 3, 2

C) 3, 6, 5

D) 5, 6, 2

E) 4, 5, 1

10. Kritik eksperimentin əsas əlamətlərinin ardıcıllığını göstərin :

1 - Tədqiqatın fərziyyəsi qeyri - müəyyən xarakter daşıyır və onun dəqiqləşdirilməsi prosesi davam edir

2 - Tədqiqatın aparılması ciddi surətdə planlaşdırılır

3 - Kritik eksperiment mövcud fərziyyələrin yoxlanılması məqsədilə aparılır

4 - Eksperiment müqayisəli planda aparılır

5 - Psixoloq belə eksperiment aparmaq yolu ilə eyni zamanda mümkün olan bütün fərziyyələri yoxlamaq imkanına malik olur

6 – Aparılan tədqiqatla əlaqədar müvafiq psixoloji ədəbiyyat əsaslı surətdə təhlil olunur

A) 4, 2, 1

B) 2, 4, 6

C) 6, 3, 2

D) 5, 3, 1

E) 6, 3, 2

11. Pilotaj tədqiqatı” nı xarakterizə edən əsas əlamətlərin ardıcıllığını müəyyən edin :

1 - Aparılması planlaşdırılan eksperimental tədqiqatın hazırlıq mərhələsini təşkil edir

2 - Tədqiqat prosesində əldə olunan nəticələrə istinad etməklə irəli sürülən fərziyyəyə dair son qərar qəbul edilir

3 - İlk sınaq eksperimentlərinin və ya eksperimental seriyanın aparılmasını ifadə etməklə tədqiqatın fərziyyəsinin yoxlanılması məqsədinə xidmət edir

4 - Tədqiqatın planı, fərziyyəyə olan yanaşmalar və tədqiqatla bağlı digər konkret məsələlər müzakirə edilir

5 - Tədqiqat az sayda olan sınananlar qrupu ilə aparılır

6 – Psixoloq – eksperimentator tədqiqatın aparılacağı şəraitlə yaxından tanış olur

A) 2, 5, 4

B) 1, 5, 6

C) 5, 2, 1

D) 6, 4, 1

E) 3, 2, 4

12. Çöl tədqiqatı və ya təbii eksperimentin mahiyyətinə dair əsas əlamətlərin ardıcıllığını müəyyən edin :

1 - Sınanan üçün təbii və adi olan şəraitdə aparılır

2 - Kvazieksperimentin bir növü kimi xarakterizə oluna bilər

3 - Asılı dəyişənlərin dəqiq qeydiyyatını aparmaq mümkün olmur

4 - Tədqiqat zamanı xarici dəyişənlərə nəzarət etmək, qrupları seçmək, asılı olmayan dəyişənləri idarə etmək mümkün olmur

5 – Eksperiment şəraiti dəyişməz qalır

6 - Müşahidə olunanların həyatında real olan dəyişənlər arasında mövcud olan əlaqə və asılılıqları öyrənir

A) 2, 4, 5

B) 6, 4, 1

C) 4, 1, 3

D) 6, 3, 2

E) 2, 1, 5

13. İdeal eksperimentin mahiyyətini xarakterizə edən əlamətlərin ardıcıllığını müəyyən edin :

1 - Real eksperimentdən fərqli olaraq tədqiqatçı yalnız onu maraqlandıran dəyişənləri dəyişdirir

2 - Asılı olmayan dəyişənlərə təsir göstərə biləcək əlavə amillər nəzərə alınır

3 - Eksperiment şəraiti dəyişməz qalır

4 - Asılı dəyişənlər nəzarət altında saxlanılır

5 - Eksperimentin uzun müddət ərzində aparılması imkanı mövcud olur

6 - Asılı olmayan dəyişənlər dəyişdirilir

A) 3, 5, 1

B) 1, 5, 2

C) 5, 3, 4

D) 2, 6, 5

E) 6, 4, 1

14. Validlik anlayışının mahiyyətinin əsas əlamətlərinin ardıcıllığını müəyyən edin :

1 - Eksperimental psixologiyanın mərkəzi anlayışı olmaqla tədqiqatın elmi prinsiplər əsasında planlaşdırılmasının zəruriliyi ideyasını təsdiqləyir

2 - Eksperimental fərziyyənin doğruluğunun müəyyənləşdirilməsi və əsaslandırılmasını təmin edir

3 - Tədqiqat prosesində alınana nəticələrin həqiqiliyini təsdiqləməyə imkan verir

4 - Tədqiqatın əsas məqsədlərini onların həyata keçiriliməsinin ideal etalonları və eksperimentin aparılmasının real şəraiti ilə birləşdirir

5 - Eksperimental tədqiqatın nəticələrinin doğruluğunu və ümumiləşdirilməsini ifadə edir

6 – Ekperimentin aparılacağı şərait ətraflı öyrənilir

A) 3, 6, 5

B) 5, 3, 6

C) 6, 1, 2

D) 4, 2, 1

E) 1, 5, 3

15. Eksperimentalogiyada işlədilən mərkəzi dəyişmə anlayışının mahiyyətinin əsas əlamətlərinin ardıcıllığını müəyyən edin :

1 - Psixoloq – ekspert insanın həyat və fəaliyyətində mühüm əhəmiyyət kəsb edən amillərə korreksiyaedici təsirin imkanlarını aşkara çıxarır

2 - Eksperiment şəraitində alınan nəticələr psixoloji dəyişənlər kimi xarakterizə olunurlar

3 - Şəxsiyyətdə və psixi fəaliyyətdə baş verən dəyişiklikləri aşkara çıxarır

4 - Eksperimental nəticələrin öyrənilməsi və təhlili məqsədinə xidmət edir

5 - İnsanın davranış və fəaliyyətinə uzunmüddətli təsirlərin yaradılmasını şərtləndirir

6 – Psixoloq sınanılanla müşahidə olunan davamlı dəyişikləri şərtləndirən amillərin öyrənilməsini təmin edir

A) 4, 3, 6

B) 1, 6, 4

C) 2, 5, 1

D) 5, 3, 2

E) 1, 5, 3

16. Uyğunluğu müəyyən edin:

I – Aktiv metodlar

II – Kritik eksperiment

1 – Eyni zamanda mümkün olan bütün fərziyyələrin yoxlanılması imkanı mümkün olur

2 – Psixoloq fəal surətdə müəyyən hadisələri və prosesləri modelləşdirərək obyektə təsir göstərir

3 – Psixoloq eksperimental situasiyaya müdaxilə edə bilər

4 – İrəli sürülən fərziyyələrin müqayisəli planda təhlili aparılır

5 – Eksperiment şəraitində müxtəlif tipli tapşırıqlardan istifadə olunur

6 – Tədqiqatın fərziyyəsinin qeyri - müəyyənliyi aradan qaldırılır

7 – Ekspermentdə iştirak edəcək sınanılanların təlimatlandırılmasına və onların motivləşdirilməsinə xüsusi diqqət yetirilir

A) I – 2, 3, 5, 7 II – 1, 4, 6

B) I – 2, 4, 5, 7 II – 1, 3, 6

C) I – 3, 4, 6, 7 II – 1, 2, 5

D) I – 2, 3, 5, 6 II – 1, 4, 7

E) I – 1, 5, 6, 7 II – 2, 3, 4

17. Uyğunluğu müəyyən edin :

I – Pilotaj tədqiqatı

II – Kritik eksperiment

1 – Eyni zamanda mümkün olan bütün fərziyyələr yoxlanılır və bu əsasla son qərar qəbul edilir

2 – Sınaq eksperimentləri vasitəsilə tədqiqatın fərziyyəsi yoxlanılır

3 – Tədqiqat az sayda olan sınanılanlar qrupu ilə aparılır

4 – Fərziyyələrin yoxlanılması məqsədilə aparılır

5 – Psixoloji tədqiqat qısa müddət ərzində aparılır

6 – Tədqiqatçı psixoloq fərziyyə ilə bağlı son qərarı verir

7 – Eksperimental seriyasnın aparılması tədqiqatın fərziyyəsinin elmi baxımdan müvafiq tələbləri verdiyini və ya vermədiyini müəyyənləşdirməyə imkan verir

8 – Tədqiqatın fərziyyəsinin qeyri – müəyyənliyi obyektiv yanaşma əsasında aradan qaldırılır

A) I – 2, 4, 5, 8; II – 1, 3, 6, 7;

B) I – 2, 3, 5, 7; II – 1, 4, 6, 8;

C) I – 4, 5, 6, 7; II – 1, 2, 3, 8;

D) I – 3, 5, 7, 8; II – 1, 2, 4, 6;

E) I – 2, 3, 4, 6; II – 1, 5, 7, 8;

18. Uyğunluğu müəyyən edin:

I – İdeal eksperiment

II – “Çal” tədqiqatı

1 – Asılı olmayan dəyişənlər dəyişdirilir

2 – Real olan dəyişənlər arasında mövcud olan əlaqə və asılılıqlar öyrənilir

3 – Asılı dəyişənlərin qeydiyyatını aparmaq imkanı mövcud olmur

4 – Asılı dəyişənlər nəzarət altında saxlanılır

5 – Kvazieksperimentin bir özünəməxsus növü kimi səciyyələndirilir

6 – Asılı olmayan dəyişənlərə təsir göstərə biləcək amillər nəzərə alınır

7 – Qrupları seçmək və asılı olmayan dəyişənləri idarə etmək mümkün olmur

A) I – 4, 5, 6 II – 1, 2, 3, 7

B) I – 1, 3, 6 II – 2, 4, 5, 7

C) I – 2, 4, 6, 7 II – 1, 3, 5

D) I – 1, 4, 6 II – 2, 3, 5, 7

E) I – 5, 6, 7 II – 1, 2, 3, 4

19. Uyğunluğu müəyyən edin:

I – Validlik anlayışının mahiyyəti

II – Eksperimental tədqiqatın xüsusiyyətləri

1 – Müstəqil dəyişənlərlə fəal iş aparılır

2 – Tədqiqatın ideal etalonları eksperimentin real şəraiti ilə birləşdirilir

3 – Müstəqil dəyişənlərin müxtəlif variantlarını seçmək mümkün olur

4 – Alınan nəticələrin obyektiv göstəriciləri əsasında tsdiqləməyə imkan verir

5 – Psixoloi tədqiqatın elmi prinsiplər əsasında planlaşdırılmasının zəruriliyi ideyasını təsdiqləyir

6 – Eksperimentdə iştirak edən sınanılanların motivləşdirilməsinə xüsusi əhəmiyyət verilir

7 – Tədqiqat prosesi , onun aralıq və son nəticələri , o cümlədən sınanılanların davranışı daima nəzarət altında saxlanılır

A) I – 2, 4, 5 II – 1, 3, 6, 7

B) I – 2, 6, 7 II – 1, 3, 4, 5

C) I – 2, 3, 6, 7 II – 1, 4, 5

D) I – 1, 4, 5 II – 2, 3, 6, 7

E) I – 2, 4, 6 II – 1, 3, 5, 7

20. Uyğunluğu müəyyən edin :

I – Mərkəzi dəyişən

II – Mərkəzi dəyişmə

III – Eksperimental situasiya

1 – Eksperimentin aparılmasının əlverişli şəraitinin yaradılması və dəyişənlərin müəyyənləşdirilməsi

2 – Müxtəlif üsul və vasitələrin tətbiqi şəraitində insanın psixi fəaliyyətində müəyyən dəyişiklərin baş verməsinə nail olunur

3 – İnsanın davranış və fəaliyyətində uzunmüddətli təsirlərin yaradılmasını şərtləndirir

4 – Müstəqil və asılı dəyişənlərin qeydə alınması

5 – İnkişafetdirici eksperimental şəraitdə psixi fəaliyyətdə keyfiyyət dəyişikləri baş verir

6 – Şəxsiyyətin davranış və fəaliyyətində əhəmiyyətli dəyişiklər baş verir

7 – Sınanılanların eksperiment şəraitinə hazırlanması təmin edilir

A) I – 2, 6; II – 1, 5; III – 3, 4, 7;

B) I – 2, 6; II – 3, 7; III – 1, 4, 5;

C) I – 2, 7; II – 3, 5; III – 1, 4, 6;

D) I – 1, 6; II – 2, 4; III – 3, 5, 7;

E) I – 2, 5; II – 3, 6; III – 1, 4, 7;

Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin