İxtisas: tspx kurs: II fənn: Uşaq anatomiyası, fiziologiyası və gigiyenası Mövzu: Fənnin məzmunu və vəzifələri. Ədəbiyyat siyahısı: Zeyniyev N. R., Axundov A. H., N. H. Sultanova, E.Ə. Yolçuyeva., T.Ə


Su və mineral maddələr mübadiləsi



Yüklə 222,39 Kb.
səhifə109/119
tarix01.01.2022
ölçüsü222,39 Kb.
#103703
növüDərs
1   ...   105   106   107   108   109   110   111   112   ...   119
Su və mineral maddələr mübadiləsi. Üzvi birləşmələrlə yanaşı, insan orqanizminə bir sıra mineral maddələr də daxil olur. Onlar sərbəst halda zülalların, hormonların, vitaminlərin tərkibində və digər şəkildə ola bilər. Mineral maddələr orqanizmin ümumi kütləsinin orta hesabla 4,5 faizini təşkil edir. Bu miqdar böyüyən və inkişaf edən orqanizmin mineral maddələrə olan tələbatını təmin edir. Orqanizmə daxil olan miqdarından, fizioloji proseslərdə iştirakından asılı olaraq, mineral maddələr makroelementlərə, mikroelementlərə və ultramikroelementlərə bölünür.

Mineral maddələr orqanizmdə toxumaların qurulmasında iştirak edərək onlara bərklik verir, osmotik təzyiq yaradır, qanın bufer sistemlərini əmələ gətirir və başqa funksiyalar daşıyır. Böyüyən orqanizmdə mineral maddələrdən kalsium, fosfor və dəmirin xüsusi əhəmiyyəti vardır.

Natrium və kalium ionları orqanizmdə turşu – qələvi sabitliyinin saxlanılmasında, sinir impulsunun yaranmasında mühüm rol oynayır.

Kalsium damar divarının tamlığının saxlanılmasında, qanın laxtalanması, fermentlərin fəallaş- dırılması proseslərində, beyində mediator maddələrin azad olunmasında fəal iştirak edir. O, maqnezium duzları ilə birləşərək, əzələlərin normal işini tənzim edir.

Fosfor orqanizmin bütün toxumalarının tərkib elementi olaraq, sinir sisteminin və başqa toxumaların düzgün inkişafına və normal fəaliyyətinə təsir edir. Orqanizmdəki fosforun 80 faizə qədəri sümük toxumasında toplanır. İnsanın bu elementə olan sutkalıq tələbatı 1-1,5 qrama bərabərdir.


Yüklə 222,39 Kb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin