Ixtisas: Təhsildə sosial psixoloji xidmət Kur: III fənn: İnklüziv təhsil və təlim



Yüklə 173,13 Kb.
səhifə61/72
tarix10.01.2022
ölçüsü173,13 Kb.
#106383
1   ...   57   58   59   60   61   62   63   64   ...   72
Çoxsəviyyəli ünsiyyət. İnsanlarla istənilən ünsiyyət növündə qarşılıqlı əlaqə bir çox səviyyələrdə baş verir. Əgər sadə şəkildə bunu izah etsək, demək olar ki, ünsiyyət məzmun və emosiyalar səviyyəsində baş verir:

  • Sözlər məzmunu ifadə edir.

  • Səsin tonu və sifətin ifadəsi – bu iki amil ünsiyyətin emosional səviyyədə getdiyini ifadə edir.

Hər iki səviyyədə baş verən ünsiyyət daha effektli hesab olunur. Müəllimin, öz şəxsi ünsiyyət üslubunu formalaşdıran zaman bu məsləhətləri nəzərə alması faydalıdır.

Xüsusi qayğıya ehtiyacı olan uşağın qiymətləndirilməsinin nəticələri barədə valideynlərin məlumatlandırılması –Xüsusi bildiriş.Xüsusi qayğıya ehtiyacı olan uşaqlar tipik uşaqlara nisbətən əksər hallarda başqa cür qiymətləndirilirlər. Müəllim valideynlərə müxtəlif üsullarla xüsusi bildirişlər göndərə bilər. Məsələn, bunlar aşağıdakı kimi ola bilər: uşağın yaxalığına bərkidilmiş gülümsünən çöhrələr və ya uşağın irəliləyişi yaxud onun davranışındakı dəyişikliklər barədə gündəlik hesabatlar. Valideynlər tərəfindən evdə məktəb ilə razılaşdırılmış müştərək proqram həyata keçirildiyi təqdirdə xüsusi bildiriş daha çox vacib olur. Məsələn, müəllimin bildirişi uşağın çalışmanı və ya tapşırığı uğurla yerinə yetirdiyi halda həvəsləndirmənin təyin edilməsində valideynlərə kömək edə bilər. Odur ki, müəllimlər informasiyanın evə valideynlərə çatdırılmasının effektiv üsulunu tapmalıdırlar.

Belə bildirişlərin yazılması üçün bir neçə sayda formaların yaradılması müəllimin öz vaxtına qənaət etməsinə imkan verə bilər. Formalar elə olmalıdır ki, müəllim orada yalnız minimal sayda qeydlər edə bilsin. Beləliklə, valideynlərin ev tapşırıqlarını yerinə yetirilməsi monitorinqi müəllim tərəfindən çox böyük miqdarda yorucu işi olmadan həyata keçirilə bilər. Çünki müəllimdə belə yazı işləri onsuz da istənilən qədərdir.



Münaqişə.Əgər münaqişələrə və onlara qaçılmaz olduğuna diqqət yetirilməsə, o zaman uğurlu valideyn iclaslarının keçirilməsi üçün məsləhətlər natamam olacaq. Münaqişə iclas və görüşlərin hər hansı bir “qeyri-sağlam” aspekti deyildir. O, iştirakçılara bunlar arasında olan fərqləri daha yaxşı bilmək və başa düşmək imkanı verdiyindən həmçinin müsbət rol da oynaya bilər.

Bəzi ailələr mütəxəssislərə əməkdaşlıqlarından tamamilə razı qalsalar da, digərləri elə hesab edə bilərlər ki, onların fikirləri nəzərə alınmır. Bu da ailələr və mütəxəssislər arasında etibarən itirilməsinə gətirib çıxara bilər. Əgər ailələr mütəxəssislərə etibar etməsələr, informasiyanı bölüşmək və vacib qərarların qəbul edilməsində iştirak etmək onlar üçün çox çətin ola bilər. Valideynlər öz fikirlərinə hörmətlə yanaşılan komandanın fəal üzvü olduqda, uşağın tədris proqramı maksimum uduş əldə edir.

Müxtəlif dəyərlər, məqsədlər, prioritetlər və yaxud məhdudiyyəti - əməkdaşlığın inkişafına və effektiv tərəf müqabillliyinə təsir edən potensial maneələrdir. Valideynlər əksər hallarda uşağın indiki zamandakı problemləri ilə daha çox qayğılandıqları halda, müəllimlər xüsusi qayğıya ehtiyacı olan uşağın gələcək inkişafı haqqında fikirləşir və buna doğru istiqamətlənmiş uzun müddətli məqsədlər qoyurlar. Xüsusi qayğıya ehtiyacı olan uşaqların valideynləri ilə ünsiyyət son dərəcə vacibdir. Valideynlərlə iş potensial maneələrin aradan qaldırılmasına, uşağın inkişafına və eləcə də valideyn və uşaq arasında olan münasibətlərin inkişafına kömək edə bilər. Konsultasiyalar, müəllimlər tərəfindən valideynlərlə iş strategiyası kimi tətbiq edilir və bu məqsədə nail olmaq üçün sınaqdan keçirilmiş uğurlu vasitə hesab olunur.

Müəllimlər, valideynlərin uşağın inkişafının dəstəklənməsində rol oynadıqla-rını, eləcə də onların evdə uşağın təlimləndirilməsi və inkişafı üçün zəruri mənbə kimi xidmət göstərdiklərini bilirlər. Bu fasilədə təklif olunan çalışmalar valideyn-lər üçün problemlərin öhdəsindən öz qüvvələri ilə gəlmək üsulları kimi xidmət edə bilər.



Yüklə 173,13 Kb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin