İxtisas: Təhsildə sosial psixoloji xidmət ##Bölmə : Azərbaycan bölməsi


##num=15//level=1// sumtest=20 //name=Psixoanalizdə, analitik psixologiyada və fərdi psixologiyada şəxsiyyətin psixogenetik inkişafının bəzi məsələləri//



Yüklə 1,07 Mb.
səhifə15/15
tarix28.02.2020
ölçüsü1,07 Mb.
#102211
1   ...   7   8   9   10   11   12   13   14   15

##num=15//level=1// sumtest=20 //name=Psixoanalizdə, analitik psixologiyada və fərdi psixologiyada şəxsiyyətin psixogenetik inkişafının bəzi məsələləri//


1. Freydə görə insanın davranışı nə ilə idarə olunur?

A) İnsanın dünyagörüşü və əqidəsi ilə

B) İctimai inkişaf qanunları

C) Tarixi və ictimai hadisələr ilə

D) Fizioloji inkişaf ilə

E) İrrasional şüursuz psixi qüvvələr tərəfindən

2. Şəxsiyyətin psixogenetik inkişaf problemləri hansı elm sahəsi tərəfindən öyrənilir?

A) İnkişaf psixologiyası

B) Sosial psixologiya

C) Şəxsiyyət psixologiyası

D) Fərdi fərqlərin psixologiyası

E) Yaş psixologiyası

3. Klassik psixologiyada “kollektiv şüursuzluq” anlayışı kim tərəfindən irəli sürülmüşdür?

A) V. E. Frankl

B) V. M. Bexterev

C) Z. Y. Freyd

D) S. Q. Xoll

E) K. Q. Yunq

4. Z. Y. Freyd psixoanalizin əsas funksiyasını necə dəyərləndirirdi?

A) Əsəb xəstəliklərinin - nevrozun isteriyasının müalicəsi və öyrənilməsi metodu kimi

B) Psixoloji və emosional təsir vasitəsi kimi

C) Xəstə ilə qarşılıqlı ünsiyyət yaratmağın əlverişli üsulu kimi

D) Şüuraltı təəssüratların aktuallaşdırılması vasitəsi kimi

E) Heç bir cavab variantı doğru deyil

5. Psixologiya tarixində “Fərdi psixologiya assosiasiyası” adlanan elmi cəmiyyət neçənci ildə və kim tərəfindən yaradılmışdır?

A) 1947, A. Maslou

B) 1916, K. Yunq

C) 1934, K. Rocers

D) 1936, K. Levin

E) 1911, A. Adler

6. Almaniyada psixiatriya sahəsində ilk eksperimental tədqiqatlar kimə məxsusdur?

A) E. Meyman

B) N. Ax

C) E. Krepelin

D) V. Ştern

E) K. Büyuler

7. Sosiometriya aşağıdakılardır ?

1 – Sosial yönümlərin tədqiqat metodu

2 – Şəxsiyyətlərarası münasibətlərin tədqiqi üçün sorğu metodu

3 – Verilənlərin kəmiyyət işləmə üsulu

4 – Qiymətləndirmə metodu

5 – Qrupdaxili normaları müəyyən etmək üçün metod

6 – Subyektiv münasibətlərin aşkara çıxarılmasına yönələn metod

A) 3, 4, 5

B) 4, 6

C) 2, 6

D) 1, 3

E) 5, 6

8. Aşağıda irəli sürülən fikirlərin hansını doğru hesab edisiniz ?

1 – Asılı və asılı olmayan dəyişənlər arasında mövcud olan münasibət – eksperimental hipotezin tərkib hissəsini təşkil edir

2 – Klassik psixologiyada irəli sürülən “sahə nəzəriyyəsi” K. Q. Yunqa məxsusdur

3 – Görkəmli rus nevropatoloqu və psixoloqu V. M. Bexterevin “Psixika və həyat” əsəri 1906 – cı ildə nəşr olunmuşdur

4 – Klassik psixologiyada” psixofiziki fərd” anlayışı Q. T. Fexner tərəfindən irəli sürülmüşdür

5 – Geştalt psixologiyada hafizə təsəvvürlərinin öyrənilməsi əsas məqsəd kimi qarşıya qoyulmuşdur

6 – Metod – psixi fakt və hadisələrin öyrənilməsinin konkret üsul və vasitələrinin sistemi kimi xarakterizə oluna bilər

A) 4, 5, 6

B) 2, 3, 5

C) 1, 5

D) 3, 4, 5

E) 1, 6

9. Psixoanalizin əsas, istinad xarakterli anlayışları hansılardır?

1 - Şüur

2 - Sosializasiya

3 - Adaptasiya

4 - Şüursuzluq

5 - Təcavüz

6 – Sublimasiya

A) 1, 4

B) 2, 5, 6

C) 2, 4

D) 3, 4, 5

E) 1, 5, 6

10. Fransa eksperimental psixologiya məktəbi daha çox hansı sahələr üzrə tədqiqatların aparılmasını ön plana çəkirdi?

1 - Patopsixologiya

2 - Pedaqoji psixologiya

3 - Genetik psixologiya

4 - Uşaq psixologiyası

5 - Psixopatalogiya

6 – Sosial psixologiya

7 – Psixiatriya

8 - Yaş psixologiyası

A) 4, 5, 8

B) 2, 4, 6, 8

C) 3, 5, 6, 7

D) 2, 6, 8

E) 1, 5, 7

11. Aşağıda irəli sürlən fikirlərin hansı doğrudur ?

1 – Korrelyasiya anlayışı dəyişənlər arasında mövcud olan statistik qarşılıqlı əlaqənixarakterizə edir

2 – Sosiometriya anlayışı latın və fransız dillərinə məxsusdur

3 – Dahi bioloq və genetik C. Darvinin həyatı 1811 – 1882 – ci illəri əhatə edir

4 – Ali sinir fəaliyyətinin öyrənilməsi ilə əlaqədar irəli sürülən şərti reflekslər metodu İ. M. Seçenova məxsusdur

5 – Klassik rus psixologiyasının mühüm maliyyəti kimi dəyərləndirilən G. İ. Çelpanovun “Eksperimental psixologiyaya giriş” adlanan dərsliyi 1916 – ci ildə nəşr olunmuşdur

6 – Rus psixologiyasında reaktologiya adlanan konsepsiya K. N. Kornilov tərəfindən irəli sürülmüşdür

A) 3, 5, 6

B) 2, 4, 5

C) 1, 6

D) 1, 4

E) 2, 3, 6

12. Sadalanan fikirlərin hansını doğru hesab edirsiniz ?

1 – Psixoloji eksperimnet - empirik və diaqnostik üsularla əldə edilmiş psixoloji faktların eksperiment yolu ilə tədqiqinə yönəlmiş mükəmməl bir obyektiv metoddur

2 – Görkəmli amerka psixoloqu U. Cemsin “Psixologiyanın prinsipləri” adlanan əsəri 1882 – ci ildə nəşr olunmuşdur

3 – Almaniyada 1885 – ci ildə nəşr olunmuş” Hafizə haqqında” adlanan əsər İ. Müllerə məxsusdur

4 – Eksperiment tapşırıqlar sınanılanların təlimatlandırılması texniki vasitələr – bütün bunlar eksperimental şəraitin əsas xarakteristikasını təşkil edir

5 – Klassik psixologiyada” intellektual test” anlayışı C. Kettel tərəfindən irəli sürülmüşdür

6 – Unutma tempini ilk dəfə G. Ebbinhauz tədqiq etmişdir

A) 2, 3, 5

B) 1, 5, 6

C) 4, 5, 6

D) 3, 5

E) 1, 3, 4

13. Aşağıda irəli sürülən fikirlərin hansını doğru hesab edirsiniz ?

1 – Almaniyada 1885 – ci ildə nəşr olunmuş Hafizə haqqında adlanan əsər İ. Müllerə məxsusdur

2 – Eksperiment prosesində sınanılanların davranışına təsir edən istənilən reallığı faktor anlayışı ilə ifadə etmək olar

3 – Davranış eksperimenti anlayışı klassik funksionalizm cərəyanının tərəfdarları tərəfindən irəli sürülmüşdür

4 – Asılı və asılı olmayan dəyişənlər arasında mövcud olan münasibət eksperimental hipotezin tərkib hissəsini təşkil edir

5 – Elmi – psixoloji ədəbiyyatın öyrənilməsi və təhlili eksperimental tədqiqatın ilk mərhələsini təşkil edir

6 – Klassik psixologiyanın inkişafının ilk mərhələsində özünümüşahidə metodunun rolu ön plana çəkilirdi

7 – Metod – psixi hadisələrin öyrənilməsinin konkret üsul və vasitələrinin sistemi kimi xarakterizə oluna bilər

A) 2, 4, 6, 7

B) 1, 3, 4, 5

C) 4, 5, 6, 7

D) 1, 2, 4, 5

E) 3, 4, 5, 7

14. Eksperimental –tədqiqat metodunun tətbiqini qabaqlayan əsas amillərin ardıcıllığını müəyyən edin:

1 – Eksperimental tədqiatın nəzəri əsaslarının işlənilməsi

2 – Eksperimental tədqiqatın konkret fərziyyəsinin irəli sürülməsi

3 – Eksperimental situasiyanın təşkili ilə əlaqədar işlərin yerinə yetirilməsi

4 – Aparılacaq tədqiqatın obyektinin müəyyənləşdirilməsi

5 – Eksperimental təcrübələrdə iştirak edəcək sınanılanların tərkibinin müəyyənləşdirilməsi

6 – Elmi - psixoloji ədəbiyyatın öyrənilməsi

A) 5, 4, 1

B) 6, 3, 5

C) 4, 1, 2

D) 6, 5, 2

E) 1, 4, 6

15. Psixoloji tədqiqatın əsas mərhələlərinin ardıcıllığını müəyyən edin :

1 - Tədqiqatın fərziyyəsinin irəli sürülməsi

2 - Aparılması nəzərdə tutulan eksperimental təcrübələrin planlaşdırılması

3 - Tədqiqatın məqsədləri baxımından müvafiq psixoloji ədəbiyyatın öyrənilməsi və mənalandırılması

4 – Tətbiq olunacaq metod və metodikaların müəyyənləşdirilməsi

5 - Eksperimental tədqiqatda iştirak edəcək sınanılanlar qrupunun müəyyənləşdirilməsi

6 - Tədqiqatın mövzusunun və məqsədinin müəyyənləşdirilməsi

A) 4, 5, 3

B) 5, 3, 2

C) 6, 1, 4

D) 3, 1, 6

E) 1, 5, 2

16. Neyropsixologiyanın əsas funksiyalarının ardıcıllığını müəyyən edin :

1 - Ali sinir sisteminin psixofizioloji funksiyalarının öyrənilməsi

2 - Ali psixi funksiyaların fizioloji mexanizmlərinin öyrənilməsi

3 - Baş beyin yarımkürələri qabığında yaranan patoloji dəyişiklərin öyrənilməsi

4 - Psixi fəaliyyətin mərkəzi sinir sistemi ilə əlaqəsinin öyrənilməsi

5 - Psixofizioloji proseslərin öyrənilməsi

6 – Ayrı –ayrı idrak prosesləri ilə baş beyin yarımkürələri qabığının müvafiq sahələri arasında mövcud olan asılılığın müəyyənləşdirilməsi və təhlili

A) 2, 5, 1

B) 5, 1, 3

C) 6, 5, 2

D) 3, 2, 1

E) 4, 2, 6

17. Sosial - psixoloji tədqiqatlarda istifadə olunan sosiometriya metodunun əsas funksiyasını necə xarakterizə etmək olar?

1 - Qrup daxilində mövcud olan ünsiyyət çətinliklərinin səbəblərinin aşkara çıxarılması

2 - Qrup və kollektivlərdə qarşılıqlı münasibətlərin öyrənilməsi

3 - Qrup və kollektivlərə rəhbərlik üsulublarının psixoloji xüsusiyyətlərinin öyrənilməsi

4 - Kollektivdaxili qarşılıqlı münasibətlərin psixoloji şəraitinin öyrənilməsi

5 - Qrup və kollektivlərdə normal psixoloji iqlimin yaradılmasının üsul və vasitələrinin müəyyənləşdirilməsi

A) 1, 3, 2, 5, 4

B) 2, 4, 3, 5, 1

C) 3, 2, 5, 1, 4

D) 4, 3, 2, 1, 5

E) 5, 4, 1, 2, 3

18. Uyğunluğu müəyyən edin :

I – Deviant davranış

II – Delikvent davranış

1 – Cinayət yönümlü davranış

2 – Birgəyaşayış normalarına uyğun gəlməyən davranış

3 – Qəbul olunmuş hüquq normalarının pozulması

4 – Sosial norma və tələblərə cavab verməyən davranış

5 – Məsuliyyətsiz davranış

6 – Təlimlə bağlı maraqların olmaması

7 – Yaşıdları ilə konfliktli davranışa meyl

8 – Hüquqa zidd cinayətə meylli davranış

9 – Əxlaqi dəyərlərə uyğun gəlməyən davranış

A) I – 9, 7, 6; II – 1, 2, 3, 8; III – 4, 5;

B) I – 9, 2, 6; II – 1, 7, 3, 8; III – 5, 4;

C) I – 1, 9, 6; II – 2, 7, 3, 5; III – 8, 4;

D) I – 1, 9, 3; II – 2, 7, 8, 5; III – 6, 4;

E) I – 5, 4, 6; II – 9, 2, 8, 1; III – 3, 7;

19. Uyğunluğu müəyyən edin :

1 – A. Adler

2 – V. E. Frankl

3 – A. Bandura

4 – A. L. Qazel

5 – Z. M. Mehdizadə

a – 1925 – 1988

b – 1913 – 1990

c – 1870 – 1937

d – 1905 – 1995

e – 1880 – 1961

A) 1 – b; 2 – e; 3 – d; 4 – c; 5 – a;

B) 1 – d; 2 – c; 3 – b; 4 – a; 5 – e;

C) 1 – a; 2 – b; 3 – c; 4 – d; 5 – e;

D) 1 – c; 2 – d; 3 – a; 4 – e; 5 – b;

E) 1 – e; 2 – a; 3 – c; 4 – b; 5 – d;

20. Uyğunluğu müəyyən edin:

I – Sosiometriya metodu

II – Kəmiyyət və keyfiyyət təhlili metodları

1 – Statistik metodların imkanlarından istifadə olunması

2 – Sosisal yönümlər tədqiq olunur

3 – Psixoloji faktlar kəmiyyət baxımından təhlil olunur

4 – Şəxsiyyətlərarası münasibətlərin xarakteri müəyyənləşdirilir

5 – Toplanılmış tədqiqat materialının keyfiyyət baxımından şərhi edilir

6 – Qrupdaxili münasibətlərin xarakteri müəyyənləşdirilir

7 – Riyazi metodların təhliledici imkanlarından istifadə olunur

8 – Qrup və kollektivdə subyektiv münasibətləri psixoloji xüsusiyyətləri ətraflı planda araşdırılır və təhlil edilir

A) I – 3, 5, 6, 7 II – 1, 2, 4, 8

B) I – 2, 4, 5, 8 II – 1, 3, 6, 7

C) I – 2, 4, 7, 8 II – 1, 3, 5, 6

D) I – 2, 5, 6, 7 II – 1, 3, 4, 8

E) I – 2, 4, 6, 8 II – 1, 3, 5, 7
Yüklə 1,07 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin